Oliqarxların möhtac qaldığı bədbəxtin hamını XOŞBƏXT EDƏCƏK SİRLİ ÜZÜ - FOTO/VİDEO
Bizi izləyin

Yolçu

Oliqarxların möhtac qaldığı bədbəxtin hamını XOŞBƏXT EDƏCƏK SİRLİ ÜZÜ - FOTO/VİDEO

Bədbəxtin xöşbəxt üzü

Qış gözəl istirahət üçün heç də isti yay aylarından pis deyil. Məsələn, Atlantik okeanda üzmək, qızıl qumlarda isinmək, günəş vannası qəbul etmək, ən vacibi doyunca gülmək və əylənmək üçün minlərlə turist məhz Mayamini seçir. Mayami xüsusilə milyarderlərin "cənnət diyarı" sayılır. Yeri gəlmişkən, bu şəhərə üz tutanlar arasında azərbaycanlı oliqarxlar və məşhurlar da az deyil. Bu da təəccüblü deyil, axı cənub diyarında ilboyu günəş işıq saçır.

Əgər siz Mayamiyə (Florida ştatı) səfər etməyi planlaşdırırsınızsa, qaynar gecə həyatı, qeyri-adi mədəniyyət, koloritli şəhər və əlbəttə ki, ən təmiz ağ qumlu çimərliklər, o cümlədən firuzəyi dalğalarla tanışlığa hazır olun. Ümumiyyətlə, Mayamidə gəzib-görməli yerlə çoxdur. Odur ki, dəqiqələrinizi boşa itirməmək üçün istirahətinizi əvvəlcədən planlaşdırmalısınız.

Beləliklə, Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları ABŞ-ın Florida ştatının Mayami şəhərinə virtual səyahətə dəvət edib. Kəmərləri bağlayın, təyyarəmiz uçuşa hazırlaşır...

Çimərlikləri

Картинки по запросу miami beach

Şəhər iki hissədən ibarətdir. Mayaminin özündə siz yalnız hündür binalar, ticarət mərzkələri, otellər, qeyri-adi (pulsuz yerüstü metro) ictimai nəqliyyat vasitələri görə bilərsiniz. Milyarderlərin və Hollivud ulduzlarının dəbdəbəli malikanələrinin olduğu kurort diyarı isə mərkəzdən aralıda yerləşir və Mayami-Biç adlanır. İnsanların bu şəhəri seçməsinin əsas səbəbi çoxsaylı çimərlikləridir. Burada ilin ən yüksək temperaturu yay aylarına təsadüf edir, amma ilin qalan fəsillərində də hava xoş keçir. Ümumiyyətlə, Mayamiyə səfər üçün ən əlverişli vaxt qışdır. Mayamiyə gələn kimi ilk növbədə “Ocean Drive South Beach” (Ouşen Drayv Cənub Çimərliyi) çimərliyinə üz tutun. Floridanın əsas mərkəzinin gecə həyatı sizin mütləq xoşunuza gələcək. Ən dəbdəli barları, restoranları və klubları burada tapmaq olar. Ouşen Drayvda hər axşam, hər gün və hər saat şənliklər keçirilir. Və əlbəttə ki, Cənub çimərliyində olmaq dünyanın hər yerindən gələn yeni insanlarla tanışlıq və dostluqlar deməkdir.

Qeyd etmək lazımdır ki, Mayamidə 50 kilometrdən çox ərazi çimərliklər əhatələnib. Burada turistlər gözəl çimərliklərdə voleybol oynaya, tropik kokteyllər içə, sörfinq öyrənə və ya sadəcə günəş vannası qəbul edə bilər.

Ouşen-drayv küçəsi və ar-deko üslubu

Mayami çimərlikləri demək olar ki, bütünlüklə 30-40-cı illər ərzində tikilən binalardan ibarətdir. Ancaq ar-deko üslubunun (Qotik bəzəmə elementlərindən istifadə olunur) əsas ekspozisiyası Mayaminin ən qaynar küçəsi sayılan Ouşen Drayvda yerləşir. Ar-deko tərzində tikilən binalar günəş şüaları altında deyil, gecələr neon işıqlar altında daha effektli görünür. Sahildən yarım mil aralıda durmuş qayıqların projektorları Ouşen Drayv küçəsinin mənzərəsini daha da gözəlləşdirir.

1998-ci ildə ABŞ-ın Florida ştatının Mayami şəhərində Ar-Deko rayonunda (Art Deco District, South Beach) yerləşən “Loews Miami Beach Hotel” oteli özündə kosmopolitik təsirləri əks etdirən ar-deko üslübünda tikilib. “Loews Miami Beach Hotel” Mayami Cənub Çimərliyinin ən böyük otelidir. Oteli “NBWW” şirkəti layihələndirib.

Картинки по запросу Loews Miami Beach Hotel

Retro-avtomobilləri

Картинки по запросу miami retro avtomobil

"Avtomobillər muzeyi” ən maraqlı kolleksiya sayılır. Burada “Keçmişə və gələcəyə” filminin maşınları, “Ruh ovçuları”, “Betmen” və s. filmlərdə istifadə olunan avtomobillər nümayiş olunur. O cümlədən müasir bahalı idman avtomobilləri ilə ötən əsrin 20-30-cu illərinin köhnə avropa və amerikan modelləri saxlanılır.

Hemenqueyi ziyarət edin

Floridanın cənub sahilləri arasında yerləşən Heminquey adası məşhur yazıçı Ernest Heminqueyin şərəfinə adlandırılıb. 1931-ci ildə ailə quran Polina və Ernest Hemenquey cütlüyünə gəlinin dayısı hədiyyə kimi Bimini adasını və daşdan tikilən malikanə verib. Ev əsaslı təmir tələb etdiyi üçün yazıçının pullarının böyük hissəsi onun bərpasına gedib. Təkcə beton hovuzun tikilişə yazıçının 20 mindən (hələ o dövrdə) çox pulu çıxıb. Ernest Heminquey uzun müddət orada yaşayıb və özünün məşhur “Sahib olmaq və ya olmamaq” romanını da həmin adada yazıb. Əvvəlki adı Bimini olan Heminquey delfinlər adası kimi də tanınır. Bu, adanın sahilləri delfinlərin ən çox sevdikləri yerlər olması ilə izah olunur.

Adada çoxlu sayda otellər var və bura turistlərin ən çox sevdikləri yerdir. Heminquey həmçinin Baham adlarının balıqçılar mərkəzi hesab edilir. Rəvayətə görə, Heminquey əfsanəvi Atlantidanın qalıqlarıdır.

Mətbəxi

Kuba Mayamidən təxminən 130 mil aralıda yerləşir. Kubalılar çoxu Balaca Havanna rayonunda məskunlaşıb. Ənənəvi kuba mətbəxinin ləziz təamları ilə bu rayonda tanış ola bilərsiniz. Ektoztik Kuba mətbəxi ilə tanışlıq üçün “Little Havana Food and Cultural Walking Tour” qida turları təşkil olunur. Təmiz palma şirəsini, hər növ dəniz məhsulları, qarışıq içli, ətli və tərəvəzli ev empanadasını mütləq sınayın. Eyni zamanda sizin şirin qəhvə və müxtəlif yerlərdə Kuba espressosunu dadmaq imkanınız olacaq.

Hər zğövqə uyğun klub və barlar

Картинки по запросу

Şəhərin qara plitə ilə döşənmiş “Deuce” ən qədim barı hələ 1926-cı ildə tikilib. Bar öz arxitekturasını indiyədək qoruyub saxlayıb və axşam saat 7-dən səhər saat 8-dək müştərilərə xidmət göstərir. "Mayami Polisi: Əxlaq şöbəsi" filmi də məhz bu barda çəkilib.

Bütövlükdə Mayamidə istənilən zövqə uyğun klublar fəaliyyət göstərir. Buranı əbəs yerə “party-city” (əyləncələr şəhəri) adlandırmırlar.

Festivallar

Картинки по запросу festival miami

Mayami çimərlikləri qışın soyuğundan bezənlər üçün ən ideal yerdir. Turistlərin buraya axışmasının səbəbi gözəl təbiəti, əsrarəngiz hindqozu meşəlikləri, ilboyu işıq saçan günəşi, sörfinqi və mükəmməl mətbəxi ilə məhdudlaşmır. Mayami festivallarla da zəngindir. Məsələn, Cənubi çimərlikləri şərab və yemək festivalları ilə zəngindir. Latin Amerika və Karib adalarına həsr olunmuş karnavallar şəhərdə heyrətamiz atmosfer yaradır.

Milli Everqleyds parkı

Картинки по запросу Evergleyds parke

Böyüklüyünə görə ABŞ-ın üçüncü milli parkı Mayamidən cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir. Əgər siz alliqatorların, timsahların, delfinlərin və panteraların necə yaşadığına baxmaq istəyirsinizsə, onda park turlarına qoşulun.

Dizayn rayonu və incəsənət muzeyi

Mayaminin lap mərkəzi rayonu tamamilə sənətə həsr olunub. Çoxsaylı qalereyaları, mağazalar və mədəni tədbirlər... Görməli binalara Bakardi, Buik və əlbəttə ki, ilboyu maraqlı sərgilər keçirilən müasir incəsənət muzeyini mütləq ziyarət edin.

Maraqlı faktlar

Mayami ABŞ-ın ən bədbəxt şəhərləri siyahısına liderlik edir. Ekspertlərin məlumatına görə, Mayami yalnız ilk baxışdan "cənnətin bir guşəsi" kimi görünür. Əslində isə şəhər kəskin mənzil böhranı yaşayır, cinayətkarlığın səviyyəsi yüksəkdir.

Şəhərin meri 15.05 saatını 2013-cü ilinin aprelindən etibarən rəsmi qəhvə fasiləsi elan edib.

P.S İstər gözəl təbiəti, istər müasir incəsənət muzeyləri, istərsə də sərt idman növləri sizi Mayamidə darıxmağa qoymayacaq. Burada hər kəs öz zövqünə görə məşğuliyyət tapacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm