Dünya
Ərdoğanın Qüds açıqlamasına İsraildən SƏRT REAKSİYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qüds müsəlmanların qırmızı cigisidir" istiqamətində açıqlamaları İsrail rəhbərliyində ciddi narazılıqlara səbəb olub.
Publika.az xəbər verir ki, Ərdoğanın açıqlamasına cavab olaraq İsrail xarici işlər naziri Emanuel Nahson bildirib ki, "Ərdoğan tanısa da, tanımasa da Qüds Yəhudilərin 3 minillik, İsrailin isə 70 illik paytaxtıdır.
Yerli mətbatda gedən bir başqa xəbərdə isə İsrail milli təhsil naziri Nafta Benett də Türkiyə liderinin çıxışına reaksiya verib. O deyib ki, Qüdsə sahib olmaq Ərdoğanın sevgisini qazanmaqdan yaxşıdır:
"Təəssüf ki, son vaxtlar Ərdoğan İsrailə hücum etmək üçün fürsət güdürdü. Qarşıya çıxan bütün şərtlərdən istifadə edərək İsrailə hücum edir. İsrail Qüdsün paytaxt kimi tanınması istiqamətində qarşıya qoyduğu məqsədlərə çatmaq üçün işlərə davam edəcək. Bunu isə hər zaman tənqid edəcək kimlərsə tapılacaq".
İsrail Nəqliyyat və Kəşfiyyat nazirliyinin nümayəndəsi Yisrael Katzın isə, İsrailin Türkiyədən heç vaxt əmr almayacağını deyib:
"İsrail suveren bir ölkədir və Qüds onun paytaxtıdır. Biz heç kimdən əmr almırıq".
Prezident Ərdoğan, ABŞ-ın, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı iddiası ilə bağlı verdiyi bəyanatda Qüdsü müsəlmanların qırmızı cigisi adlandırmışdı. R.T.Ərdoğan qeyd edib ki, ABŞ Qüdsü paytaxt olaraq tanıyacağı təqdirdə, biz dərhal İslam Əməkdaşlıq Təşkilatı liderlərini İstanbulda toplayacağıq. Bu məsələ hətta Suriya ilə diplomatik əlaqələrin kəsilməsinə qədər gedib çıxa bilər.
Könül Cəfərli
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
































.jpg)
.jpg)
