Şəhərin gizli ÜZÜ: Bol içki, çılpaq qızlar, birgə hamam... - - VİDEO/FOTO
Bizi izləyin

Yolçu

Şəhərin gizli ÜZÜ: Bol içki, çılpaq qızlar, birgə hamam... - - VİDEO/FOTO

Yeri gəlmişkən, dəniz hamamında ehtirasla öpüşən cütlüklər görsəniz, təəccüblənməyin.

Payızı romantik keçirmək istəyirsinizsə, onda Macarıstana yollanın. Birincisi, payız Macarıstanda çox gözəl olur, ikincisi, səfər ucuz başa gəlir, üçüncüsü isə viza digər Avropa ölkələri ilə müqayisədə asan əldə edilir.

15 причин посетить Будапешт

Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Macarıstana virtual səyahətə dəvət etmişik. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək...

Macarıstan Respublikası Mərkəzi Avropada yerləşir. Sahəsi 93 min kvadrat kilometr olan ölkə Slovakiya, Avstriya, Sloveniya, Xorvatiya, Yuqoslaviya və Rumıniya ilə həmsərhəddir. Paytaxtı Budapeşt şəhəridir. Dunay çayı ölkəni demək olar ki, iki regiona ayırır. Ölkənin dənizə çıxışı yoxdur.

parlament-budapest1

Macarıstanın havası yazda yağışlı, yayda isti, payızda dumanlı, qışda isə soyuq olur. Ən soyuq ay yanvardır.

Pul vahidi forintdir. Valyutanı yalnız rəsmi məntəqələrdə dəyişmək və bu barədə çeki ölkəni tərk edənə qədər saxlamaq məsləhətdir.

Çoxəsrlik tarixi olan ən gözəl şəhər

15 причин посетить Будапешт

Budapeşt çoxəsrlik tarixi abidələri ilə zəngin olan nadir şəhərdir. Avropanın ən gözəl şəhərlərindən biri kimi tanınan paytaxt Budapeştin bəzi özəllikləri onu digər şəhərlərdən fərqləndirir və insanda xoş ovqat yaradır.

İctimai nəqliyyatda gəzmək

Budapeştin bütün əsas görməli yerlərini gəzməyin sürətli üsulu Marqit körpüsünün yanından 4 və ya 6 nömrəli tramvaya oturmaq və üzü bulvara tərəf getməkdir. 2 saylı marşrut isə daha qısa yollarla hərəkət edir.

15 причин посетить Будапешт

Avropada ən köhnə metro da Budapeştdədir. Yanoşxed stansiyasından kiçik vaqon kanat yolunun üstündə gəzmək olar.

Parlamentə getmək

budapest-modern

Budapeşt parlamenti şəhərin əsas memarlıq abidəsidir. Möhtəşəm bina qotik üslubda qurulub. Bu bina bir çox cəhətdən turistlərin diqqətini cəlb edir. İlk növbədə ona görə ki, Macarıstanın baş memarı binada işlərin qurtardığı vaxtda kor olub. Parlament binasının zahiri görünüşü kimi daxili interyeri də heyrət doğurur. Ekskursiyalar hər yarım saatdan bir aparılır. Ekskursiyalar rus dilində 12:30 və 15:15 başlayır. Müddəti: 45 dəqiqədir. Bir biletin qiyməti 16 avrodur.

Dunay ətrafında Kruiz

Картинки по запросу dunay

Avropada Volqadan sonra ikinci ən uzun və ən gözəl çaydır. Burada hətta oktyabr ayında gəmiçilik turları həyata keçirilir. Kruiz axşamlar xüsusilə gözəldir. Payızda şəhər mənzərələrini tam həzz almaq üçün kruizi canlı musiqi və şam yeməyinin müşayiət ilə etmək daha yaxşıdır.

Hamam mərasimi

Macarıstanda təxminən 60 minə yaxın nadir və təbii termal bulaqlar var, onlardan 1152-nin temperaturu 30-dərəcədən yüksəkdir. Macarıstan müalicəvi bulaqları ilə sözün əsl mənasında fəxr edə bilər. Onlar 40 növ xəstəliyə çarədir. Bu müalicəvi suların faydalı xüsusiyyətini ilk dəfə Roma imperiyası kəşf eləmişdi. O zaman Budapeştin yerində romalı sürgünlər yaşayırdı. Burada yaralı legionerləri müalicə edirdilər.

15 причин посетить Будапешт

Budapeştdə 27 dəniz hamamları işləyir. Ən məşhurları bunlardır: "Seçeni", "Gellert", "Lukaç", "Kiray" və "Rudaş". “Seçeni” müalicəvi xüsusiyyəti ilə tanınır. Burada 18 bağlı və açıq hovuz və 14 sauna var. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır. İstirahət kompleksinə hər gün təxminən 4 min ziyarətçi baş çəkir. Amma bu rəqəm sizi qorxutmasın, hamıya yer çatar.

15 причин посетить Будапешт

Budapeştin bir çox otelində müalicəvi su bulaqları var. Ən qədim və gözəl çay hamamlarından biri Qellertdir. Onun xüsusi gözəlliyi ondadır ki, şəhərin ən qədim məkanlarından olan Azadlıq körpüsünün yanında yerləşir. Çay hamamı müştərilərə geniş xidmət spektri təklif edir: Müalicəvi vannalar, palçıqla müalicə, sualtı masaj, inqolyasiya və s. Cakuzi və hovuzlarla yanaşı, damda tikilən solyarilər də çox məşhurdur.

Əyləcə axtarrısınzısa, onda "Mobil Szauna" ilə maraqlanın. Bu, 6 nəfərlik mikroavtobusda quraşdırılan saunadır. Mikroavtobusda taxta sauna və soyunub-geyinmə otağı, soyuq duş və Dunayın gözəl mənzələrini görmək şansı əldə edəcəksiniz.

Sparty-Bath-Party budapest

Yayda hər şənbə gecənin düşməsilə “Seçeni” kompleksi diskotekaya çevrilir. Suyun ətrafında bu qədər coşquya sevinc başqa heç yerdə rast gəlməzsən! Sözlə təsvir etmək faydasızdır. Özünüz ora gedin və bayram atmosferinə baş vurun!

Klubun bütün atributları: Lazerlər, musiqi, Dj, içki və çılpaq və gözəl qızlar. "Sparty-Bath Party" isə rəqs meydançasında tər qoxusunun heç kimi narahat etmədiyi yeganə şənliyidir. Buraya gələndə qızların makiyaj etməsinə də ehtiyac olmayacaq. Yeri gəlmişkən, dəniz hamamında ehtirasla öpüşən cütlüklər görsəniz, təəccüblənməyin.

Köhnə qəbiristanlıq

Kerepesi

Qədim Kerepesi qəbiristanlığı qorxulu səslənsə də, Macarıstanın ən qədim və ən gözəl yerlərindən biridir. Qəbiristanlıq ərazisində muzey var. Burada ən yaxşı məşğuliyyət geniş kölgəlik yolları ilə məqsədsiz gəzişmək və o dövrlərin üslublarını əks etdirən abidələri seyr etməkdən zövq almaqdır.

Macar şərabı içmək

Картинки по запросу hungary wine

Şərab Fransada olduğu kimi Macarıstanda da milli mədəniyyətin ayrılmaz hissəsidir. Lakin Fransadan fərqli olaraq qiymətlər münasibdir. Ən yaxşı şərabları "Divino" barlarında dadmaq olar. Bəyənilmiş sortu "Bortarsasag" mağazalar şəbəkəsindən almaq olar. Dadlı yemək həvəskarlarının nəzərinə çatdıraq ki, hər il Budapeştdə Vajdahunyad qəsrində noyabrın 24-25-də şərab və pendir festivalı keçirilir.

SSRİ-yə qayıdış

80-cı illərin sonunda Budapeştdə tarixi sovet simvollarının təmizliyi aparılıb. Abidələr və SSRİ ilə bağlı bütün atributlar ən böyük “sosializm qoruğunda” - Memento Parkında saxlanılır. Eksponatlar arasında ən maraqlısı Stalinin çəkmələridir. Çəkmələr o qədər böyükdür ki, oraya iki kök kişi rahatlıqla yerləşə bilər. Eqosentrizm qibtə edəcəksiniz!

İncəsənət bazarı

Payızın sonunadək bazarı günləri Budapeştdə Qouba yarmarkası işləyir, burada keramika ustaları, gənc rəssamlar və digər incəsənət adamları öz eksklüziv işlərini satırlar. Yarmarkada maraqlı nümunələr, əntiq əşyalar tapmaq olar.

Desertlər qarşısında davam gətirə bilməmək

Budapeştdə hər addımda heç olmasa 3-4 qənnadı məhsullarının satıldığı kafelər rastınıza çıxacaq. Qaymaq ilə meyvəli pirojna, vanilli, şokoladlı kekslər və kökə, içi qozlu şirniyyatlar və nəhayət, marsipanın qarşısında heç kim tab gətirə bilməz. Odur ki, səfər zamanı pəhrizi ubnudun getsin, istənilən şirniyyat cəsarətlə seçib yeyin. Vicdan əzabı çəkmək istəmirsizsə, buraya gəlib «Doboş» tortu və «Riqo Yançi» pirojnasının dadına baxmadan qayıtmayın.

15 причин посетить Будапешт

Turistik yerlərdən "New York" kafesini xüsusi vurğulamaq lazımdır. "Central" kafesi isə XX əsrin əvvəllərində yazıçı və tənqidçilərin görüş yeri olub. Bütün macar ədəbiyyatı burada yetişib deyə bilərik. Və əfsanəvi "Gerbeaud" kafesinin daxili tərtibatı selfi üçün əla yerdir. Burada heç nə sifariş vermədən dizayna sadəcə tamaşa edə bilərsiniz. Ümumiyyətlə, Budapeşt restoranları haqqında hesabatların birində əla fikir deyilib: "Budapeştdə yeməyə mən ABŞ-dan yarım dəfə az ödədim, Londondan iki dəfə az, Moskvadan isə üç dəfə az hesab verdim ".

Unikum məlhəmi

15 причин посетить Будапешт

Unikum Macarıstanın milli içkisidir. Budapeştdən xatirə olaraq gətirmək üçün yaxşı hədiyyədir.

Macar mətbəxi

15 причин посетить Будапешт

Macar mətbəxi müxtəlif ət yeməkləri ilə məşhurdur. Macarıstanda qida yağlı və ağırdır. Xörəklərə mütləq soğan və istiot vurulur. Ən məşhur xörəkləri leço, porkolt (ətdən hazırlanır) və paprikaşdır (xamanın içində ət). Ət xörəkləri arasında donuz əti və piyi dominantlıq təşkil edir. Macar mətbəxinə aid milli delikates müxtəlif cür qızartmadır. Bütün Avropada macar salyami kolbasası çox məşhurdur.

Картинки по запросу hungary food

Картинки по запросу hungary food

Balıq xörəkləri də çox populyardır, məsələn, foqaş. Bu, balıq şorbasına bənzər xörəkdir. Onu müxtəlif balıq növlərindən hazırlayırlar.

Burada fast-fud lanqoş adlanır. Ən dadlı blinçik məşhur Karoy Qundelin şərəfinə adlandırılmış qundel blinçikləridir. Macarıstan şərabı ilə bütün dünyada məşhurdur. Burada hər xörəyə uyğun fərqli şərab verilir.

Картинки по запросу hungary food

Opera

15 причин посетить Будапешт

Operaya getmək mütləq lazımdır. Opera zövqü burada ucuz başa gəlir və izlədiklərinizi heç vaxt unutmayacaqsınız.

Zoopark

Картинки по запросу hungary зоопарк

Macarıstanda olarkən milli zooparka baş çəkməyi də unutmayın. Bura dünyanın ən gözəl zooparklarındandır.

Turistlərə məsləhət

15 причин посетить Будапешт

Macarıstana səyahət təşkil edən istənilən turoperator müştərilərini rahat ekskursiya avtobusu və bələdçi ilə təmin edir. Amma Macarıstanın ab-havasını yaxından hiss etməkdən ötrü qrup halında gəzintini minimuma endirmək və paytaxt küçələrini piyada və ya ictimai nəqliyyatla gəzmək daha yaxşıdır. Şəhərdə rahat hərəkət etmək üçün özünüzlə xəritə götürün və şəhərin ən qədim mərkəzinə yollanın. Oraya getmək ictimai nəqliyyatla - tramvay, avtobus və ya metro ilə daha rahat olacaq. Gediş haqqı bütün nəqliyyatlarda eynidir - 230 forint. Biletləri marşrutların son dayanacaqlarındakı köşklərdən və ya otel hollarından əldə edə bilərsiniz. Bir faktı bilməlisiniz ki, ictimai nəqliyyatlarda sürücü dayanacaqda avtomatik olaraq qapını açmır, bu, yalnız son dayanacaqda edilir. Sərnişinlər özləri qapını açmalıdırlar. Bütün küçə və meydanların öz adları var. Macar dil qaydalarına görə, xüsusi adlarda əvvəl soyad, sonra ad gəlir. Macar dilinin oxunuşu və başa düşülməsi çətin olsa da, rus və ingilis dili geniş yayılıb.

P.S. Çox gəzən çox bilər deyiblər. Ümid edirik ki, virtual olsa da, bugünkü səyahətimizdən razı qaldınız və yeni məlumatlarla tanış ola bildiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm