Dünya
Səddam Hüseyni dindirən CİA xəfiyyəsindən SENSASİYALI AÇIQLAMA
ABŞ-ın 2003-cü ildə hərbi müdaxiləsi ilə devrilən İraq lideri Səddam Hüseyni ilk sorğulayan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) xəfiyyəsi John Nixon 14 ildən sonra sensassion məqamları açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, John Nixon yazdığı “Prezidenti sorğulamaq” (“Debriefing the President”) adlı kitabında Səddam Hüseynin əbəs yerə müharibəyə cəlb olunduğunu qeyd edib.
CİA xəfiyyəsi kitabında yazır ki, Səddam Hüseyn devrildikdən sonra İraqda heç bir nüvə və ya kimyəvi silah tapılmayıb:
“Mən İraqın işğalından 8 ay sonra Bağdada getdim. Georgetovn Üniversitetində Səddam Hüseyinlə bağlı elimi fəaliyyətlə məşğul olmuşam. Ona görə də Səddamı ilk dəfə üz-üzə görən kimi tanıdım. O zamana qədər Səddam Hüseynlə bağlı çox əfsanələr dolaşırdı. Məni Səddamın ifadəsi alınan otağa göndərdilər. Otağa daxil olan kimi anladım ki, bu adam doğrudan da Səddam Hüseyndir, oxşarı deyil. Çünki uzun illər idi Səddam Hüseynlə bağlı araşdırmalar aparırdım, onun haqqında çox məlumatlı idim. Bildiyim məlumatlarla Səddam uyğun gəlirdi”.
John Nixon Səddam Hüseynlə sorğu otağında dialoq da apardığını bildirir:
“Səddam Hüseyn İraqın işğalı ilə Ərəb və müsəlman dünyasında müharibə və münaqişələrin başlayacağını söyləyirdi. Hələ o zaman da Səddam bütün işgəncələrə baxmayaraq, İraqda kimyəvi silahın olmadığını deyirdi. Zaman onu haqlı çıxartdı. İraqda kimyəvi və nüvə silahları tapılmadı”.
Vasif Həsənli
-
İdman19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı
-
Ekopublika.az19:00Bakının bütün rayonlarında kirayə qiymətləri artıb - Yeni qiymətlər
-
Rəsmi xronika16:38İlham Əliyev bu qanunu təsdiqlədi
-
Yaxın Şərq16:36Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik
-
Rəsmi xronika15:42İlham Əliyev yeni qanun imzaladı
-
Magazin215:14Bella Torn "Oskar"da şok yaratdı: Çılpaq gələcəyini heç kim gözləmirdi - Foto
-
Yaxın Şərq13:13İsrail Xameneinin təyyarəsini də məhv etdi
-
Avropa12:33İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər

















.jpg)







.jpg)










