Əclaf ər, fədakar arvad, lezbian sevgili – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Əclaf ər, fədakar arvad, lezbian sevgili – FOTOLAR

Ona elə gəlirdi ki, mümkün olmayan tapşırığın öhdəsindən gələ bilib - vəhşi heyvan təbiətli azadlıqsevər Conni Deppi əhliləşdirib. Lakin 14 ildən sonra “əhliləşmiş və təlim görmüş” Conni “qəfəsi qıraraq”, azadlığa çıxdı. 28 yaşlı Ember Hördə görə...

Vanessa isə buna görə heç bir qalmaqal yaratmadı. Əksinə, o özü də yenidən aşiq oldu.

“Bizim tərcümə” layihəsi fransız müğənni Vanessa Paradi və Hollivud aktyoru Conni Deppin sevgi hekayəsini təqdim edir.

“Necə düşünürsünüz, nə üçün Conni o qıza evlilik təklifi etdi, sizə yox?”- Los-Ancelesdə Vanessa Paradi ilə qarşılaşan paparazzilər müğənniyə bu sualı ünvanlandırırdılar. Axı həmin gün Conni Deppin yeni sevgilisi Ember Hördə evlilik təklif etməsi haqda xəbərlər bütün mətbuatı bir-birinə vurmuşdu. Vanessanın yerində olan istənilən qadın, yəqin, bu xəbərə birmənalı reaksiya verməzdi. Elə Vanessa da öz emosiyalarına hakim kəsilmək üçün jurnalistlərə əhəmiyyət vermədən qaşqabağını töküb, susaraq avtomobilə əyləşdi və oradan uzaqlaşdı. Güclü Vanessa heç göz yaşı da tökmədi. Çünki jurnalistlərə Vanessanın ağlayan fotosu hava-su kimi lazım idi. Bu azmış kimi, Conninin nişan xəbəri də Vanessa üçün sürpriz olmadı. Paparazilər Emberi restoranda iri nişan üzüyü ilə yaxaladılar. Əslində, Conni özü bu xəbəri ilk olaraq Vanessaya demək istəyirdi. Ember əvvəl-əvvəl üzüyü göstərməkdən imtina edirdi. Sonra isə o, üzüyü nişanlısına verdi və Conni nişan əlamətini mətbuata göstərərək, zarafata saldı ki, sevgilisi bu iri üzüyü daşıya bilmir...

Vanessa heç zaman ictimaiyyət qarşısında Emberi təhqir etmədi. Lakin o, öz fikirlərini dostları ilə bölüşməkdən qaçmazdı: onun fikrincə, qız Deppi sevmir və onunla PR xətrinə bir yerdədir. Bununla belə, Vanessa etiraf edir ki, Hörd çox istedadlı aktrisadır və onun tanınmaq üçün Deppə heç ehtiyacı da yoxdur. Bununla belə, Hörd özündən üçqat məşhur olan aktyora ərə getməklə adını yaddaşlara həkk etmək istəyir. Hörd üçün əsas odur ki, karyerası zirvəyə doğru getsin. Bu lap Vanessa və Conninin sevgi hekayəsinə bənzəyir. Axı onlar tanış olarkən Depp mahiyyətcə heç kim idi. O, filmlərdə heç bir gəlir gətirməyən azsaylı aktyorlardan biri idi. Bundan əlavə, bir neçə səbəbə görə onu filmlərə dəvət etməkdən də qorxurdular. Onun azadlıqsevərliyi, yüngül xasiyyətinin olması ilə yanaşı, Deppin adı tez-tez içki məclisi, dava-dalaş, qalmaqal və digər xoşagəlməz situasiyalarda hallanırdı. Elə həmin vaxt Vanessa vətəni Fransanın və Avropanın məşhur ulduzu hesab olunurdu. Elə bir məqamda idi ki, sevgidən başqa heç nəyə ehtiyacı yox idi...

Qısa telefon danışığından sonra Vanessa yeni nişanlanan Conniyə uğurlar arzuladı. O, yenə də qadınsayağı isterika çıxarmadı. Qalmaqal Vanessanın təbiətinə yaddır. O, sadəcə olaraq, həmin günü saç ustasına gedərək uzun saçlarını kəsdirdi: köhnə həyatdan qurtuluş və yeni həyata davam...

Düzdür, Vanessa və Conni iki il əvvəl ayrılıblar, amma yenə də... Nişan haqda söz-söhbət çıxdıqdan sonra o, yeni həyata başlamalıdır. Çünki barışıq üçün şans yoxdur - Conni biryolluq gedib...

Vanessa özü ilə fəxr edə bilər: bütün bu hadisələr çox ağır olsa belə, o, sınmadı. Əvəzində 4 filmə çəkildi, yeni musiqi albomu buraxdırdı, qastrollara getdi. Deppin atdığı təkcə Vanessa deyildi. O, Vanessanın vətəni olan Fransaya da xəyanət etmiş oldu. Bir neçə il əvvəl, Depp Vanessanın ardınca Fransanın ucqar kəndinə gəlmişdi. O, 10 il boyunca bu kəndi xəyallarının məkanı adlandırırdı. Orada Conni üzüm və pomidor becərə, uşaqlarla çimərliyə gedə bilərdi. Və heç kim onlara ilişib, şəkillərini çəkməzdi...

