Bizim tərcümə
Hər şeyi həll edən öpüş: Cülyettasını tapan aktyorun həyat hekayəsi – FOTOLAR
Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. “Bizim tərcümə” layihəsi yanvarın 13-də 38 yaşını qeyd edən aktyor Orlando Blumun həyat tarixçəsini təqdim edir.
Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi.
Orlando Blum sənətə gəlişini belə izah edir: “Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim “Bax bu iş əsl mənlikdir””...
Bir gün yeniyetmə Orlando yoldaşları ilə evdə şənlik qurmuşdu. Şənlik zamanı onlar özünü Supermen hiss edərək, bir pəncərədən digərinə hoppanır, bərkdən gülür və əylənirdilər. Bu zaman Orlandonun ayağı sürüşdü. “Qəhrəman” gözünü yalnız xəstəxana palatasında açdı.
- O, qoltuqağacı ilə gəzməli olacaq. Ehtimal da var ki, ümumiyyətlə gəzə bilməsin.
Orlando həkimin valideynləri ilə söhbətləşdiyini eşitdi. Onurğa əməliyyatı uğurla sona çatdı. Bir neçə həftədən sonra Orlando xəstəxananı qoltuqağacı ilə tərk etməli oldu...
Hollivudun ən yaraşıqlı və pərəstiş olunan cütlüklərindən biri Orlando Blum və Miranda Kerr idi. Lakin bu cütlüyün münasibətlərinə 3 ildən sonra son qoyuldu. Orlando 30 yaşlı cazibədar model arvadından “Şekspirin Romeo və Culyetta” tamaşasındakı 27 yaşlı qaradərili teatr aktrisası Kondola Raşada görə ayrıldı...
Solğun işıqlandırılmış qaranlıq teatr səhnəsində Orlando Blum tərəf müqabili Kondolanı öpəndə az qala bütün zal onları alqışladı. Əvvəl Orlando vəziyyəti anlamadı. Bir müddətdən sonra idrakı özünə qayıtdı və beyninə öpüşü dayandırmaq üçün siqnallar daxil oldu. Kondola dodaqlarını ondan çətinliklə ayırdı və hər ikisi zaldakı insanlarla vidalaşaraq səhnə arxasına qaçdılar. O vaxtdan etibarən “Şekspirin Romeo və Cülyettası” tamaşası anşlaqla qarşılanır. Orlando və Kondola isə boş vaxtlarını bir yerdə keçirməklə məşğul olur. Yox, bu dünyada Orlando üçün ən əziz insan oğlu Flinndir. İmkan düşən kimi oğlu ilə, heç olmasa, 1 saat da olsa, gəzişməyə vaxt sərf edir.
Lakin arvadı supermodel “Victoria’s Secret” brendinin “mələyi” Miranda Kerrlə münasibətlər gərginləşməyə doğru gedirdi. Vaxt var idi, hamı seksual modelin Orlando Blumu seçməsinə həsəd aparırdı...
Otelin liftindən holla doğru addımlayan Orlando dərindən nəfəs aldı. O, gözlərini Mirandaya zillənmişdi. Görəsən, arvadı həyəcanlıdır, ya yox? Axı onlar artıq boşanmış cütlük kimi qəbul olunur. Miranda və Orlando ayrılıqdan sonra ictimaiyyət qarşısına ilk dəfə çıxmalı idilər. Miranda güzgü qarşısında dayanaraq özünə əl gəzdirirdi.
“Yox, onun heç vecinə də deyil. Yəqin, azad olduğunu düşünür”, - Orlando dərin fikrə gedir. Elə əvvəldən bu izdivac qəribə görünürdü: kişi evlənmək istəyirdi, arvad isə ailə həyatına hələ hazır olmadığını deyirdi. Orlando onu düz 3 dəfə dilə tutduqdan sonra kilsəyə apara bildi. Əlbəttə, Miranda oğluna hamilə qalmasaydı, bəlkə də, ərə getməklə bağlı yenə tərəddüd edərdi. Orlando isə hər şeyi indi dərk edir. Dərk edir ki, həyatının ən böyük səhvinə imza atıb. Əbəs yerə demirlər ki, məcburi edilən işin xeyri olmur.
- Sən qapının yanından çəkilib, mənə yaxınlaşacaqsan, ya yox? - Miranda ona təəccüblə baxdı. - Məşqə gecikəcəksən.
- Sənin vecinə də deyil ki, hamı bizə baxacaq?
- Əgər bu, məni narahat etsəydi, onda heç bəribaşdan model biznesinə baş qoşmazdım, - Miranda gülümsədi. - Bəsdir görək, Orli, pozitiv əhvali-ruhiyyəyə necə inandığımı bilirsən.
Orlando başını yellədi. O bilirdi ki, arvadı “mən dünyanın ən gözəl və yaraşıqlı qadınıyam və özümdən ətrafa sevgi şüaları saçıram” deyimi üzrə ekspertdir. “İnsan xoşbəxt olub-olmamağını özü seçir. Səhər “fu, bu nə havadır” əhvalı ilə yuxudan oyana bilərsiniz. Və ya sadəcə olaraq isti sviter geyinərək havadan həzz ala bilərsiniz. Hər şey özünüzdən asılıdır. Heç kim hər zaman optimist əhvali-ruhiyyədə qalmaq məcburiyyətində deyil. Lakin çətin vəziyyətdə yaxşısı budur ki, özünü çətinə salmayasan”, - Miranda ərinə deyərdi.
