Yaxın Şərq müharibəsinin səbəbi: Pişik və siçan... – İDDİA
Bizi izləyin

Dünya

Yaxın Şərq müharibəsinin səbəbi: Pişik və siçan... – İDDİA

Yaxın Şərq və İslam dünyasında baş verən silahlı qarşıdurmaların səbəbi “Tom və Jerry” kimi zorakılığı təbliğ edən Qərb istehsalı olan filmlərdir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Misirin İnformasiya Təşkilatının başçısı Salah Abdussadık deyib.

Qahirə Universitetində təşkil edilən bir forumda danışan Salah Abdussadık “Tom və Jerry” cizgi filminin qarşıdurma və döyüşü komik bir şəkildə təqdim etdiyini bildirib.

“Beləliklə, bəzilərini döymək, ya da birini partlayıcılarla havaya uçurmaq tamaşaçılara çox adi gəlir”, - o, vurğulayıb.

ABŞ-da ekranlara gəlməsinin ardınca 1940-cı illərdən etibarən bütün dünyaya yayılan və sevilərək izlənilən “Tom və Jerry”nin bəzi hissələrınin yayımı bir çox ölkələrdə qadağan edilib. Filmin “irqçi mesajlar” verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm