Məşhur aktrisanın qızı öz atasının məşuqəsinə çevrilir... FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Məşhur aktrisanın qızı öz atasının məşuqəsinə çevrilir... FOTOLAR

Hollivud ulduzları arasında elə ulduzlar var ki, onların öz həyatı çəkildikləri filmlərdən heç də geri qalmır.

Onların bəzilərinin həyatında o qədər ehtiras olur və onlar həyatı boyu o qədər sınaqlardan keçirlər ki, sanki onların özünün də hansısa uydurulmuş personaj olduqlarını düşünürsən. Mia Ferrou da belə aktrisalardandır...

Mia Ferrounun yaratdığı rollardan birində o, dünyaya şeytan gətirir. Ancaq onun sonralar yazdığı və böyük rezonans doğuran memuarlarından məlum olur ki, real həyatda şeytan rolunu onun uşağı deyil, sonuncu əri oynayır...

Mia Ferrou 1945-ci ilin 9 fevral tarixində Los-Ancelesdə aktyor ailəsində dünyaya gəlir. Xoşbəxt uşaqlıq tez başa çatır: doqquz yaşında gələcək aktrisa poliomielit xəstəliyinə tutulur. O, uzun müddət xəstəxanada yatmalı olur. Bu ərəfədə onun əvvəlcə sevimli qardaşı Mayk, daha sonra atası vəfat edir. On yeddi yaşında ikən o artıq bacı və qardaşlarını böyütməkdə anasına yardım etmək məcburiyyətində qalır...

Baxmayaraq ki, Frenk Sinatra ilə ilk görüş zamanı Frenk Mianın sevgisini qazanır, ancaq Mianın ilk sevgisi Salvador Dali olur. Onlar ilk dəfə liftdə tanış olmuşdular. Sonralar Mia bu barədə xatırlayırdı: Mən heç vaxt belə bığ görməmişdim. O, məni salamlayıb: “Mən Daliyəm - ilahi Dali və mən tamamilə dəliyəm...”

Növbəti görüş otəldə baş tutur. Diziüstə əyilən Dali Mianın əllərini öpür. Bundan sonra, o, vəfat etdiyi 1989-cu ilə qədər hər il Dali Miaya təbrik teleqramları göndərir.

Sinatra ilə ehtiraslı eşq macərası...

Mia özündən 30 yaş böyük Frenk Sinatranın məşuqəsi olur. 1966-cı ildə isə ona ərə gedir. Təəssüf ki, çox tez məlum olur ki, bu nikah “dəhşətli səhv”dir. Belə ki, Sinatra öz “donjuan siyahısı”nı bu gözəl qızcığazla məhdudlaşdırmaq istəmirdi. Münasibətdə gərginlik yaranmağa başlayır.

Bu ərəfədə Ferrou Roman Polanskinin “Rozmarinin uşağı” filminə çəkilir. Bu rol onu anında məşhur edir. Ancaq şəxsi həyatda uğursuzluqlar davam edirdi, tezliklə Mia Sinatra ilə boşanır.
Mia Ferrounun növbəti əri bəstəkar və dirijor Andre Preven olur. Andredən Mianın iki əkiz oğlu dünyaya gəlir. Özü çoxuşaqlı ailədə böyüyən Mia həmişə çoxlu uşaq arzu edirdi. 1978-ci ildə Prevenlə boşandığı vaxt onların artıq yeddi uşağı (doğma və qəyyumluğa götürdükləri) vardı. 1970 –ci ildə o Sun-İni övladlığa götürür. Bu qızcığaz onun növbəti həyat yoldaşı olan Vudi Allenin məşuqəsi olur.

Allenlə Mia 1979-cu ildə tanış olurlar. Ferrounu küçədə görən Allen deyir: “Siz mənim günümü işıqlandırdınız”. Tezliklə o, Mianı Nyu-Torkun ən bahalı restoranlarından birinə dəvət edir. Həmin vaxtdan etibarən onlar iyirmi il ərzində bir yerdə olurlar.

Kitabda Vudi Allen eqoist kimi təsvir olunub. Mia hamilə olduğu müddətdə Vudi bir dəfə də olsun, uşağın necə hərəkət etdiyini hiss etmək üçün onun qarnına toxunmur. Mia bu barədə hisslərini onunla bölüşəndə isə, Vudi onun sözünü kəsib: “qulaq as, uşaq məni maraqlandırmır. Məni ancaq işim maraqlandırır” – söyləyirdi. Vudi, ümumiyyətlə, uşaqlara vaxt ayırmırdı.

Əsl qiyamət 1992-ci ildə Mia Ferrou Vudinin otağında Sun-İnin pornoqrafik şəkillərini gördüyü vaxt qopur. “Sun-İni övladlığa götürəndə o, balaca vəhşi heyvanı xatırladırdı. O, qapının, boşqabın, stəkanın nə olduğunu bilmirdi və mənim çarpayımın yanında döşəmədə yatırdı. O, əvvəldən Vudiyə nifrət edirdi və daim ondan gizlənirdi”. Sonra, görünür, vəziyyət dəyişir və o, ögey atasının məşuqəsinə çevrilir. Bu həqiqət Mia üçün böyük zərbə olur. O, məhkəməyə müraciət edərək Vudidən valideynlik hüququnun alınmasını tələb edir. Uzun-uzadı məhkəmə Mia Ferrounun xeyrinə başa çatır.

Vudi Allenlə qalmaqallı boşanmadan sonra Mia Ferrou İrlandiyaya gedir. Axı bu ölkə onun uşaqlığının ölkəsi idi. Mianın babası və nənəsi ilə keçirdiyi gözəl uşaqlıq illəri məhz İrlandiyada keçmişdi.
İndi Mianın 13 uşağı var, onlardan doqquzu götürmə uşaqdır. Mianın ağrı ilə xatırladığı yeganə övladı isə qızı Sun-İdir...

Bu gün Mia Ferrou artıq gənc və elə də gözəl deyil. O, indi də çəkilməyə davam edir. Lakin indi o, yaşlı qoca qadın rolları yaradır. Mia indi daha çox ictimai işi ilə məşğul olur. O, bir neçə təşkilatlarla əməkdaşlıq edərək Afrikada aclıqdan əziyyət çəkən uşaqlara qayğı göstərir.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm