MOK-da nəhəng tort kəsildi - Qaliblərin şərəfinə - FOTOLAR
Bizi izləyin

Bakı 2015

MOK-da nəhəng tort kəsildi - Qaliblərin şərəfinə - FOTOLAR

MOK-nin binasında Avropa Oyunlarında medal qazanmış idmançılarla görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşün məqsədi bu mötəbər turnirdə uğur qazanmış idmançıları mükafatlandırmaq olub. İdmançılarımızla görüşdə komitənin I vitse-prezidenti Çingiz Hüseynov çıxış edib. O, qazanılan mükafatlara görə idmançıları təbrik edib.

Gənclər və İdman naziri Azad Rəhimov da idmançıları uğurlarına görə təbrik edib. Həmçinin nazir gələn qonaqların da təəssüratlarını çatdırıb:

"Avropa Oyunlarına görə gələn qonaqlar bildirdi ki, təşkilatçılığı belə yüksək səviyyədə gözləmirdik. Çok mükəmməl təşkil olunub".

Daha sonra idmançılara mükafatlar təqdim olunub. İlk olaraq yunan-Roma güləşi üzrə bürünc medalçı Həsən Əliyevin mükafatı təqdim olunub. Daha sonra Sabah Şəriəti (yunan-Roma - bürünc), Elvin Mürsəliyev (yunan-Roma - qızıl), İrina Zaretskaya (karate - qızıl), Ayxan Mamayev (karate - qızıl) kimi idmançılara sırayla mükafatları təqdim olunub.

Mükafatları nazir Azad Rəhimov, MOK-un I vitse-prezidenti Çingiz Hüseynov, komitənin baş katibi Ağacan Abıyev və olimpiya çempionu Namiq Abdullayev təqdim edib.

Daha sonra Avropa Oyunlarının medalçıları ilə birlikdə böyük tort kəsilib.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm