• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınlar üçün tanketka dəbi - FOTOLAR

  • Dəb
  • 2 Avqust 2015 09:32
  • 2 308 Baxış
Qadınlar üçün tanketka dəbi - FOTOLAR

İstedadlı dizaynerlər sayəsində 1930-cu ildən qadın qarderobuna ən rahat ayaqqabılar – tanketaktalar daxil oldu. Rahat olduğu üçün uzun müddət aktual olan tanketkalar bu xüsusiyyətlərinə görə, krosovka və kedlərlə ciddi rəqabət aparır.

Tanketka ayaqqabıların yaranması 1930-cu illərə təsadüf etsə də, bu modellər o zaman populyarlıq əldə edə bilmədi. Yalnız çox illər sonra - 1970-cı illərdə modapərəstlər bu modellərin üstünlüklərini anladılar. O vaxtdan daim aktual olan tanketka ayaqqabıların qadın qarderobunda özünəməxsus yeri var.

İlbəil inkişaf edən tanketkaların indi müxtəlif variantlarını görmək olar.

Tanketka platformadan nə ilə fərqlənir?

Tanketkanın altlığı qalın və hündür olur. Ayaqqabının dabanı bütöv deyilsə, deməli, bu ayaqqabı modelini platforma kateqoriyasına aid etmək lazımdır. Tanketkanın dabanı bütün altlığı əhatə edir və bütöv olur.

Bu yay hansı qadın ayaqqabıları aktualdır?

Müasir moda sənayesində brendlərin məhsulları çoxçeşidlidir. Məhz bu yolla müştərinin diqqətini cəlb etməyə çalışan brendlərin qarşımıza çıxardığı məhsulların arasından ən yaxşısını müəyyənləşdirmək asan olmasa da, mümkündür. Publika.az-ın dəb bölməsi yay kolleksiyalarından bəzi modelləri toplayıb.

Tanketkaların ən orijinal modellərini “Christian Louboutin” və “Charline de Luca” təklif edir. Bu brendin qeyri-adi formalı tanketkaları müxtəlif dekorla və naxışlı da ola bilər.

“Charlotte Olympia” markasının modellərini saçaqlar bəzəyir. “Rupert Sanderson” markasının tanketkalarını iplər, “Ralph Lauren” brendinin ayaqqabılarını isə həsir elementləri fərqləndirir.

Dəbli tanketkalar boyu hündür göstərir. Həmin ayaqqabılarda xanımlar daha möhkəm və inamlı addımlarla, son dərəcə rahat olduğu üçün isə saatlarla yorulmadan yeriyə bilirlər.

Lakin bütün tanketka modelləri ideal deyil. Onların bəzilərinin dabanları çox həcmli olduğu üçün qadının çəkisini olduğundan çox göstərir. Bir neçə modeli dəyişdirin və güzgüdə müqayisə edin. Ümumiyyətlə, rahat və dəbli ayaqqabını internetdən sifariş vermək deyil, mağazalarda almaq daha məqsədəuyğundur.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR