Dünya
“Don Pipo”ya sui-qəsd: İrəvanda kriminal müharibə başladı – Sarkisyanla avtoritetlərin ŞOK ƏLAQƏLƏRİ
Ermənistanda qanlı kriminal müharibələr başlayır.
Publika.az xəbər verir ki, bu barədə “1in.am” saytı
yazıb.
Sayt qeyd edir ki, İrəvanda iki nüfuzlu kriminal avtoritetə - “Aper
Vstreça” ləqəbli Aram Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş
“Don Pipo” ləqəbli Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən
şəxslər sui-qəsddən canlarını qurtara biliblər. Lakin avtoritet
Levika Yerordmaskoqonun qətlindən sonra bu, böyük rezonansa səbəb
olan hadisədir.
Sayt yazır ki, Ermənistanda dövlət sistemi ilə cinayət dünyası
“qırmızı xətlə” ayrılmır: “Hakimiyyət oliqarxlardan ibarətdir və
cinayətə bulaşıb. “Aper Vstreça” Ermənistanda oliqarxiyanın
simvolları olan Samvel Aleksanyan və hakim Respublika Partiyasının
parlament seçkilərində təşviqat kampaniyasında mühüm rol oynayan
Ruben Ayrapetyanla sıx əlaqədədir.
“Don Pipo” isə Ermənistan İnvestisiya Klubunun üzvüdür. Bu
klubun digər üzvü isə bu yaxınlarda Çexiyada saxlanılan avtoritet
Robsondur. Robson Ermənistanın diplomatik pasportunu daşıyır. Daha
bir misal kimi Qaqik Sarukyanı göstərmək olar. Cinayət aləmi ilə
sıx bağlı olan bu şəxs indi dövlət sistemində iştirak edən blokun
rəhbəridir”.
Məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan da
birbaşa cinayət aləmi ilə əlaqədədir.
“Cinayət dünyasının nümayəndələrinin hakimiyyətdə təmsil olunması
Sarkisyanla əlaqələrin nəticəsidir. Hansı ki, kriminal avtoritetlər
buna görə Sarkisyana yaxşı haqq ödəyirlər. İrəvanda sui-qəsd cəhdi
isə Ermənistanda qanlı kriminal müharibəyə start verildiyini sübut
edir”, - deyə sayt bidirir.
Asif
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA



















.jpg)
















