Dünya
Ukrayna əsgərlərinin başını kəsən "Givi" ləqəbli polkovnik öldürüldü - - VİDEO
Ukraynanın Donetsk vilayətində “Givi” ləqəbli məşhur terrorçu, “Somali” taborunun başçısı Mixail Tolstıx öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası”nın (“DXR”) “Müdafiə Nazirliyi”ndən bildirilir.
Qeyd edilir ki, tabor rəhbəri “terror aktı” nəticəsində ölüb.
“Bu gün terror aktı nəticəsində “Somali" taborunun komandiri polkovnik, “Givi” kimi məşhur olan Mixail Tolstıx həlak olub. Hazırda terror aktı yerində istintaq qrupu işləyir”, - məlumatda deyilir.
Terrorçu "Şmel” qumbaraatanından açılan atəş nəticəsində öldürülüb. Rusiya mətbuatının yazdığına görə, atəş açılan zaman "Givi" öz kabinetində olub.
Xatırladaq ki, ötən həftə Mixail Tolstıxın Avdeyevka ətrafında gedən döyüşlərdə yaralandığı barədə xəbərlər yayılmışdı. “Givi” Donbas savaşının əsas iştirakçılarından biri idi. “Somali” taborunun rəhbəri 2015-ci ildə Avropa İttifaqının “qara siyahı”sına daxil edilib. Ukrayna onu beynəlxalq axtarışa verib.
Ömər Dağlı
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO














.jpg)




















