104 yaşlı babanın dəb şousu – FOTOLAR
Bizi izləyin

Dəb

104 yaşlı babanın dəb şousu – FOTOLAR

Gənc yaşlarda hər kəs baxımlı və dəbli görünmək istəyir. Ancaq illər keçdikcə bu cür həvəslərini itirir. Gündəlik işlərə baş elə qarışır ki, insan özünə vaxt ayıra bilmir. Ancaq elələri də var ki, onlar üçün dəblə geyinmək, şıq görünmək həyat fəlsəfəsidir. Belələrindən biri də Almaniyada yaşayan 104 yaşlı Günter Krabenhöftdür.

104 yaşlı bu baba 20 yaşlarındakı gəncləri belə kölgədə qoyan stilə sahibdir.

Yaşından olduqca gənc görünən və stili ilə hər kəsi özünə heyran qoyan Günter Krabenhöft gənc yaşlardan etibarən moda ilə ayaqlaşdığını və öz tərzini yaratmağı sevdiyini bildirir.

Məşhur fotoqrafların diqqətini çəkən və onlara pozalar verməkdən qürur duyan Günter baba ən çox cins şalvar geyinməyi xoşlayır. Geyimlərini aksessuarlarla tamamlayır. O, əsasən, rənglərin uyğunluğuna diqqət etdiyini bildirir.

Publika.az 104 yaşlı dəb pərəstişkarının fotolarını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm