Dünya
ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir
İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir.
Bu barədə Konqresin Senatında dinləmələr zamanı ABŞ milli kəşfiyyat rəhbəri Deniel Kouts bildirib.
“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə hüdudlarından 2 min kilometrədək kənarda yerləşən hədəflərə zərbələr endirə bilər. Tehranın hərbi potensialı ABŞ-a, ölkənin bölgədəki qoşunlarına və müttəfiqlərinə təhlükə yaradır”, - deyə Deniel Kouts bildirib.
Onun sözlərinə görə, İran, ABŞ-ın bölgədəki hərbi obyektlərini nişangahda saxlamaq üçün silah sistemləri yaratmaqda və yeniləməkdə davam edir: “Həmin silahlar arasında pilotsuz uçan təyyarələr, ballistik raketlər, dəniz minaları, məsafədən idarə olunan minalanmış katerlər, müasir torpedalarla silahlanmış sualtı gəmilər, gəmi əleyhinə qanadlı raketlər və quru təyinatlı qanadlı raketlər var”.
“Rusiyanın 2016-cı ildə İrana “S-300” zenit-raket kompleksi tədarük etməsi bu ölkəni ən mükəmməl raketdən müdafiə sistemi ilə təmin edib”, - deyə Deniel Kouts bildirib. (apa)
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı

































.jpg)
