Dünya
Qızı Kərimovun ölüm xəbərini yayıb
“Baş nazir Şövkət Mirziyoyev dövlət başçısı postuna gələcəyi ən çox ehtimal olunan şəxsdir. Belə olan halda Kərimovlar ailəsi siyasi həyatdan kənarlaşdırılacaq”.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan hökumətinə yaxın mənbə Rusiyanın “İzvestia” nəşrinə məlumat verib.
Mənbə bildirib ki, İslam Kərimov süni nəfəs aparatına qoşulub:
“Ehtimal ki, bu, bir neçə gün üçün lazımdır. Ölkədə hakimiyyət
yenidən qurulana qədər onun ailəsinin üzvləri buraxılmayacaq. Böyük
qız Gülnarə Kərimova Londonda ev dustaqlığındadır. Lola Kərimovanı
isə güclü qruplar hakimiyyətə qoymazlar. Şövkət Mirziyoyev əsas
namizəddir. Onu ölkə daxilində və hüdudlarından kənarda da
dəstəkləyirlər”,
Ən maraqlı məlumat isə İslam Kərimovun ölüm xəbərinin kimin tərəfindən yayılmasıdır. Mənbə bu şəxsin Lola Kərimova olduğunu deyib.
“Yüksək dairələrdə belə bir fikir var ki, avqustun 29-da
Kərimovun ölüm xəbərini qızı Lola yayıb”, - yüksəkvəzifəli mənbə
deyib. Lakin o, bunun səbəbini dəqiq açıqlamayıb.
Asif
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat