Bu rəngdə paltar geyinsəz... - FOTOLAR
Bizi izləyin

Dəb

Bu rəngdə paltar geyinsəz... - FOTOLAR

Seçdiyiniz paltarların rənglərinin gün ərzində ruhi vəziyyətinizə təsir etdiyini bilirdinizmi?

Həyatı rəngsiz təsəvvür etmək çətindir. Rənglər insanın sağlamlığına, əhval-ruhiyyəsinə birbaşa təsir edir. Təbiətin yaratdığı rənglər arasında uyğunluq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir.

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Aparılan sorğulara görə, harmoniya yaratmayan, eləcə də, qıcıqlandırıcı rənglər insan səhhətinə mənfi təsir göstərir.

Hər bir rəngin də öz dili və öz funksiyası var. Rənglər insanlara müəyyən hisslər, xəbərlər, müsbət və mənfi emosiyalar bəxş edir. Onların həyatda önəmi çox böyükdür.

Bəs insanların rəng seçimi nə ilə əlaqədardır?

Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq, insanlara eyni təsiri göstərir. Publika.az rənglərin insanın ruhi vəziyyətinə necə təsir etdiyini təqdim edir:

Bənövşəyi: Dəyişikliyin rəngidir. Stressi aradan qaldırır. Meditasiya ilə məşğul olanlara təklif edilir.

Çəhrayı: Gənclik aşılayır və özünüzü yaxşı hiss etmənizi təmin edir. Çünki çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir. Bu rəngi sevənlər sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar.

Ağ: Saflıq və məsumluq rəmzidir. Tarazlıq, mükəmmənlik və harmoniyanın rəngidir. Bütün tünd rənglərlə əla görünür. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.

Qırmızı: Enerji verir, yaxşılaşma duyğusunu artırır. Sürət, cəsarət və özünə güvənin rəngidir.

Qəhvəyi: Bayağılığın rəngidir. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Qəhvəyi rəngi xoşlayan insanlar xasiyyətcə təmkinli olurlar. Ancaq düşünülmüş addımlar atır, tənhalığı səs-küylü məclislərdən üstün tuturlar.

Boz: Qeyri-müəyyənliyə və tərəddüdə səbəb olur. Depressiv və soyuq bir rəng olduğu da söylənilir.

Qızılı rəng: Hakimiyyət, özünə inam, yaradıcılıq və mənəvi təkmilliyi təmsil edir.

Qara: “Ya hər şey, ya da heç nə” fikrini aşılayır. Qara güclü müdafiə sistemi olan bir rəngdir. O bütün rənglərin qatışığında öz keyfiyyətini saxlayır, rənginin orijinallığını qorumağı bacarır. Qara özgə boya sevməyən rəngdir, elə buna görə də o, yad rənglərin ləkələrini tez bir zamanda çevrəsinə daxil etməklə əridə bilir.

Gümüşü rəng: Romantik tarazlığı təmin edir və neqativliyi yox edir.

Narıncı: Yaradıcılıq və istəyin rəngidir.

Sarı: Xüsusilə, əzələləri hərəkətə keçirən bir rəngdir. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır. Hərəkətin, sevincin simvolu olan bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər.

Yaşıl: Tarazlıq və uyğunluq rəngidir. Beyni və bədəni rahatlaşdırır. Sakitləşdrici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir.

Mavi: Açıq mavi rəng də sakitləşdirir. Mavi həm də sülh və əmin-amanlıq deməkdir. Həmçinin bu rəng davamlılığı və etibarlılığı da ifadə edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm