Dəb
Bu məşhurun əynindəki paltarlara bir ev və lüks maşın almaq olar - - FOTO
Demet Akalın lüks markalardan aldığı bahalı geyimlərlə gündəm yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni dünən bəstəkar Ayla Çelikin doğum günündə iştirak edib. Çıxışda mətbuat nümayəndələrinin suallarını cavablandıran müğənni həmkarı Hadisənin “Tolerans” adlı iddialı klipi haqqında danışıb:
"Hadisəyə hər şey yaraşır. Klipi də çox gözəldir, amma o, dekolteləri evlənəndən sonra görəcəm... Evlənməzdən əvvəl mən də dekolteli paltarla səhnəyə çıxır və klip çəkdirərdim, amma artıq alınmır".
Demet Akalın yaxınlarına aldığı bahalı hədiyyələrlə bağlı bunları deyib:
"Xəbərlərdə yazıldığı kimi çox bahalı hədiyyələr deyil. Hər kəsə qazancına görə hədiyyə alıram. Kerimcana aldığımız çantanı isə yalnız mən almamışam".
Demet Akalının Ayla Çelikin ad günü ziyafətində geyindiyi paltar və taxdığı bəzək əşyalarının sərvət dəyərində olduğu üzə çıxıb.
Müğənni ziyafətə 500 min lirəlik (təxminən 250 min manat) təkqaş üzük və “Rolex” markasından qiyməti 80 min lirə (təxminən 40 min manat) olan saat taxıb.
“Hermes” moda evindən olan çantasının dəyəri isə 30 min lirədir (təxminən 15 min manat). “Zara”dan 229 lirəyə (təxminən 115 manat) ətək geyinən Demet Akalın dəstini “Versace”dən qiyməti 8 min 200 lirə (təxminən 4100 manat) olan sviterlə tamamlayıb.
“Fendi” markasından olan eynəyin dəyəri isə 1400 lirədir (təxminən 700 manat).
Aytən
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan