96 saat sonra gözlənilən fəlakət: ərzaq və dərman tədarükü başlandı – XİLAS PLANLARI
Bizi izləyin

Dünya

96 saat sonra gözlənilən fəlakət: ərzaq və dərman tədarükü başlandı – XİLAS PLANLARI

ABŞ-da mühafizəkarların çoxu ehtiyat edir ki, Hillari Klinton prezident olarsa, ölkə xaos və vətəndaş müharibəsi ilə qarşılaşacaq.

ABŞ-da mühafizəkarların çoxu ehtiyat edir ki, Hillari Klinton prezident olarsa, ölkə xaos və vətəndaş müharibəsi ilə qarşılaşacaq. Məhz buna görə mümkün xaos və vətəndaş müharibəsinə hazırlıq üçün indidən ərzaq, dərman, geyim və silah tədarükü edirlər. Əslində, bu, yeni ideya deyil, hansı ki, survivalistlər çoxdan belə gələcəyə hazırlaşır.

Publika.az xəbər verir ki, survivalizm tərəfdarları “sağ qalmaq istəyənlər”dir. Ruslar onlara “vıjıvalşik”, ingilislər isə “prepper” deyir. Onların düşüncəsinə görə, müasir dünya tükdən asılıdır və xırda təkan onu cəhənnəmə uçuracaq.

Klintonun qələbəsi və vətəndaş müharibəsi

Survivalist hesab edir ki, bir gün dünyada iqtisadiyyat, hakimiyyət dağılacaq, xaos yaranacaq, küçələrdə soyğunçular meydan sulayacaq. Yalnız o insanlar xilas olacaq ki, onlar həmin günə əvvəlcədən hazırlanıblar. Statistikaya görə, Amerikada survivalistlərin sayı 4 milyondur. Lakin onların qorxuları eyni deyil. Bəziləri təbii fəlakətlərə hazırlanır, digərləri tektonik qəzalara, aclığa, epidemiyaya, yaxud nüvə müharibəsinə.

Hazırda ABŞ-da seçkiqabağı dövr olduqca gərgin keçir. Survivalistlər artıq xaos gününün yaxınlaşdığından ehtiyat edirlər. Onlar gələcəyin səsvermənin nəticələrindən asılı olduğunu düşünürlər. Güman edirlər ki, Hillari Klintonun qələbəsi ölkəni xaosa, vətəndaş müharibəsinə sürükləyəcək.

Böyük şəhərlərdən qaçışa hazırlıq

Survivalistlərin fikrincə, istənilən qarışıq vəziyyətdə xilas olmaq üçün ilk addım böyük şəhərdən qaçışdır. Onların çantası artıq hazırdır və bədbəxtliyin ilk əlamətini hiss edən kimi qaçacaqlar. Survivalistlərin onlyan mağazası belə hadisələr üçün hazır dəstlər təklif edir. Kompas, dərman çantası, radioqəbuledici, günəş batareyaları ilə işləyən fənər və maqnezium alışqanlar. Dəstin içində bunların hamıs var.

“Zombi”lərdən qorunmaq

Survivalistlər əvvəldən təxliyyə üçün ideal marşrut seçməli və xəlvət yerdə sığınacağı hazırlamalıdır. Həmin yerdə dərmanlar, su və ərzaq ehtiyatı gizlədilməlidir. Misal üçün, “Armaqeddon” ticarət mərkəzi qaçış üçün təkliflər verir. Bir insana yarım il çatacaq ərzaq min dollar, bir neçə insanın qalacağı sığınacaq isə yüz min dollaradır.

Survivalistlər özləri ilə mütləq silah götürür. Bu, “zombi”lərdən qorunmaq üçün nəzərdə tutulur.

İnsanlar özlərini xilas etmək haqda düşünür

Amerikada “My Patriot Supply” internet mağazası artıq səkkiz ildir ki, konservlər, sutəmizləyici sistenlər, ümumiyyətlə qəzalar, fəlakətlər zamanı lazım olan hər şey satır. Şirkətin rəhbəri Keyta Bensemera deyir ki, əvvəllər təlabat az idi, lakin prezident seçkiləri ərəfəsində sürətlə çoxaldı.

“Görünür, insanlar seçkilərin nəticəsinə təsir edə bilmirlər və özlərini xilas etməyi düşünürlər”, - deyə o izah edir.

“My Patriot Supply” ilə rəqabət aparan “The Epicenter” şirkəti də son dövrlər məhsullarına marağın artdığını hiss edir.

“Əvvəllər bizim ofisimizə gələn alıcılar qidanı donduran və uzun illər xarab olmağa imkan verən liofilizarlarla maraqlanırdılar, indi isə ehtiyat üçün alırlar”, - şirkətin sahibi Brayan Nelson danışır.

Nelsonun sözlərinə görə, alıcılar yaxınlaşan seçkilərə və gələcək xaosa görə narahatdır. Onun özü də seçkidən sonra nələrin olacağını bilmir və qorxduğunu etiraf edir. Lakin etiraf edir ki, mağazanın satışları yüksək səviyyədə gedir. İstənilən terror, təbii fəlakət, yaxud epidemiya onun gəlirlərini artırır.

Nüvə müharibəsi, robortların hücumu, vətəndaş müharibəsi və xilas yolları

Amerikalı sahibkar Sem Altman “Nyu Yorker” jurnalına danışır ki, onu dünyanın sonu haqqında düşüncələr təqib edir.

Epidemiya dünyanın sonunun gəldiyini göstərən variantlardan biridir. Altman nüvə müharibəsi, həmçinin, süni intellektin (robortların) hücumu haqda da düşünür. O, əmindir ki, gec-tez nəsə olacaq. İqtisadi çöküş, vulkan püskürməsi, vətəndaş müharibəsi, yaxud başqa bir şey.

“Deməli, istənilən gözlənilməz hadisəyə hazırlaşmaq lazımdır”, - o, danışır. Biznesmen İsrail ordusunun arsenalından silah və əleyhqaz əldə edib. Onda antibiotik ehtiyatı və şüa xəstəliklərinə qarşı kaliumun yodu var. Bütün bunlarla yanaşı, Kaliforniyanın əhalisi az olan rayonların birində etibarlı sığınacaq yeri hazırdır. Onun ehtiyat variantı da var. Bu, Yeni Zelandiyaya qaçışdır. Tanışı olan milyarderlərdən biri ona öz evində sığınacaq verməyə söz verib.

İndiyə qədə survivalistlərin ssenariləri hələ ki, reallaşmayıb. Lakin Amerikada onlar seçkidən sonrakı dövrə ciddi şəkildə hazırlaşırlar. Bu dəfə proqnozların həyata keçib-keçməyəcəyi noyabrın 8-dən sonra bəlli olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm