Cinayət tarixçəsi
“Onu mən öldürdüm”: Keçmiş agentdən aktrisanın qətli ilə bağlı ŞOK ETİRAF - FOTOLAR
ABŞ-ın regional media orqanları Amerika kinoaktrisası və müğənnisi, ötən əsrin 50-60-cı illərinin seks simvolu Merilin Monronun sirli ölümünün səbəbləri ilə bağlı mühüm fakt əldə ediblər.
Publika.az-ın məlumatına görə, Virciniya ştatının kiçik xəstəxanalarından birində ölüm ayağında olan killerlərdən biri Merilin Monronu və daha 30 artisti, siyasətçini, ictimai xadimi və jurnalisti Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə qətlə yetirdiyini etiraf edib. Norman Xodces adlı qatil bildirib ki, o, hakimiyyət üçün təhlükəli olan insanları müəmmalı şəkildə qətlə yetirmiş beş əsas killerdən biri olub. O, bü qətlləri elə ustalıqla həyata keçirib ki, ictimaiyyət öldürülmüş şəxslərin guya bədbəx hadisələr nəticəsində həlak olduqlarını düşünür.
Merilin Monronun qatili müğənnini öldürməsini belə əsaslandırıb: "Bizim əlimizdə Merilin Monronun Kennedi və Fidel Kastro ilə intim münasibətdə olmasına dair faktlar vardı. Mənim rəisim Cimmi Xeyvord tapşırıq verdi ki, Merilin Monronu öldürmək lazımdır. Bu qətl elə həyata keçirilməlidir ki, ölümün səbəbləri aydın olmasın. Əvvəllər heç bir qadını öldürməmişdim, amma əmri yerinə yetirməli idim. Mən bunu Amerika naminə etdim. Ona görə ki Monro bizim üçün vacib olan bir sıra informasiyaları kommunistlərə ötürə bilərdi".
Qeyd edək ki, Norman Xodces hazırda qolları qandallı şəkildə öz ölümünü gözləyən dustaqlardandır. ABŞ-ın Federal Təhqiqat Bürosu onu məxfi dövlət məlumatları yaymaqda və ağır cinayətlər törətməkdə ittiham edir.
Hazırda bununla bağlı təhqiqat aparılır. Onun söylədikləri hələ yoxlanılmasa da, bu qalmaqal artıq beynəlxalq miqyas almaqdadır. Bunlardan əlavə, Xodces əsas rəhbərlərindən birinin adını açıqlayıb. Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərindən olmayıb. Həmin şəxs 2001-ci ildə ürəktutmadan dünyasını dəyişib. Xodcesin xüsusi təyinatlılardan olan digər həmkarları da dünyalarını dəyişiblər.
Anar Tağıyev
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO










.jpg)












.jpg)
.webp)










