Xüsusi
Prezident mənə buna görə təşəkkür etdi - Türkiyənin məşhur bəstəkarı ilə MÜSAHİBƏ
Sənət silahların susduğu, savaşların durduğu uca məqamdır. Sənət kainatın sülh carçısıdır.
Həmsöhbətimin də ruhu, ürəyi bu amala xidmət edir. Afrikadakı susuz dillərin, Kəşmirdə qətl edilən günahsız körpələrin, dünyanın görməzdən gəldiyi Xocalı şəhidlərinin yerinə bəstələri ilə dünyadan ədalət tələb edir. Onun zülmlə mübarizə silahı da bəstələdiyi mahnılarıdır.
Publika.az-ın müsahibi Türkiyənin məşhur bəstəkar və yazıçısı Turqay Evrendir.
- Turqay bəy, illərdir ruhunuzla, istedadınızla savaşları susdurursunuz. Sizi yaxından tanımaq istərdim.
- İngilis dili müəllimiyəm. Uzun illərdir, ingiliscə hekayələr və mahnı mətnləri yazıram. İstanbul, Ankara, Toronto və dünyanın digər şəhərlərində müəllim kimi fəaliyyət göstərmişəm. Bir çox ölkələrdən tələbələrim var. 100-ə yaxın ingiliscə hekayələrdən ibarət kitablar yazmışam. Son illər mahnı da bəstələməyə başlamışam. Bu, mənim bir növ mənəvi tələbatım idi. Öncə rep janrından başladım. Bir sıra amerikalı rep ifaçıları ilə çalışdım. Bu əsərlərimiz dünyanın bir sıra ölkələrinə - Misir, Yunanıstan, Bolqarıstan, Amerikaya yayıldı. Bir müddət sonra isə musiqi bəstələdim. Bu günədək sözləri və musiqisi mənə məxsus olan 30-dan çox mahnılarım var. Bu bəstələri dünyada yaşayan milyonlarla insanlar dinləyib.
- Amma mahnılarınızın özəl xüsusiyyəti var. Hər birində dərin məna yükü yatır.
- Bu, mənim haqsızlıqla, şərlə mübarizə üsulumdur. İlk mahnımı suriyalı uşaqlara həsr etmişdim. “Today I will not die” (Bu gün ölməyəcəm) adlanırdı. Bu mahnımız çox məşhurlaşdı. Hətta ölkə başçımız Rəcəb Tayyib Ərdoğan bu mahnını dəfələrlə öz proqramlarına, çıxışlarına daxil etdi. Birinci dəfə 2016-cı il 23 aprel Milli Suverenlik və Uşaq Bayramı günündə dünyanın müxtəlif nöqtələrindən gəlib, Türkiyədə toplaşan dünya uşaqlarına həsr etdi. İkinci dəfə isə dünya liderlərinin Zirvə toplantısında iştirakçılar yenidən mahnımı dinlədilər. Bildiyiniz kimi, Türkiyəyə yüzlərlə suriyalı sığınıb. Hər birimiz öz növbəmizdə onların acısını dünyaya çatdırmağa ümid edirik. Daha sonra Afrikadakı anaların faciəsi, qlobal aclıq və susuzluq probleminə də toxunmağı özümə borc bildim. “Tell me my pretty mother, why do kids die from hunger?” (Gözəl anam, söylə mənə, uşaqlar niyə acından ölür?) adlı mahnımı isə Beynəlxalq Analar Gününə həsr etmişəm. Yəməndəki aclıq probleminə də duyğulu, hüznlü manhı bəstələdim. Ümumiyyətlə, dünyanın acı içində qovrulan bütün nöqtələrinin yanğısını qəlbimdə hiss edirəm. “Kashmir is my name” (Kəşmir mənim adımdır) kompozisiyam da bu qəbildəndir. Bu əsərim də Pakistanın ölkə başçısının dərin marağına səbəb oldu və öz sosial hesablarında paylaşıb, mənə təşəkkür etdi.
Son layihəniz isə Qarabağa həsr olunub.
- Doğrudur. Birinci Qarabağ müharibəsi başlayanda tələbə idim. Xocalı qətliamı hər birimizi dərin hüznə boğmuşdu. Dünyanın gözü önündə qadınlar, körpələr, dinc əhali vəhşiliklə qətlə yetirilirdi. Amma nəhəng dövlətlər də, beynəlxalq təşkilatlar da bu soyqırımına kar və kor olmağı seçirdi. Bu minvalla illər keçdi. Ötən il bu sükut pozuldu, Azərbaycan xalqı zülmə qarşı haqq səsini ucaltdı. Müharibə boyu qardaş ölkəni dəstəklədik. Mən də öz sənətimlə, ruhumla Qarabağı dünya ilə tanış etmək istədim. Mübarizə tək cəbhədə deyil, qəlblərdə, zəkada da olmalıdır. Bildiyiniz kimi, erməni lobbisi dünyada çox güclü fəaliyyət göstərib, hər kəsi yalanlarına inandırmaq istəyir. Mən də bu yalanlara səssiz qala bilməzdim. Dünya şöhrətli müğənni Della Maylsla görüşüb layihəni müzakirə etdik, bəstəni də o, ifa etdi.
Bildiyiniz kimi, Della Maykl Cekson, Uitni Hyuston kimi əfsanəvi müğənnilərin bek vokal ifaçısı olub. Uzun illərdir, özü müğənni kimi fəaliyyət göstərir və çox sevilir. Della olduqca humanist və tolerant insandır. Amerikada çalışıb fəaliyyət göstərən istedadlı dostumuz Ali Tolqa Demirtaş isə mahnının aranjemanını etdi. Mahnımız artıq studiyada lentə alınıb. İndi isə klip üzərində çalışırıq. Bu klipin dünyaya səs salacağına, musiqinin sehri ilə planet sakinlərini Azərbaycanın tarixi ərazisi olan Qarabağ həqiqətlərindən agah edəcəyimizə inanıram.
Leyla Sarabi
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var