Dənizlərin xilas etdiyi ölkə - FOTOLAR
Bizi izləyin

Yolçu

Dənizlərin xilas etdiyi ölkə - FOTOLAR

Yunanıstanda heç vaxt “günəş böhranı olmur!" Bu ölkədə ilin 250 günü günəşli keçir.

Yunanıstan zəngin tarixi və mədəniyyəti ilə hər il milyonlarla turisti cəlb edən ölkədir. Təbiətində insanı valeh edə biləcək bütün gözəlliklər cəmlənib. Bu qədim sivilizasiyası olan möcüzəli ölkə dünyaya bir çox tarixi abidlər və böyük şəxsiyyətlər bəxş edib. Yunanıstan qiymət və keyfiyyət nisbətinə görə də ən yaxşı turistik istiqamətlərindən biridir. Bu ölkədə baş verən ciddi iqtisadi böhranlara baxmayaraq, statistikalar göstərir ki, turistlər Yunanıstan səfərindən doymur. İlin bütün fəsillərində turistlərin üz tutduğu bu yerlər avqust ayının 45 dərəcə istisində, qışın az qala adamı kəsən şaxtasında da ziyarət olunur.

Beləliklə Publika.az-ın “Yolçu” layihəsində bu həftə oxucuları Yunanıstana virtual səyahətə səsləyirik.

Çimərlikləri

Греция4 8 причин поехать в Грецию этим летом

Yunan adaları yayın son günlərini keçirmək üçün ən yaxşı məkandır. Yunanıstanda dincələ biləcəyiniz yüzlərlə adalar var. Yunanıstanın qumlu çimərlikləri uzunluğuna görə Avropada birinci yeri tutur. Ən gözəl çimərlik isə Zakinfdəki Navayo çimərliyi sayılır. Burada 1980-ci ildə qəzaya uğramış Panayotis gəmisinin lövbəri indiyədək mənzərəni gözəlləşdirir. Beş kilometr uzunluğunda ağappaq qumlu Busulas çimərliyini Xalkidiki yarımadasının vizit kartı adlandırırlar. Mikonos adasındakı Psaru çimərliyi isə dünya ulduzlarının burada dincəlməyi özlərinə borc bildiyi ən populyar yerdir. Burada çimmək üçün əvvəlcədən şezlonq və“Hermes”-in bikinisini geyinmək tələb olunur. Əks halda sizi içəri buraxmayacaqlar. Halbuki yeni qanuna görə, Yunanıstanda bütün çimərliklər ictimai və pulsuzdur. Sizə bütün çarpayıların məşğul olduğunu desələr, sahildə öz dəsmalınızın üstündə istədiyiniz qədər uzanıb günəş vannası qəbul edə bilərsiniz və heç kimin sizə mane olmaq hüququ yoxdur.

İstiqaməti seçin

Əgər pulunuzu qənaətlə xərcləmək istəyirsinizsə, onda stereotiplərdən uzaqlaşmaq və Santorini ilə Minkonosdan başqa adaları nəzərdən keçirmək lazımdır. Başqa yerlərdə qiymətlər nisbətən aşağıdır. Bəli, başqa adalara getmək üçün bərə tələb oluna bilər, lakin bunun əvəzində siz daha böyük təcrübə qazanacaqsınız. Hava limanından nə qədər uzaq olsanız, həyat tempi daha ahəngli olacaq.

Mənzərəli otaqlar

Əgər siz super-dəbdəbəli hotellər axtarmırsınızsa, onda bir günü 50 və 60 avroya (mövsümün ən qızğın çağında bir qədər bahadır) kifayət qədər mənzərəli, pəncərəsi dalğalı dənizə və ya dağlara açılan iki nəfərlik otaqlar tapa bilərsiniz. Münasib variant tapmaq çətin deyil. Baza xidmətlərinə əlavə olaraq nömrədə adətən mətbəx və eyvan, o cümlədən yunan şampan və şərabını soyutmaq üçün soyuducu da var. Daha bir variant isə Tilosa və Eristosa kimi çimərliklərdir. Bu çimərliklərdə çadır üçün pulsuz yerlər təklif olunur. Yayda cütlüklər və hətta uşaqlı ailələr də pulsuz xidmətdən istifadə edib bir aya yaxın çadırda yaşayır. Axı məhz burada - dünyanın ən yaxşı mənzərələrini sonsuzadək seyr etmək mümkündür. Gündüzlər masmavi sular, gecə isə dənizi işıqlandıran ulduzlu və aylı cığır...

Xarabalıqlara yollanın

Yunanıstan arxeoloqlar üçün cənnətdir. Afinada arxeoloji qazıntılar istənilən başqa ölkədən çoxdur. "Yunanıstanın hər tərəfində tarix var. Hansı şəhərə, hansı məhəlləyə getsəniz, orada tarixlə üz-üzə qalacaqsınız”. Yunan müdriklərindən birinin nə vaxtsa söylədiyi bu fikirləri qədim Ellada torpağına ayaq basan hər kəs təsdiq edir. Dünyanın ən böyük muzeylərindən bir neçəsi də Afinada yerləşir. Yeri gəlmişkən, muzeyə giriş biletlərinin dəyəri elə də yüksək deyil.

Tarixi məkanları gəzmək istəyən turistlər isə heç şübhəsiz, Akropolu görməyə tələsir. Bütün dünyada incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. Qədim sivilizasiya ilə müasirlik arasında körpü rolunu oynayan Akropol və Arxeologiya muzeyini minimum qiymətə gəzə və Yunanistan tarixi ilə tanış ola bilərsiniz. Akropol Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Bura qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına, qorunub saxlanmasına ciddi fikir verib. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdi. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə ərsəyə gəlib.

Özünüzü arxeoloq kimi hiss edin

Греция 2 8 причин поехать в Грецию этим летом

Akropolda gəzərkən özünü Aristotel ilə fəlsəfi problemləri müzakirə edən tələbələr kimi hiss edəcəksiniz. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də var ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatıb. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.

Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir. Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçiblər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür. Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.

Акрополь

Ümumiyyətlə, Yunanıstanda milyonlarla mədəni abidələr, antik qəsrlər, məbədlər və muzey ekspozisiyaları var. Ən əsası onlar köhnə olsa da, qətiyyən darıxdırıcı deyil.

Yunan şərabı

Вино. Греция

Şərab tanrısının vətəninə gəlib, bu içkinin dadına baxmadan getmək əlbəttə ki, olmaz! Yunan içkiləri dünyada çox məşhurdur. Ən geniş yayılmış və ucuz şərab Reçinadır. Bu şəraba şam qozaları orijinal dad verir. Yunanlar onu koka-kola ilə qarışdırıb tündlüyünü zəiflədirlər. Daha nəfis içki həvəskarlarına “Carras Porto” və ya “Biblia Hora” şərablarını məsləhət görürük. Afonada ağ Kormilitsa şərabı istehsal olunur. Yeri gəlmişkən onu ancaq bahalı restoranlarda və milyarder süfrələrində təqdim edirlər. Tünd içkilər arasında yunanlar yerli anis arağına üstünlük verir. “Metaksa” ən məşhur yunan spirtli içkisidir. Onu ya qatqısız, ya da kokteyllərdə içirlər.

Musiqi dinləmək

Yunan musiqiləri də təbiəti kimi insana terapiya təsiri göstərir və unudulmaz həzz yaşadır. Xalkidiki yarımadasında hər yay Yunanıstanın ən iri musiqi festivalları keçirilir. Burada həm etnik yunan, həmçinin caz və klassik musiqiləri sizə şəhərin yorucu səs-küyünü tamamilə unutduracaq. Təxminən eyni zamanda musiqi festivalları Odisseyin vətəni İtaka adasında da keçirilir. Samotraki adasında isə lazer işıq şoularının müşayiəti ilə reyv festivalı guruldayır. Mahnılar elə bərkdən oxunur ki, onun səsi hətta qitənin o tərəfində və yaxın şəhərdə eşidilir.