Lakin günlərin birində - Depp və Hördün birgə çəkildiyi “Romlu gündəlik” filmindən sonra aktyor Vanessaya Amerikaya qayıtmaq istəyini dedi. Elə həmin vaxtlar onlar münasibətlərinin qorunması uğrunda mübarizə aparırdı. Conni Amerikaya köçmək üçün sadə bir səbəb gətirirdi – Fransada vergilər yüksəkdir, Conni bunun üçün Fransa vətəndaşlığından imtina edərək Amerikaya köçmək istəyir. İkinci arqument – Amerikada uşaqlar daha yaxşı təhsil ala bilər. Onda Vanessa ya zəifliyi, ya da, əksinə, cəsarəti ucbatından sevimli Fransanı ataraq onunla köçməli oldu. Özünə Amerikada isti sığınacaq tapa bilməyən Vanessa iki ölkə arasında get-gəldə qalmışdı. Elə buna görə də Depp ayrıca ev alaraq, orada subay həyat tərzi sürməyə başladı... Uşaqlarına görə Vanessa ayağını Fransadan yığaraq Hollivudda qaldı. Amma nə fayda? Bundan sonra, Vanessa və Depp arasındakı münasibətlər sona çatdı. Ən pisi, Vanessa ərinin təzə arvadıyla gəzintiyə çıxmasıyla da barışmalı oldu. Uşaqları Amerika məktəbində təhsil alır. Vanessa hələ çox şeylərlə barışmalıdır. O, uşaqları bu ölkədən o ölkəyə daşımaq istəmir. Uşaqlar məktəbdən gələnə qədər Vanessa depressiyaya düşməmək üçün fəal çalışır. O, həyatında ilk dəfə olaraq ingilisdilli filmə çəkilməyə də razılıq verir. Hollivud isə yalnız bir məsələni müzakirə edir: nəyə görə həyatının sevgisi Conni 14 il müddətində ona evlilik təklif etmədi? Və Conni nəyə görə Emberi görən kimi evlilik haqda düşündü?

Münasibətlərin rəsmiləşdirilməməsinə Conni belə cavab vermişdi: “Mən nikahın əleyhinə deyiləm. Lakin başa düşmürəm ki, çap olunmuş bir tikə kağız parçası bizim hissləri necə möhkəmləndirə bilər? Əgər Vanessa istəyirsə, evlənməyə hazıram. Lakin onu belə gözəl fransız soyadından da məhrum etmək istəməzdim”, - Depp 2010-cu ildə Fransada Vanessa və uşaqları ilə pomidor becərməkdəni bezdikdən sonra bax belə mübahisəli bir açıqlama vermişdi.

Amerikalılar isə Deppin hərəkətlərinə dəstək verir. Onların fikrincə, Ember daha azadlıqsevər, ekssentrik və maraqlı qadındır. Rejissor Tim Berton onu Deppə yaraşan qadın adlandırıb. Lakin Depplə 4 il sevgi münasibətində olan keçmiş sevgilisi Vaynona Rayder aktyorun yeni sevgilisi ilə bağlı xəbəri yaxşı qarşılamadı. Onun fikrincə, bir neçə il bir yerdə olduğun və “uşaqlarımın anası” adlandırığın qadını hər hansı bir gənc sarışına görə atmaq “əclaflıq və bayağılıqdır”. İşin maraqlı tərəfi isə odur ki, Ember lezbidir, aktyora rast gələnə qədər o, 37 yaşlı qadınla düz 3 il sevgi münasibətində olub. Hələ bu azmış kimi, Ember “sevgi üçün açıq” olduğunu indiyədək də bəyan edir. O düşünür ki, bu hərəkətləri Connini özünə daha çox cəlb edir.

Vanessa isə... O susur. Axı Vanessa ömrünün ən yaxşı illərini Conniyə sərf edib. Pis günlərdə onlar ailə kimi bir-birinin yanında olub çətinliyin öhdəsindən gələrdilər. Məsələn, 2007-ci ildə qızları Lili-Rouzun qanında ağır xəstəlik tapıldığı günləri xatırlamaq yetər. Məhz valideynlərinin həmrəyliyi qızcığazın həyatını xilas etdi.

Əgər Vanessa və Conni vaxtında nikah kağızına imza atsaydılar, varidatın bölünməsi və aliment məsələsi asan olardı. Vanessa Fransa məhkəməsinə vətəndaşlıq nikahı haqda iddia qaldırıb, Conninin varidatını ala da bilərdi. Lakin o, bunu da etmədi. Deyilənlərə görə, Vanessa və Conni məxfi danışıqlar aparıb və Conni pulunun bir hissəsini uşaqları arasında bərabər bölmək niyyətindədir.

İndi isə Vanessa hər şeyə yenidən başlamalıdır. Ayrılıqdan sonra Vanessanın yeni sevgi macəralarına baş qoşmadığını deyə bilmərik. Lakin onu sevgi o qədər də cəlb etmir. Görünür, Vanessa həyatının yeganə sevgisini hələ də unuda bilmir. Lakin tale Vanessanın qarşısına daha yaxşı namizəd çıxardı - Benjamin Büle və Vanessa arasında bir çox oxşarlıqlar var. Onların musiqi zövqü də, həyat hekayəsi də bir-birinə bənzərdir.

“Sevginin azad hiss olmasına heç zaman şübhə etməmişəm. Ona görə də, münasibətləri yalnız bir halda məxfi saxlamaq olar: əgər onların hər ikisi bunu istəyirsə. Sevgini qıfıllayıb açarı tullamaq olmaz. Sevgi haqqında söz demək də düzgün olmaz, çünki kişilər və qadınlar bu anlayışı fərqli qəbul edir. Və bundan əlavə, fikrimcə, sevgidə hər şeyə icazə verilməlidir. Sevginin pis və ya yaxşı bitməsinin fərqi yoxdur, yetər ki, yenidən sevməyə cəhd edəsən”.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm