Dünya
Dövlət çevrilişi qərargahı hərəkətə keçdi - Erməni nazirin “Üçüncü Maydan” PLANI - FOTOLAR
Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov hazırda Kiyevdə ən çox müzakirə olunan şəxsdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.
Publika.az xəbər verir ki, Rusiyanın “lenta.ru” saytında gedən bir yazıda Avakovun Ukraynada dövlət çevrilişini təşkil etməsinin, həmçinin “Azov” alayının Kiyevə daxil olmasının mümkünlüyünə toxunulub.
Çantalar və ya Panama
Arsen Avakov Ukrayna üzrə hazırda əsl siyasi yaşlıdır. O, postu 2014-cü ilin fevralında “Maydan” qələbəsindən dərhal sonra tutub. Ancaq onun postu hazırda silkələnir. 14 sentyabrda Ukraynanın Baş Prokurorluğu Avakov barəsində cinayət işi qaldırıb. Cinayət işinin qaldırılmasını Poroşenkonun kirvəsi olan baş prokuror Yuri Lusenko şəxsən elan etdi. İdarənin başçısı araşdırmanın hansı maddə üzrə aparıldığını dəqiqləşdirməyib. Ancaq o məlumdur ki, cinayət işi Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin məktubu əsasında açılıb.
Ancaq elə həmin gün - 14 sentyabrda Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan bildirdi ki, cinayət işi bağlanacaq. Onun sözlərinə görə, faktlar öz təsdiqini tapmayıb. Bununla belə, Lusenkonun bəyanatı ölkədə böyük rezonans doğurdu.
Jurnalistlər Ukraynanın xüsusi təyinatlı bölmələri üçün çantaların alınması ilə bağlı yaranan qalmaqalı cinayət işi üçün ən əhəmiyyətli səbəb saydılar. Yanvarda gizli kamera ilə çəkilmiş videoya görə, nazirin oğlu Aleksandr daxili işlər nazirinin keçmiş müavini Serqey Çebotaremlə çantalar və başqa geyimlərin Milli Qvardiyanın bölmələrinə çatdırılması barədə razılaşırdı. Çantalar həqiqətən alınmışdı, amma Ukraynanın Baş Prokurorluğu cinayət işi açdı. Çantalar bazar qiymətlərindən altı dəfə baha alınmışdı. Bundan başqa, Avakova yaxın ticarət strukturları Xarkovun yaxınlığında onlarla hektar ərazinin mənimsənilməsində şübhəli bilinir. Ali Radanın deputatı Sergey Leşenko iddia edirdi ki, nazirin yaxın ətrafında olan insanlar Ukraynadan Panamadakı ofşor şirkətlərin hesabına 40 milyon dollar çıxarıblar.
Ümumi ittihamlar onunla bağlıdır ki, Daxili İşlər Nazirliyinə tabe olan Milli Qvardiyanın bölmələri fəlakətli vəziyyətdədir. Bundan başqa, Statistikaya görə, Ukraynada son illərdə cinayətlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Üçüncü “Maydan”?
Ali Radada avqustun sonunda Daxili İşlər Nazirliyinin başçısının vəzifəsindən çıxarılması haqqında qətnamə layihəsi hazırlandı. Maraqlıdır ki, bu təşəbbüslə “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Sergey Kaplin çıxış etdi. “Avakovaya qarşı ittihamlar kifayət qədərdir. İstefa vermək kifayət etmir, həm də qanun qarşısında cavab versin”, - parlament üzvü deyib. Qanun layihəsinin perspektivləri hələ ki, dumanlıdır. Avakov hökumətdə keçmiş baş nazir Arseniy Yasenyukun “Xalq Cəbhəsi” Partiyasını təmsil edir. “Xalq Cəbhəsi” “Pyotr Poroşenkonun Bloku” ilə birlikdə parlament koalisiyasında təmsil olunur. Koalisiyanın dağılması Ali Radaya yeni seçkilərin keçirilməsini zəruri edərdi.
Sentyabrın başlanğıcında Ukrayna KİV-i bildirdi ki, ölkə prezidenti Pyotr Poroşenko hadisələrin inkişafının bir mümkün variantına baxır. “RBK-Ukrayna”nın məlumatına görə, dövlət başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovla Avakovu əvəz etməyi fikirləşir. “Şəxsi heç nə yoxdur. Sadəcə prezident əmindir ki, o, bütün təhlükəsizlik əməkdaşlarına nəzarət etməlidir. Prezident Avakovu “öz insanı” hesab etmir”, - agentlik mənbəyə istinadən bildirmişdi.
Maraqlıdır ki, Avakova cinayət işinin qaldırılması ilə Daxili İşlər Nazirliyinə tabe olan “Azov” vətəndaş korpusunun (Daxili İşlər Nazirliyinə tabe olan Milli Qvardiyanın eyni adlı bölməsinə bağlıdır –red.) aktivləşməsinin tarixi üst-üstə düşür. KİV diqqəti ona yönəltdi ki, bütün millətçilər daha aktiv döyüş əməliyyatları zonasından uzaqda – Kiyevdə inşaat meydançalarına hücum edir, tariflərin artırılmasına qarşı aksiyalar təşkil edir, məhkəmə iclaslarında etiraz aksiyası keçirirlər. “Strana.ua” nəşri qeyd edir ki, bütün bunlar hakimiyyətin tutulmasına hazırlıq ola bilər. “Azov” çoxdan müxtəlif proqnozlarda iştirak edir. Bildirilir ki, “Azov” hipotetik “Üçüncü Maydan” və ya silahlı çevrilişin əsas hərəkətverici gücü ola bilər. “Həmçinin nazir Avakov “Azov”a xüsusi qalxan kimi baxır, əgər Daxili İşlər Nazirliyinin başçısını çıxarmaq istəsələr, qalxan qılınca çevrilə bilər”, - nəşrdə deyilir.
Daxili işlər nazirinin hökmlü ambisiyalarını Ali Radada da bir neçə xatırlayıblar. Fraksiyasız deputat Vladimir Parasyük qeyd edib ki, “Azov” batalyonu zorakı hakimiyyət dəyişikliyini təşkil etməyə qadirdir. Parlament üzvünün sözlərinə görə, digər könüllü batalyonlar qəsdən zəiflədilib. Deputat Sergey Leşenko qeyd edir ki, hərbi birləşmələrə təsirə malik olan nazir bu halda siyasi lider olmağa qadirdir. “Bu, həmişə riskdir”, - o, deyib.
“Novorossiya parlamenti”nin spikeri, Ukrayna parlamentinin keçmiş deputatı Oleq Tsarev avqustda deyirdi ki, Avakov artıq Ukrayna paytaxtının mərkəzində - “Kiyev” mehmanxanasında dövlət çevrilişi qərargahını hazırlayıb. Avakovun özü isə dövlət çevriliş haqqında iddiaları “səfehlik” adlandırdı.
“Azov”un şəxsi ordusu
Ekspertlərin fikrincə, Avakov hazırda yeganə insandır ki, Pyotr Poroşenkoya Ukraynanın bütün güc strukturlarını öz nəzarətində toplamağa mane olur.
Ukraynanın Analiz və Siyasət İdarəetməsi İnstitutunun direktoru Ruslan Bortnik hesab edir ki, Ukrayna hakimiyyəti hazırda son dərəcə zəifdir. Ekspertin fikrincə, minlərlə fəal hakimiyyəti tutmağa qadirdir: “Çünki, hakimiyyətdə olan siyasətçilərin reytinqləri çoxdan zirzəmiyə düşüb, hüquq-mühafizə sistemi pozğunlaşıb. “Azov” alayı indiki vəziyyətdə siyasi planda döyüş bacarığı olan və perspektivli birləşmə kimi görünür. Ancaq düşünürəm ki, “Xalq cəbhəsi”, xüsusi halda Avakov bölməni hücum üçün hazırlamır. Əgər rəqiblər onları siyasi sistemin göyərtəsindən atmağa çalışacaqlarsa, özlərini müdafiə üçün “Azov”dan istifadə edəcəklər. Avakovun özünün reytinqi də Kiyevin başqa siyasətçilərinin reytinqindən güclü fərqlənmir”.
Politoloqun sözlərinə görə, hakimiyyətə iddiası olan istənilən şəxs üçün onu tutmaq hazırda problem deyil. Ruslan Bortnik hesab edir ki, başlanmış siyasi mövsümdə ictimai-iqtisadi kollaps fonunda hakimiyyət böhranının kritik dərinləşməsinin ehtimalı yüksəkdir.
Ömər Dağlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO