Yaz və yay ayları üçün ideal ağ dəstlər – FOTOLAR
Bizi izləyin

Dəb

Yaz və yay ayları üçün ideal ağ dəstlər – FOTOLAR

Dəbi izləyənlər bilirlər ki, ağ hər mövsümün əsas tendensiyalarından biridir. Klassikləşən bu rəng dəbdən heç vaxt düşmür. Hazırda bütün moda nümayişlərində və “street style” (çöl geyim) xronikalarında bu rəngə və akssesuarlara daha çox rast gəlirik. Bununla belə, qeyd etmək lazımdır ki, ağ rəngin hər kəsə yaraşan müxtəlif çalarları var.

Krujevalı, şifon, deşikli, naxışlı, gipürlü, tül və müxtəlif çeşiddə ağ libaslar yayın hiti olmağa iddialıdır. Xüsusilə, bohem tərzində olan, çiyin dekolteli və qadınsayağı krujevalı ağ paltarlar qaralmış dəridə ideal görünür. Ağ donlar kovboy çəkmələri, qəhvəyi dəri kəmərlər, səndəllər və qladiator ayaqqabıları ilə əla tamamlanır.

Mövsümün ağ rəngli geyimləri müxtəlif fakturalı detallarla bəzənəcək. Ağ rəngi digər rəngli aksessuarlarla bəzəmək olar.

Xatırladaq ki, bu rəngin hegemonluğu makiyajda da davam edəcək.

Artıq yayın başlamasına sayılı günlər qalıb. Odur ki, qarderobunuza mövsümün trend rəngində olan bir neçə əşyanı daxil etməyi məsləhət görürük.

Publika.az ağ rəngi dəstləşdirməyin üsullarını təqdim edir:

Ağ dəstin detalları:

Beyaz Tesettür Giyim Kombinleri

Tunik: “Viktoriya Beckham”

Ayaqqabı: “Marc Jacobs”

Çanta: “Perlina”

Şərf: “Woven”

Həftə sonu rahatlığı:

Bütün həftənin yorğunluğunu və stressini üzərinizdən atmaq istəyənlərə ağ rəngli dəst təklif olunur. Ağın sadə, amma bir o qədər də sakitləşdirici gücündən istifadə etmək yerinə düşər. Lakin ağ dəstə özünüzü rahat hiss edəcəyiniz paltarlar daxil etməlisiniz.

Dəstin detalları:

Beyaz Tesettür Giyim Kombinleri

Şərf: “Hermes”

Köynək: “Uniqlo”

Ətək: “Fendi”

Ayaqqabı: “Aquazzura”

Qəhvə və çay saatları:

Baharın son ayında günəşli günlərdə rəfiqəniz və ya dostunuzla görüşə gedəndə ağ rəngli paltarlara müraciət edin. Ağ rəngli mini ətək əhvalınızı bir qədər də artıracaq.

Dəstin detalları:

Beyaz Tesettür Giyim Kombinleri

Plaş: “Viktoriya Beckham”

Çanta: “Diana Fon Furstenberg”

Şərf: “Barneys”

Ayaqqabı: “Casadei”

Dəvət üçün qəşəng dəst:

Ağ önəmli dəvətlər üçün çox idealdır. Dəvətə gedərkən ağ dəst seçirsinizsə, onu qızılı və ya gümüşü aksessuarlarla tamamlayın.

Dəstin detalları:

Beyaz Tesettür Giyim Kombinleri

Köynək: “Dolce & Gabbana”

Ətək: “Emilia Wickstead”

Çanta: “Lucluc”

Şərf: Keyt Spada

Ayaqqabı: “Giuseppe Zanotti”

Xanım-xatın dəst:

Romantik yaz axşamlarında sevgilinizlə görüşə gedərkən xanım-xatın üslubda olan paltarlar seçin. Ağ rəngli paltarlarda xanımlar daha qüsursuz və saf görünür.

Kombinin Detalları:

Beyaz Tesettür Giyim Kombinleri

Sweat: “Blackfive”

Ətək: “Vionnet”

Çanta: “Kate Spada”

Ayaqqabı: “Mark Konfrans”

Şərf: “Reed Krakoff”

Ağ və çəhrayının vəhdəti:

Ağla çəhrayının vəhdəti mükəmməl görünür. Çəhrayı ilə ağın mükəmməl harmoniyası xanımlara çox yaraşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm