Dünya
Bu, qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi olacaq – NASA-dan DƏHŞƏTLİ PROQNOZ
Qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi içməli su olacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə proqnozu Amerika Milli Kosmik Agentliyinin (NASA) iqlim üzrə mütəxəssisi Tomas Painter səsləndirib.
“Buzlaqlarını itirmiş bir ölkəsiniz, bir müddət sonra qonşu ölkəyə su üçün müraciət edəcəksiniz. Qonşu ölkə də suyunu bir neçə dəfə səninlə paylaşar, ancaq sonra resurlarını verməkdən imtina edəcək. Beləliklə, su problemi siyasi mübarizələrə və hətta müharibələrə səbəb olacaq. Qarşıdakı əsrdə müharibələrin əsas səbəbi məhz təmiz su olacaq”, - o bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri su ehtiyatlarını yalnız azaltmır, həm də suyun keyfiyyətini azaldır.
“Gələcəkdə belə olacaq: Yer daha çox Günəş işığını udacaq, sonra infraqırmızı şüalar atmosferdə qapalı vəziyyətdə qalacaq və dünyada temperatur artacaq. Su ehtiyatları azalacaq və dünyadakı geosiyasi güc balansları dəyişəcək. İnsanlar daha çox su ehtiyatları olan yerlərə gedəcəklər”, - amerikalı alim proqnozlaşdırıb.
Ömər Dağlı
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı






































