Dünya
Ərdoğan Rusiya və ABŞ-a Suriyadan qoşunları çıxarmağı təklif etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-a qoşunlarını Suriyadan çıxarmağı təklif edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan bu haqda Rusiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
“Vladimir Putin və Donald Trampın birgə bəyanatında deyilir ki, Suriya münaqişəsinin hərbi həlli yoxdur. Belə bəyanatları anlamaq çətindir. Münaqişənin hərbi həlli yoxdursa, bu haqda danışanlar öz qoşunlarını Suriyadan çıxarmalıdır”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı noyabrın 11-də Dananqda ATES sammitinin kuluarlarında verilib. Sənəddə deyilir ki, prezidentlər Suriyada münaqişənin hərbi həllinin olmadığı barədə razılaşırlar. Onlar təsdiq ediblər ki, münaqişənin son siyasi tənzimləməsi BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Cenevrə prosesi çərçivəsində olmalıdır".
Ömər Dağlı
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
ABŞ05:45"SpaceX" mümkünsüzü bacardı - "Starship" xüsusi platforma vasitəsi ilə tutuldu
-
Region04:14Türkiyədə ailələr arasında silahlı toqquşma - Çox sayda yaralı var
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO















.png)














