Kanadaya vurulmaq üçün sonsuz sayda bəhanə - FOTOLAR
Bizi izləyin

Yolçu

Kanadaya vurulmaq üçün sonsuz sayda bəhanə - FOTOLAR

Kanada həyat səviyyəsinin göstəricilərinə, əmək haqları və təhsilinə görə, inkişaf etmiş ölkələr arasında liderlərdən biridir.

Kanada həyat səviyyəsinin göstəricilərinə, əmək haqları və təhsilinə görə, inkişaf etmiş ölkələr arasında liderlərdən biridir. Təsadüfi deyil ki, dövlətin immiqrantlar arasında populyarlığı hər il durmadan artır. Yeri gəlmişkən qeyd edək ki, əhalisinin sayı 34 milyon nəfərdən çoxdur və onun 16%-i, yəni 5.5 milyon nəfəri immiqrantlar (köçkünlər) təşkil edir. Bundan başqa, Rusiyadan sonra Kanada ərazisinə görə ikinci böyük ölkədir. Kanada dünyada ekoloji cəhətdən də ən təmiz ölkələrdən birincisidir desək, yanılmarıq. Bu ölkə həm də dünyada “insan kapitalının” paytaxtı sayılır. Burada işsizlik problemi demək olar ki, yoxdur.

Kanada kənd mənasını verən “Kanata” sözündəndir. Rəsmi dilləri ingilis və fransız dilləridir. Bəs turistləri Kanadaya daha nə nələr cəlb edir?

Publika.az “Yolçu” layihəsi çərçivəsində oxucuları bu həftə Kanadaya virtual səyahətə dəvət etmişik. Odur ki, kəmərləri möhkəm bağlayın, Kanadaya uçmağa hazırıq.

Landşaftların müxtəlifliyi və vəhşi təbiət

10 причин полюбить Канаду

Kanadalıların və dövlətin təbiətə diqqəti və qayğısı nəticəsində yaşayış mühiti digər ölkələr üçün nümunə ola bilər. Hətta gecə həyatı səngimək bilməyən Toronto kimi belə iri və dünyanın sənayecə inkişaf etmiş meqapolisində çoxsaylı parklar sizə sivilizasiyadan uzaqlaşıb şəhər həyatını unutmağa imkan verəcək.

Ölkənin hər əyaləti nadir xüsusiyyətləri və peyzajı ilə fərqlənir. Evlərin qarşısında düzülmüş qeyri-adi sayda ağacları gördükdə xeyli təəccüblənəcəksiniz. Təbiətin gözəlliyi sadəcə, inanılmazdır. Köhnə ağaclar və sirli meşələr heyranedicidir. Kanadada görməli yerlər çoxdur. Odur ki, şəhərin səs-küyündən bezəndə təbiətin sakit bir guşəsinə çəkilmək üçün bütün imkanlarlarınız olacaq.

Mavi göllər

голубые озера Канады, 10 причин влюбиться в Канаду, канада ты прекрасна

Kanadada dünyanın başqa ölkələrindən daha çox daxili göl və çaylar var. Onların gözəlliyi unikaldır və bu mənzərələr insana qəribə sakitlik bəxş edir. Əgər ömrünüzdə bir dəfə də olsa, bu gölləri görə bilsəniz, sizi birmənalı olaraq bəxtəvər adlandırmaq olar.

Kanada ilin istənilən vaxtında gözəldir!

Algonquin Provincial Park autumn ontario, осень в Канаде, красота природы, Канада

Bahar, yay, payız və ya qış olmasından asılı olmayaraq Kanada ilin istənilən vaxtı gözəldir. Və bu gözəlliyi duymaq üçün sadəcə bilet alıb ora uçmaq lazımdır.

Gözəl şəhər mənzərələri

Kanadada gözəl və bənzərsiz mənzərələri olan şəhərlər çoxdur. Gəlin onlarla tanış olaq:

Vankuver elə yerdir ki, orada okean ilə səma birləşir.

Image result for vancuver

Kanadanın ən böyük şəhəri olan Toronto ekzotik təbiəti, idman komandaları və kino festivalları ilə məşhurdur. Toronto eyni zamanda, dünya üzrə ən çox universiteti olan şəhərdir.

Related image

Monrealda isə yerli koloritlərlə qərb yenilikləri qəribə vəhdət təşkil edir.

Image result for monreal city

Ottava ölkənin siyasi və iqtisadi həyatında rol oynayan mərkəzi şəhərdir.

Image result for ottava city kanada

Edmonton hər il Şimali Amerikanın iki əsas: musiqi və teatr festivalları ilə yadda qalır.

Image result for eddmonton city kanada

Vinnipeq Kanadanın kommersiya və nəqliyyat mərkəzidir.

Image result for vinnipeg city

Avropasayağı istirahət

Image result for Quebec canada

Əgər sizin Kanadadan kənarda istirahət etmək imkanınız yoxdursa narahat olmayın. Kvebekde sizi Avropasayağı istirahət gözləyir. Bu şəhər sizi sadəcə heyran edəcək. Bu qədim şəhər sözün həqiqi mənasında əsl sənət əsəridir. Fransız krallarının saray memarlığı sayəsində rahat kafeləri və şimali Amerika qalaları YUNESKO-nun Dünya irsi statusunu qazanıb.

Tolerantlıq və anlaşma

Kanada dünyada ikinci ən mütərəqqi və ən tolerant ölkə kimi tanınır. Kanadalılar hesab edir ki, onlar çox anlayışlı, hər şeyə dözümlü və hörmətlə yanaşan millətdir. Kanada xüsusən də cinayətkarlığın aşağı səviyyədə olmasına və sağlam həyat tərzinə görə yuxarı pillələrdə dayanan ölkələrdən biridir. Yaxşı təchiz olunmuş polisləri demək olar ki, istənilən vaxt istənilən yerdə sizə özünüzü təhlükəsiz hiss etməyə imkan verəcək. Pis deyil, hə?

İstənilən zövqə uyğun fəal istirahət

Hansı idman növlərinə maraq göstərirsiniz? Velosiped və piyada yürüşləri, kanyoninq, alpinizm, qayayadırmanma, yoqa, pilates, basketbol, voleybol, kanoe, raftinq və ya fitnes? Siz bu məşğuliyyətlərdən istənilən birini seçə bilərsiniz. Eləcə də təmiz havada çox sayda məşğələlər var. Ümumiyyətlə, Kanada elə bir ölkədir ki, burada əhali idmanla məşğul olmağı çox sevir.

Mətbəxi

канадская еда, 10 причин полюбить Канаду

Yemək Kanadaya vurulmaq çox mühüm bəhanədir. Çünki ölkədə çoxlu sayda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu isə o deməkdir ki, Kanada restoranlarının mətbəxi zəngin və rəngarəngdir. “Beaver Tail”, “Japadog”, “Persians”, “Poutine” və başqaları ləzzət siyahısının sadəcə kiçik bir hissəsidir.

Baş nazir

Kanadanın baş naziri Castin Trudeau təkcə öz vətənində deyil, həm də onun hüdudlarından kənarda çox tanınır. Cəsarətlə demək ki, baş nazir kanadalıların sevimlisidir. Gənc siyasətçi idmana və heyvanlara sevgini, eləcə də sağlam həyat tərzini təbliğ edir. Nazir dəbli geyinməyi sevir. Yeri gəlmişkən “GQ” jurnalının versiyasına görə, Castin Trudeau 13 ən yaxşı geyinən kişilərin siyahısına düşüb.

İmmiqrantların seçimi

10 причин полюбить Канаду,

Kanada dünyada ən çox immiqrantları qəbul edən ölkələrdən biridir ki, buraya gələn xarici vətəndaşlar özünü yad hiss etmir. Birincisi, kanadalılar arasında birinci və ya ikinci nəsil immiqrantlar çoxdur. İkincisi, kanadalılar son bir neçə ildə yeni immiqrasiya siyasəti qəbul edildikdən sonra miqrant axınının davamlı olmasına və bu vəziyyətdə yaşamağa öyrəşiblər. Üçüncüsü, kanadalılar ki, bilirlər ki, bir qayda olaraq, immiqrantlar yaxşı təhsil alıb və peşə vərdişləri var, uğurlu bizneslə məşğul olur və onların gəlişi Kanadanın inkişafı üçün bir nemətdir. 3 ildən sonra daimi sakin statusunu aldıqdan sonra siz Kanada vətəndaşlığını ala bilərsiniz. Müqayisə üçün deyək ki, ABŞ vətəndaşlığını almaq üçün siz ABŞ ərazisində 5 ildən çox yaşamalısınız. Bir çox digər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə vətəndaşlıq almaq üçün 7-8 ildən çox qalmalısınız.

Hər il orta hesabla Kanadaya 240,000 nəfər köçür. Bu tipli köçlər öz növbəsində ölkənin inkişafına, ölkədəki mədəniyyət müxtəlifliyinin artmasına təkan verir.

Sürətli iqtisadi inkişaf və eyni zamanda yeni doğulanların az olması, yaşlı nəslin çoxalması, Kanadaya xarici vətəndaşların cəlb olunmasına ehtiyac yaradır. Hazırda Kanadaya getmək, yaşamaq, işləmək üçün onlarla proqram mövcuddur.

Kanadada həyat keyfiyyəti yüksək səviyyədə olsa da, bu, sizə ucuz başa gəlməyəcək Məsələ ondadır ki, mənzil, telefon, internet, kabel televiziyası, benzin və sığorta, bazarlıq, yemək, maşın, elektrik enerjisinə görə kifayət qədər yüksək məbləğ ödəməlisiniz. Ehtimal etmək olar ki, Kanadada dünyanın əksər ölkələri ilə müqayisədə həyatın dəyəri, orta hesabla, beş dəfə yüksəkdir. Lakin qiymətlərin bahalığı sizi qorxutmasın, bu, maaşların yüksək olması ilə izah olunur.

Sosial təminat

канадский квебек похож на европу.

Kanadada yaxşı işləyən sosial təminat sistemi var. Kanadanın leqal ərazisində olan bütün sakinlər pulsuz tibbi xidmətdən istifadə edirlər, uşaqları pulsuz təhsil alır. Kanada pensiyaçıları və işləmək qabiliyyətini itirmiş şəxsləri yüksək təqaüd və güzəştlərlə təmin edir. Bundan başqa, çoxsaylı büdcə dotasiyalara sayəsində bir çox layihələr və sosial proqramlar praktiki olaraq Kanadanın (uşaqlar üçün mədəni tədbirlər, müxtəlif idman layihələri) bütün sakinlərinə aid edilir.

Kanada pasportu

паспорт Канады, 10 причин влюбится в Канаду

Kanada pasportu çox gözəldir. Ultrabənövşəyi lampaların şüalarının altında rəngarəng mənzərələr görmək olar. Lakin bu, əlbəttə, onun başlıca müsbət cəhəti deyil. Bu sənəd sizə bir çox ölkələrin qapısını açacaq. Vizaya ehtiyac olmadan onunla təxminən 170 ölkəyə səyahət etmək olar.

Təhsil

Bu ölkə yaşamaq üçün ən ideal yer olmaqla yanaşı, təhsil üçündə ən yaxşı ölkələrdən biridir. Təhsil Kanada dövlətinin əsas diqqətində olan sahədir. Burada təhsilə dövlət tərəfindən çox böyük diqqət verilir. Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir.

Maraqlı faktlar

Ölkə əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir.

Tyrans-Kanada dünyanın ən uzun beynəlxalq şossesidir – 7604 km.

Alyaskada olan şosse dünyada ən sürətlə tikilmiş yoldur ki, bunun 2451 km-i 1 ildən də az bir müddətdə salınıb.

Kanada sahəsinin 2.2%-də 43 park var. İlk Milli park (Banff) 1885-ci ildə salınıb.

Hər il kanadalıların 3%-dən çoxu qan bəxşişi (qan verir) edir.

Kanadanın ən yüksək dağ zirvəsi Maunt Logan zirvəsidir( 5 959 m).

Kanadada ən böyük ada əhalisi cəmi 11 min nəfər, ərazisi isə 507 451 kv.km olan Baffindir.

Kanadada ən yüksək şəlalə Della Falls şəlaləsidir. Hündürlüyü 440 metrdir, maraqlı bir faktdır ki, dünyada ən yüksək şəlalə hesab edilən Niaqaradan daha hündürdür.

BMT-nin araşdırmalarına görə, Kanada dünyada inkişaf indeksi üzrə 4-cü yeri tutur ki, bu da Kanadanı yaşamaq və uşaqları böyütmək üçün ideal bir ölkə edir.

1670-ci ildən mübadilə vasitəsi kimi Kanadada duz işlənirdi.

Kanada dünyada pendirin ən iri istehsalçısı və istehlakçılarındandır.

Kanada "Böyuk Yeddilik" qrupuna daxil olan dövlətlərdən birdir. Ölkənin iqtisadiyyatı uzun müddət "eninə", son onilliklər ərzində isə intensiv sürətdə "dərininə" inkişaf edir. Ölkənin sürətli inkişafına aşağıdakı amillər təsir edib.

Müstəmləkə asılılığının tezliklə ləğv edilməsi
Əhalinin sayının nisbətən az olması ilə olduqca böyük torpaq və mineral resurslara sahib olması
Kütləvi mühacir və intensiv xarici kapital axını
İşçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm