“Daha qanlı” ssenarisi təsdiqləndi – BÖYÜK HÜCUM
Bizi izləyin

Dünya

“Daha qanlı” ssenarisi təsdiqləndi – BÖYÜK HÜCUM

Təqaüddə olan polkovnik Həsən Atilla Uğurdan sonra daha bir mütəxəssis Türkiyədə ikinci bir hərbi çevriliş barədə xəbərdarlıq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik mütəxəssisi, keçmiş “bordo bereli” Mete Yarar xuntaçıların hər cəbhədə yenidən toplandıqlarını deyib.

O, xüsusilə xaricdəki qruplar vasitəsilə ilk hücumların başladığını bildirib.

“Hər cəbhədən hücuma məruz qalmağa başlayacağıq. Bunun ilk siqnalları da gəlməyə başlayıb. Xüsusilə, xaricdəki qruplar vasitəsilə ilk hücumlar başlayıb. Onların ilk prioritetləri iqtisadi hədəflərdir, ardınca isə terror aktları həyata keçiriləcək. Türkiyəni küncə sıxışdıra biləcək xarici mənbəli siyasi qərarlar qəbul edəcəklər”, - Mete Yarar bildirib.

Onun sözlərinə görə, mübarizə meydanı tək Türkiyə ilə məhdud qalmayacaq, əsl mübarizə ölkə xaricində olacaq. Təhlükəsizlik mütəxəssisi xaricdəki mübarizənin daha çətin olacağını vurğulayb.

Xatırladaq ki, Həsən Atilla Uğur “Yeni Şafak” nəşrinə müsahibəsində Türkiyəni ikinci bir çevriliş cəhdinə hazır olmağa çağırıb.

Polkovnik 15 iyul tarixində yaşanan çevriliş cəhdindən sonra təhdidin hələ aradan qaldırılmadığını deyib.

“15 iyuldan sonra zəfər sərxoşluğu yaşanır. İkinci çevriliş cəhdinə hazır olun, ikincisi daha qanlı olacaq. Kimsə “bu iş bitdi, Türkiyə relsinə oturdu, artıq Amerika, FETÖ, PKK başqa heç nə edə bilməz, biz bu təşkilatların belini qırdıq” deməsin”, - o, bildirib.

Onun sözlərinə görə, ilk olaraq ölkənin cənubi-şərqində xaos yaradılacaq: “Hadisələr böyük ehtimalla Şəmdinli, Yüksekova və ya da Kızıltəpədə baş verəcək. Burada 15-20 adam öləcək. Qərbdə isə fitili 4-5 nöqtədə böyük səs-küy yaradacaq partlayışlarla odlayacaqlar. Bunu ya PKK, ya da İŞİD edəcək”.

Kiprdə yerləşdirilən ingilis dəniz piyadalarının xaos bəhanəsi ilə Türkiyəyə daxil olacağını iddia edən polkovnik ikinci çevriliş cəhdinin əsas məqsədinin işğal olduğunu bildirib: “Aldığım məlumata görə, ingilislər iki ay yarımdır cənubi-şərqdəki bütün tayfaların ayağına gedir. Xüsusilə, Hakkari, Van, Silopi və Mardin bölgəsindəki tayfalarla sövdələşmə aparırlar. İngilislər bu tayfaların bütün kredit borclarını ödəyib. İngilis konsulun bu tayfaların içində nə işi var? Bundan 3-4 gün əvvəl İngiltərənin yüksək tirajlı qəzetlərindən olan “Daily Express”də bir yazı dərc olundu. Yazır ki, Türkiyəyə ikinci xaos gəlir. “Bizim Kiprdəki bazada olan 10 min dəniz piyadamız Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək, Türkiyədə təhlükəsiz bölgələr yaradılacaq. Vətəndaşlarımızı hava yolu ilə çıxaracağıq” deyir. Baxın, bu bir işğal planıdır. İkinci çevriliş cəhdinin əsas məqsədi işğaldır”.

Polkovnik bildirir ki, eyni vaxtda hədəf olaraq gördükləri şəxslərə qarşı sui-qəsdlər başlayacaq: “Bu zaman inanılmaz bir xaos mühiti yaranacaq. Hər kəs ayağa qalxacaq və vətəndaş müharibəsi, yəni onların istədikləri plan reallaşacaq. Amerika vətəndaş müharibəsi vəziyyətində “mənim Türkiyədə vətəndaşlarım var” deyərək gəlib oturacaq. İngiltərə də eyni şəkildə hazırdır. O, zaman Türkiyə nə olacaq? Allah qorusun, kimin kimi vurduğu bəlli olmayacaq. Ağılınıza nə gəlirsə, hər şeyi həyata keçirəcəklər, yüz il əvvəl edə bilmədiklərini indi edəcəklər. FETÖ və PKK-nı qırx ildir ki, bunun üçün yetişdirirlər. Amerika ingilislərlə birlikdə bu işin arxasında olacaq. Öcalandan ifadəni mən aldım, səkkiz ay İmralıda qaldım. Mənə bir sözü var: “Dünyada bu günə qədər hər şeyi ingilislər planlaşdırır, amerikalıları oynadır”,

Həsən Atilla Uğur xəbərdarlıq edib ki, Türkiyə bu oyunu pozmasa, ikinci çevriliş cəhdi noyabr ayını keçməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm