Beş il sonra Nazarbayev ölür, Rusiya Qazaxıstanı işğal edir
Bizi izləyin

Dünya

Beş il sonra Nazarbayev ölür, Rusiya Qazaxıstanı işğal edir

Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitikləri Qazaxıstanda baş verəcəklərlə bağlı ssenari hazırlayıb. Alman analitiklərinin ssenarisi Qazaxıstan lideri Nursultan Nazarbayevin ölümündən sonrakı dövrü əhatə edir. “Nazarbayev vəfat edəndən sonra nələr olacaq?”. Ssenaridə bu suala cavablar verilir.

Publika.az “Alman dalğası”na (Deutsche Welle) istinadən sözügedən ssenarini təqdim edir.

Nursultan Nazarbayev 2021-ci ildə 81 yaşında qəfil vəfat edəcək. Bundan sonra qazax elitasında parçalanmalar Nazarbayevin varisinin kim olması ilə bağlı vahid namizədi müəyyənləşdirməyə imkan verməyəcək və Astana beynəlxalq təzyiq altında seçkilər keçirməli olacaq.

“Xarizmatik namizəd Muxtar Kunanbay” (ssenaridə Muxtar Kunanbayev Rusiya əleyhinə olan xəyali şəxsdir – red) “millətçi, anti-Rusiya, həmçinin, demokratik şüarlarla” seçkidə qalib gələcək. Qərb Kunanbayı “əsl demokratik alternativ kimi qəbul edəcək və beynəlxalq ictimaiyyət ona güclü dəstək verəcək.

Analitiklər Qazax elitasının parçalanma səbəbini belə izah edirlər:

Rusiyada iqtisadi böhran Mərkəzi Asiya üçün onun qiymətini azaldıb və regionda Çinin fəallığı artıb, xüsusilə energetika və bank sferasında. Nəticədə, elita daxilindəki Çinə meylli qrup Rusiyaya meylli qrupu üstələməyə başlayır.

Rusiyanın elitadakı təsirinin azalması əhalinin əhval-ruhiyyəsində də əks olunur və indiyə qədər Rusiyaya inteqrasiya siyasətinin ziddiyyətləri ortaya çıxır. Çünki Qazaxıstan rəhbərliyinin Rusiyaya inteqrasiyası iqtisadi çatışmazlıqlara səbəb olur və bundan ən çox əhali zərər görür.

Beləliklə, Kunanbay prezident seçkilərində qalib gəlir, lakin o, səlahiyyətlərinin icrasına başlamır. Rusiya mediasına seçkinin qalibinə qarşı güclü kampaniya aparırlar. Bu kampaniya Şimali Qazaxıstanın rusdilli əhalisi arasında qorxu yayır. Moskva rəsmən Qazaxıstanda rusların və rusdillilərin hüquqlarını müdafiə etdiyini açıqlayır. Hansı ki, əvvəlcədən gizli şəkildə ruslara və rusdillilərə Rusiya pasportunu paylayıb.

Artıq seçkinin növbəti günü Şimali Qazaxıstanın əsasən ruslar yaşayan 40 rayonunda “özünümüdafiə dəstələri” meydana çıxır. Eyni zamanda, Rusiya Kustanay hava limanına xüsusi təyinatlı dəstə çıxarır, qoşunlarını Qazaxıstanla sərhədə çəkir və orada “Qazaxıstandan Rusiya ərazisinə girən” terrorçularla mübarizə məqsədilə genişmiqyaslı hərbi manevrlər edir.

Bu vəziyyətdə Senatın indiki sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Kasım-Jomart Tokayev “özünümüdafiə dəstələri”nə qarşı heç nə etmir. Qazaxıstan ordusu kazarmalarda qalır. Bu, Kunanbayın tərəfdarlarının artmasına səbəb olur və onlar kütləvi etirazlarla hökumətin istefasına nail olurlar.

Rusiyanın Qazaxıstana müdaxiləsindən sonra Tacikistanda kütləvi nümayişlər başlanır. Onlar Rusiyanın ölkədə hərbi mövcudluğuna və Düşənbədəki rejimə qarşı çıxırlar. Müxalifət xaricdəki islamçı qruplardan dəstək alır, belə olanda hökumət özünü qorumaq üçün bütün təhlükəsizlik qüvvələrini Düşənbədə cəmləşdirməyə məcbur olur. Bu da Dağlıq Badaxşan və Rəşt ərazisinin radikal islamçıların əlinə keçməsinə səbəb olur. Nəticədə Moskva vəziyyəti sabitləşdirmək üçün öz qoşunlarını, xüsusilə Tacikistandakı 201-ci bazadakı hərbiçilərini regiona cəlb edir.

Analitiklər qeyd edirlər ki, əgər Orta Asiyada bütün bunlar yaşanarsa və real müxalifət ortaya çıxarsa, o zaman, Qərb onları dəstəkləməyə tələsməməlidir. Çünki Rusiya regionda sabitləşdirici rol oynayır və anti-rus qüvvələrin hakimiyyətə gəlməsi uzağa gedən nəticələrə səbəb ola bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm