Cinayət tarixçəsi
Dəlisov qanqsterlər – Kelli Pulemyot, Cüllüt Nelson və Yaraşıqlı Floyd
Qansqterlər, banditlər, başkəsənlər – bunlar Amerika kütləvi mədəniyyətində bir növ ideallaşdırılıb. Bu mövzuya indiyədək maraq azalmaq bilmir.
İngiliscədən tərcümədə "gang" sözü banda deməkdir. Banda üzvlərinə isə "gangsters" deyilir. Bu məfhum XX əsrin əvvəllərində , əsasən də alkoqolun qadağan olunduğu Böyük depressiyya illərində populyarlaşıb.
Məhz həmin illərdə qanqsterlik kütləvi yayıldı. Banditlər qaçaqmal alkoqol alveri ilə xeyli pul qazandılar.
Qanqster romantikası, gözəl geyim, bahalı avtomobil, silah – bunlar gəncləri maqnit kimi çəkirdi. Halbuki banditlərin əksəriyyəti 40 yaşına çatmadan həlak olurdu.
Qansterlik pik həddə çatanda isə dövlət əks tədbirlər görməli oldu. İndi dünyanın yaxşı tanıdığı Federal Tədqiqat Bürosu məhz banditliyin kökünü kəsmək üçün yaradıldı.
Publika.az bu gün həmin dövrün ən məşhur qanqsterlərindən bir neçəsi haqda söhbət açacaq.
Corc Kelli Barnes (Kelli Pulemyot)
Corc Barnes adlı qanqster neft maqnatı Çarlz Urşeli oğurladıqdan sonra məşhurlaşdı. Ancaq buna qədər də o kifayət qədər tanınırdı. Başına dəstə yığıb, kiçik şəhərlərə gedir, orda soyğunlar törədirdi. İriçaplı silahdan düşmənlərini güllələməyi sevirdi. Ona görə ləqəbini Kelli Pulemyot qoymuşdular.
Lakin neft maqnatını oğurlamaq ona baha başa gəldi. 1934-cü ildə FTB onu həbs etdi. Məhkəmə Corc Kelli Barnesə ömürlük həbs cəzası verdi. Onu məşhur Alkatras həbsxanasına apardılar. Ömrünün 17 ilini Kelli Pulemyot burada keçirdi.
1951-ci ildə onu daha yaxşı şəraiti olan həbsxanaya köçürdülər. Lakin bir vaxtların məşhur qanqsteri artıq qocalmışdı. 1954-cü ildə o, ürək tutmasından dünyasını dəyişdi. Məzarı Texas qəbirtanlığındadır.
Cüllüt Nelson
Lester Cozef Gillis (Cüllüt Nelson) Çikaqoda, kasıb Belçika emiqrantlarının ailəsində doğulmuşdu. Ailənin 7-ci övladı idi. Atası gön-dəri emalatxanasında işləyir, axşam sərxoş halda evə gəlib dava-dalaş salırdı. Odur ki, Gillis vaxtının çoxunu küçədə keçirirdi. Uşaqlıqdan aqressiv idi. Özündən yaşca böyük uşaqlarla daim yumruqlaşardı. 11 yaşında artıq həmyaşıdlarından banda düzəltmişdi. Oxuduğu məktəbdə uşaqlardan haqq yığırdı. Buna görə onu məktəbdən qovdular.
Maşın oğurluğuna, xuliqanlığa görə hələ 20 yaşınadək bir neçə dəfə həbsə düşdü.
21 yaşında isə Gillis əməlli-başlı banda yaratdı.
1930-cu illərin əvvəlindən Gillisin bandası bankları, zərgərlik dükanlarını bir-bir qarət etməyə başladı. Boyu balaca olduğundan Gillisə - Cüllüt Nelson ləqəbi verilmişdi. Onun dəstəsi hətta Çikaqo meri Billi Tompsonun da evini qarət etdi. Nətiicədə 1931-ci ildə polis onun bandasını izləyib tapdı. Bir neçə qanqster atışmada öldü. Nelson həbsə düşdü. Lakin 1932-ci ildə dostlarının köməyi ilə o, həbsdən qaça bildi. 1934-cü ildən Amerikanın ən məşhur qarətçisi Conni Dillincerin bandasının tərkibində bankları qarət etməyə başladı. Məhz Dillincerdən sonra ayrıca banda ilə bankların başağrısına çevrilən Cüllüt Nelson Amerikanın 1 nömrəli düşməni elan edildi. Nelson 1934-cü ilin noyabrında, FTB agentləri ilə atışmada öldürüldü.
Çarlz Artur Floyd (Yaraşıqlı Floyd)
Kriminal aləmə gənc yaşında qədəm qoyan Floyd 18 yaşında 3,5 min dollar oğurladı. 1925-ci ildə 11 min dollar məbləğində oğurluq etdi, lakin bu dəfə onu tutdular. Beş illik həbsdən sonra da Floyd sakitləşmədi. Adi həyat onun üçün deyildi.
1930-cu ildə, 26 yaşında ikən yenə həbsə düşdü. Məhkəmə ona 12 il həbs cəzası verdi. Lakin Floyd həbsxanadan qaçdı.
Bu dəfə o, banda topladı. 1931-1932-ci illərdə onun bandası 51 bankı qarət etdi.
Qanqsterlər ona Yaraşıqlı ləqəbini vermişdilər. Çünki üzdən qanqsterə oxşamırdı, əksinə, simasında uşaq məsumluğu vardı. Floydun özününsə bu ləqəbdən zəhləsi gedirdi.
1934-cü ildə Kanzas-Siti şəhərində dostu ilə birgə FTB agentləri ilə atışan Floyd 2 polisi öldürüb, birini ağır yaraladı. Bundan sonra dövlət onu "cəmiyyətin düşməni" elan etdi.
O elə həmin ilin oktyabrında polislərlə atışmada öldürüldü.
İlqar Atabəyli
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı










.jpg)


