Romantik evlilik təklifi

Греция6 8 причин поехать в Грецию этим летом

Yunanlar şənlənməyi sevirlər, elə buna görə də dünyanın hər yerindən insanlar təmtəraqlı məclisləri qeyd etmək üçün buranı seçir. Məsələn, Yunanıstanın Krit adası romantik evlilik təklifi və toy üçün əla yerdir. Xüsusi qeyd etmək lazımdır ki, Yunanıstanda evlənmək istəyən məşhurların çoxu qeyri-adi gözəlliyinə görə Santorini və Mikonos adalarını seçir.

Yunan mətbəxi

Image result for цацики

Dünyada ən məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Onun hazırlanmasında yeganə sirr - təzə tərəvəzlər, üstəgəl yaxşı zeytun yağıdır. Yunan salatını yol kənarındakı kafelər və bahalı restoranlar daxil olmaqla hər yerdə sifariş etmək olar. Digər məşhur yunan yeməkləri çaçiki (yoqurt ilə sarımsaq və xiyar), musaka (badımcan ilə zapekanka) və suvlakidir (kabab). Əgər şık restoranda şam yeməyi istəyirsinizsə, onda siz Mikonos adasına yollanın. Belə ki, Psaru çimərliyindəki “Nammos” restoranı ölkənin ən dəbdəbəli məkanı sayılır. Ümumiyyətlə, yunan mətbəxində tərəvəz və zeytun yağından çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq mümkündür. Yunanıstan mətbəxi yağlı və ətirli yeməkləri üstünlük təşkil edir. Milli yeməklərin əksəriyyətinə əsas qoyun və dana əti xidmət edir. Geniş çeşiddə balıq və ət yeməkləri süfrəyə müxtəlif souslarla təqdim olunur. Yunanıstanda yayılmış ən məşhur sous isə mezedir. Yunanlar sağlam qidalansalar da, fastfodları da çox sevir. Məsələn, hamının tanıdığı şaurma burada da çox məşhurdur. Amma dadlar əlbəttə ki, kəskin fərqlənir. Çünki onun tərkibində keyfiyyətli ət istifadə olunur. Ümumiyyətlə, yunanların fastfoodları Avropada ləzzəti və keyfiyyəti ilə tanınır.

Şirniyyatlar cənnətinə xoş gəlmisiniz!

Yunanıstanı cəsarətlə şirniyyatlar cənnəti adlandırmaq olar. Odur ki, Yunanıstanda pəhrizləri unudun getsin. Şirniyyatların dadına gəldikdə ögeylik hiss etməyəcəksiniz. Belə ki, yunan şirniyyatlarının əksəriyyətinin türk taamları ilə yaxın qohum olduğunu demək olar. Hər halda halva, paxlava və revaninin türk mətbəxinə də aid olduğunu hamımız yaxşı bilirik. Dondurma və ya qaymaqla servis edilən mastika isə daha sərtdir.

Küləyi yaxalayın

May ayından sentyabr ayınadək Egey dənizinin bütün adalarında güclü şimal-şərq küləyi əsir. Paros adasında hər yay beynəlxalq sörfinq yarışı keçirilir. Naşılar isə öz gücünü sakit küləkli Kos adası sahillərində sınasın.

Sahildə at sürmək

Krit adasında ata minsəniz, sizin qarşısında tamam başqa həyat canlanacaq... Adanın qərbində atla gəzinti üçün müxtəlif variantlar təklif edilir. Həvəskarlar cıdır yarışlarında da iştirak edə bilər.

Antik pyeslər

Peloponnesin şimal-şərqində iyundan sentyabra kimi Epidavre şəhərində teatr festivalı keçirilir. Antik amfiteatrın səhnələrində Esxil və Sofoklun pyesləri nümayiş olunur. Qədim yunanlar inanırdılar ki, teatr tamaşaları xəstəliklər sağaltmağa qadirdir, ona görə də amfiteatrın yanında asklepion (qədim xəstəxana) tikilib. Amfiteatr möhtəşəm akustikaya malikdir. Əgər onun mərkəzində dayanıb xırda pulu yerə atsanız, onda o, hətta ən üst sıralarda da aydın eşidiləcək.

Mağara göllər

Yunanıstanın qərbində Mağara göllər adlı sirli yeraltı dünya gizlənir. Mağaranın girişi, tavanı əcaib stalaktitlərlə bəzədilib, onların altında isə göz yaşından da təmiz sular axır. Buranı kiçik qayıqlar və asma körpücüklərlə gəzmək olar. Belə əsrarəngiz mənzərini dünyanın heç yerində görə bilmərsiniz.