Orlando belə hallarda vəziyyətin öhdəsindən çətinliklə gəlirdi. Onda arvadı Mirandada olan “pişik qabiliyyəti” yox idi. Onun kimi quyruğunu yuxarı qaldırıb “Bu prosesdə sənin heç bir günahın yoxdur. Bu, sağlamlığa ziyandır və heç bir effekt vermir. Sakitləşmək və yaranmış hər bir situasiyadan həzz almaq lazımdır” təlqininə uyğunlaşa bilmirdi.
“Yaxşı, bir qədər sakitləşmək lazımdır”, - Orlando fikirləşdi və qapıdan çıxdı.
Küçədə Miranda ərinin qoluna girdi. Bu, publikaya hesablanmış gediş idi. Teatr otelin yaxınlığında yerləşirdi. Binaya yaxınlaşdıqdan sonra Miranda keçmiş ərinin yanağından öpməyə çalışdı. Orlando dərhal kənara çəkildi. Miranda dedi:
- Qaç, Romeo. Öz öpüşlərini şokolad Cülyettan üçün saxla.
Orlando qaradərili sevgilisi Kondola ilə olan münasibətlərini arvadından gizlətmirdi.
Miranda və Orlando 2007-ci ildən etibarən görüşməyə başlamışdılar. Onlar 2010-cu ildə ailə həyatı qurmağa qərar gəldilər. Hər şey sakit və sadə keçdi. Miranda hətta öz gəlinlik paltarını belə heç kimə göstərmədi. 2011-ci ildə isə onların Flinn adlı oğlu dünyaya gəldi. Orlando atalıq hissinin onu çox xoşbəxt etdiyini hər yerdə fəxrlə deyərdi. Bununla belə, Orlando kino və teatrda, arvadı isə model biznesində işləməyə davam edirdi. Mirandanın məşğulluğu ailə həyatına zərbə vururdu, Orlando isə sevginin sanki buxarlanaraq yox olduğunu hiss edirdi. Bəlkə də, Orlando seçimində yanılmışdı. Axı o da evlənməzdən əvvəl çox tərəddüd edirdi. Bundan əlavə, axı anası da bu izdivacın əleyhinə idi.
Orlando anasını çox sevir. Enerjili və şən Sonya Blum, bir dəfə də olsun, oğlunun teatr və kino premyeraları buraxmır. Ərinin Cənubi Afrikaya ezamiyyəti zamanı Sonya iş yoldaşı Kolin Slouinlə sevgi münasibətləri yaşamağa başladı. İllər keçdi və 13 yaşlı Orlando universitet müəllimi və irqçilik üzrə hüquq mühafizəçisi Harri Blumun heç də onun əsil atası olmadığını öyrəndi. Lakin anasını tənqid etmək onun ağlına gəlmədi. Çünki Slouin ailəvi dost idi və Orlando onu çox sevirdi. Bununla belə, o, həqiqi atasının soyadını götürmədi. O, eyni zamanda yeni ataya sahib olması faktı ilə barışdı...
Deyilənlərə görə, Orlando internetdə arvadı haqda yazılan yazılardan sonra əsəbiləşərək qısqanclıqdan Miradadan ayrılıb. Guya Miranda Kerr ona xəyanət edib... Özü də Castin Biberlə!..
- İndi isə mənə de görüm, sən necə qışqırdın?, - Orlando heyrətlə oğluna baxdı.
- Orli, uşaqdan əl çək, - Miranda dərhal ata-oğul söhbətinə müdaxilə edir, lakin artıq çox gec idi.
- Bieber Forever!!! (Həmişə Biber! – red.)
İki yaşlı uşağın cavabından Orlando dişini-dişinə sıxdı.
-Əla, - Orlando arvadına baxdı. - Və mən bunu necə başa düşüm?
- Orli, qarışqadan fil düzəltmə.
- Sən də məni səfeh yerinə qoyma!, - Orlando səsini qaldırdı. - Sənin xoşun gələr ki, oğlumuz mənim sevgilimin soyadını qışqıraraq səsləndirsin?
- Yaxşı bilirsən ki, mən Biberin mahnılarını çox xoşlayıram. Lakin bu o demək deyil ki, Biber mənim sevgilimdir...
Necə yəni? Axı Orlando kino çəkilişləri üçün CAR-a gedərkən Nyu-Yorkdan arvadı haqda xoşagəlməz xəbərlər gəlir. Sən demə, moda nümayişi zamanı Biber gözünü Mirandadan çəkmirmiş, sonra isə onlar səhərə kimi əyləniblər.
- Biberə qarşı olan bu qədər nifrətin haradandır? - Miranda qəfildən soruşdu. - Heç kim Bax və ya Bethoven ola bilməz. Elə bilirsən ki, sənin soyadın da əbədi qalacaq?
- Ah, indi aydındır. Sənin narahatçılığın mənə məlum oldu. Mən kifayət qədər uğurlu insan deyiləm...
Orlando arvadının şöhrətpərəst olduğunu bilirdi. Onlar tanış olan zaman Mirandan ərindən çox qazanırdı. Əvvəlcə Orlando buna fikir vermirdi. Sonra isə anladı: iş maliyyədə deyil, prinsipdədir. Miranda dəb dünyasında iz qoymaq üçün yaşayır. Onun üçün sevgi yalnız ad-sandır...
Mirandanın işi gücü ərinin dırnaqlarını yeməsi və corablarını dəyişməyi sevməməsi haqda olan xəbərləri bütün dünyaya car çəkmək idi. Ancaq Kondola fərqli idi. Orlando uzun müddətdən sonra ilk dəfə idi ki, özünü xoşbəxt hiss etməyə başlamışdı. Kondola ona həm səhnədə, həm də tamaşadan sonra da həyat bəxş edirdi.
Bəlkə, həqiqətən də, 38 yaşlı Romeo öz Culyettasını tapıb?
Tərcümə: Camalə
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO