Dünya
Azərbaycandan şimalda yeni dövlət yaranacaq - Jirinovskidən DƏQİQ TARİX - VİDEO
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski partiyasının iclasında Şimali Qafqazla bağlı qorxularını ifadə edib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, partiya sədri Şimali Qafqazda yeni dövlətin yaranacağını proqnozlaşdırıb.
“Qərb hələ ki, qafqazlılara toxunmur. Onlar gözləyirlər qafqazlılar bütün şirəmizi çəkəcək, zənginləşəcək, çoxlu fabrik və kurort zonalarıları tikəcəklər. Və gələcəkdə Şimali Qafqazda “narıncı inqilab” təşkil edəcəklər və onu tutacaqlar. İndi isə daha çox rus torpağını tutmaq lazımdır. Şimali Qafqazdan gəlmələr artıq Stavropoldadırlar və vilayətin üçdə birini tutublar. Onlar artıq Volqoqrad vilayətin cənubunda, qismən Rostovda yerləşiblər. Xəzərdən Azov dənizinə qədər həri yeri tutacaqlar. Sonra Qərb və NATO deyəcək ki, onlar müstəqillik tələb edirlər, xalqlar öz dövlətlərini yaratmaq hüququna malikdirlər”, - Jirinovski bildirib.
Səudiyyə Ərəbistanı, Türkiyə və İranın Şimali Qafqazdakı xalqlara daha yaxın olduğunu deyən partiya sədri türk emissarlarının hər yerdə olduğunu bildirib.
Jirinovski həmçinin Şimali Qafqazın Rusiyadan ayrılacağı vaxtı konkretləşdirib:
“Onlar Xəzərdən Azov dənizinə qədər torpaqları ələ keçirəndən sonra Avropa vasitəsilə Qafqaz əmirliyinin yaradılmasına icazə verilməsini tələb edəcəklər. Biz bütün cənubu itirəcəyik və bizim rəhbərlərimiz istefa verəcəklər. Bu, 2025-2030-cu illərdə olacaq. Əgər kimsə 1980-ci ildə SSRİ-nin 1991-ci ildə olmayacağını desəydi, onu dəlixanaya aparardılar. İndi isə 2025-ci ildə cənubda başqa bir ölkənin yaranacağını desə, onu ağılsız adlandıracaqlar. Amma təəssüf ki, belə olacaq. Və onlar bunun üçün mümkün qədər daha çox torpaq ələ keçirirlər”.
Ömər Dağlı
-
İqtisadi gündəm13:16Kredit almaq istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar TƏSDİQLƏNDİ
-
Nida Xəbər 12:43"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu - YENİLƏNDİ
-
Dünya12:16İsrail Ərdoğanın bəyanatlarından narahatdır: ABŞ xəbərdar ediləcək
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...



