Qürubdan zövq almaq

Крепость Паламиди на Пелопоннесе. Греция

Peloponnes yarımadasındakı Palamidi qürubunu izləmək üçün ideal yerdir. Bu qala öz möhtəşəmliyi ilə onu ziyarətə gələn hər bir turistin qəlbində silinməz hisslər yaradır. Qədim qala dənizə və Nafplion şəhərinin limanı üzərində ucaldılıb. Qala Nafplion şəhərini işğalçılardan müdafiə məqsədi ilə tikilib. Məhz bunun nəticəsində Yunanıstanın ən gözəl şəhərlərindən biri yaranıb. Vulkanik Santorini adasının qürubu da bənzərsiz təsir bağışlayır. Bunun üçün binaların damına çıxıb göyə baxmaq kifayətdir.

Dəniz müalicəsi

Talasterapiya yunancadan dəniz deməkdir və bir çox yunan adalarında dəniz duzu və yosun ilə müalicəvi vannalar təklif edilir. Bu vannalar selülit, müasir sivilizasiyanın yaratdığı stressi bədən tamamilə azad edir. Sağlamlıq məqsədi ilə Krit adasına gedin. Evbey adasında isə dəri üçün çox faydalı olan mineral və hidrogen sulfidli su vannasını qəbil edə bilərsiniz. Bu vanna həm də sinir və ürək-damar sistemi kimi endokrin xəstəlikləri müalicə edir. Lutkari adasında isə termal müalicədən zövq alacaqsınız.

Yunanıstandan nə gətirməli?

Əlbəttə ki, təmiz zeytun yağı! Zeytun yağı bu ölkənin ən dəyərli təbii sərvəti hesab olunur. Ən yaxşısı ənənəvi soyuq üsulla sıxılmış zeytun yağı sayılır. Zeytun yağını qadınlar əsrlərdir ki, gözəllik vasitəsi kimi də istifadə edir. Və zeytun yağının bu gün bir çox məşhur kosmetik məhsulların tərkibində istifadə olunması təsadüfi deyil.

Alış-verişsiz səyahət olmaz!

Шоппинг в Греции

Afinada dünya brendlərinin qiymətləri İtaliyadakı kimidir. Yunanıstanda duty-free Avropada ən ucuz mağazalar sayılır. Hətta dəb həvəskarlarının alış-veriş ehtirasını öldürə biləcəyi istənilən sayda brend mağazaları var. Hər addımbaşı rast gəlinən dükanlardan sizə buranı xatırladacaq suvenirlər ala bilərsiniz. Bütün ən tanınmış markalar Vukurestino və Stadio küçələrində yerləşir. Sözsüz ki, Yunanıstandan xəz almağı unutmayın. Bütün xəz fabrikləri Kastoriya şəhərində cəmləşib. Bu şəhərə turlar və ya taksi ilə gedə bilərsiniz. Naomi və Avanti isə Kastoriyada iki yaxşı fabriklərdir.

Yunanıstan iqtisadiyyatını dəstəkləmək üçün

İqtisadi böhranın səbəblərinə varmadan, demək olar ki, turizm beş dənizlə əhatə olunan Yunanıstan gəlirlərinin əsas hissəsi olaraq qalır. Və niyə də dünyaya Sokrat, Platon, Aristotel, Herodot kimi dahilər bəxş edən, üstəlik mükəmməl təbiəti və qonaqpərvər əhalisi olan ölkənin iqtisadiyyatını dəstəkləməyək? Bunun üçün sizdən heç bir əlavə xərc tələb olunmur, sadəcə Yunanıstana gedin və istirahət edin. Axı insanı bu dünyaya gözəl təbiət, masmavi dəniz və dadlı yeməklərdən başqa nə bağlaya bilər? Hər halda bu ölkənin gözəlliyi və tarixi ilə canlı şəkildə tanış olmadan ölmək həm təbiətə, həm də özünüzə qarşı böyük haqsızlıq olar.

Yunanıstan haqqında maraqlı faktlar

Yunanıstana hər il 17 milyondan çox əcnəbi gəlir, turizm isə yerli iqtisadiyyatın aparıcı sahəsidir.

Ölkə paytaxtında əhalinin 40% -i yaşayır.

Yunanıstanda ildə 250 gün günəşli keçir. Bu təbii üstünlük yunanlara elektrik enerjisinə qənaət etməyə və hər yerdə günəş batareyalarından istifadə etməyə imkan verir.

Yunanlar ekologiyaya kifayət qədər ehtiyatla yanaşır, ona görə də demək olar ki, hər bir adada külək elektrik stansiyaları var.

Ölkədə bir dənə də olsun AES yoxdur, amma bir neçə istilik elektrik stansiyası var. Onlar Yunanıstanın şimal hissəsində kömürlə işləyir.

Metropoliten təkcə Afinada var. O, çox da böyük deyil və səhər saat 5-dən gecə yarısına qədər işləyir. Bir çox metro stansiyası tikintisi zamanı tapılmış qədim tapıntılar bəzədilib.

Dünyada mərmər hasilatının həcminin təxminən 7%-i Yunanıstanın payına düşür.

Yunanıstan Avropa ölkələrinə toxuculuq və tikiş məmulatları, kənd təsərrüfatı məhsulları da istehsal edir.

Yunanıstanın istənilən nöqtəsindən dənizin kənarına qədər olan məsafə 137 km-i keçmir.

Dövlətin ərazisi beş dənizlə əhatə olunub: Frakiya, Egey, Aralıq, Kritsk və İon dənizi.

Rodos adasında məşhur kəpənək vadisi var. Yayda burada onların çoxlu növlərinə tamaşa etmək mümkündür.

Yerli göl suyu o qədər təmizdir ki, dibindəki canlıları aydın görmək olar.

Yunanlar səhər saat 5-6-də yuxudan oyanır və yalnız 23 saat sonra yatır. Onlar yuxusuzluğu gündüz fasiləsində (saat 2-4 arası) yatmaqla da aradan qaldırır.

Yunanıstan uzunömürlü müddətinə görə dünyada 26-ci yeri tutur. Orta ömür müddəti qadınlarda üçün 82, kişilərdə isə 77 yaşdır.

Yerli sakinlər qocalar evlərinə nadir hallarda düşür. Nənələr və babalar adətən ölənə qədər öz uşaqlarının ailələrində yaşayır. Nikaha qədər gənclərin əksəriyyəti valideynləri ilə yaşayır.

Boşanmaların sayına görə Yunanıstan Avropa birliyində sonuncu "fəxri" yeri tutur.

Bütün maliyyə peşələri nüfuzlu sayılır. Onlar stabil gəlir gətirir və pensiyaların yüksək olmasını təmin edir. Müəllim, həkim və satıcılar adətən kişilər işləyir.

Yanvarın ortalarından başlayaraq marta qədər Yunanıstanda hər il karnavallar keçirilir. Bu dövr ən yaxşı turizm mövsümü hesab olunur, çünki səyahətçilər ölkəni tamamilə yeni görkəmdə görmək şansı əldə edir.

Ailə və dostluq məclisləri Yunanıstanda həmişə diskussiyalarla müşayiət olunur. Mübahisənin əsasını Sokrat qoyub. Belə ki, o iddia edirdi ki, həqiqət yalnız mübahisələrdə yaranır.

Yunanların məşhur atalar sözləri

Acmayan insan, çörəyin nə olduğunu bilməz.

Ağa köz kimidir, yandıra bilməzsə qaralayar.

Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır.

Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olar.

Eyni çayda iki dəfə yuyunulmaz.

Haqq, məğlub yeyilər, amma həzm edilməz.

Ərinə itaət edən qadın xoşbəxt olar.

Fürsət ağıllı adamlar üçün pilləkəndir.

Xəmir yoğurmaq istəməyən, beş gün un ələyərmiş.

Qorxu məntiqdən daha qüvvətlidir.

Sevən ürək, daim gəncdir.

Ruhun gözəlliyi bədənin gözəlliyi qədər tez görünməz.

Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir.

Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.

Danış ki, səni görüm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm