Dünya
“Taliban”dan ABŞ-a TARİXİ MƏKTUB
Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa çağırıb.
Məktubda qeyd edilir ki, hərəkat “əfqan xalqının qanuni nümayəndəsi” olaraq “sağlam siyasət və dialoq” yolu Əfqanıstanın bütün problemlərini həll etməyə və münaqişənin sülh yolu ilə həllinin axtarışında konstruktiv rolu oynamağa hazırdır. Taliblər bildiriblər ki, ABŞ 2001-ci ildə qarşıya qoyduğu hədəflərin heç birinə nail olmayıb.
“Amerika “terrorçular”ın məhv edilməsi yolu ilə Əfqanıstanda təhlükəsizliyi təmin etməyə, qanuni hökumətin təyinatı yolu ilə qanunu və nizamı bərpa etməyə, narkotiklərin istehsalını məhv etməyə söz verdi. Amma regionda qeyri-sabitlik və anarxiya artır, döyüş əməliyyatları yalnız güclənir, koalisiya qoşunları on minlərlə əfqan qadınına və uşağına əziyyət verib, yüz minlərlə əfqan həbs olunub, yaralanıb və ölüb. Qanun və nizam bərpa edilməyib. Seçilmiş hökumət bütünlüklə korlanıb, ölkə narkotiklərin istehsalı üzrə dünya liderinə çevrilib, yalnız heroin 87 faiz artıb. Bu, sizin dünyaya elan etdiyiniz sivilizasiya, müasirlıik və qanun hakimiyyətdirmi? Bbelə sistemin yaradılmasına görə Əfqanıstanda 3546 hərbçiniz həlak olub. Bütün bu hədəflərə trilyonlarla dollar xərclənib”, - məktubda deyilir.
Açıq məktubu ekspertlər və siyasətçilər şərh ediblər. “Taliban”la danışıqlarda BMT və Avropa İttifaqının keçmiş vasitəçisi Maykl Sempl hesab edir ki, məktub özündə ciddi təklifi saxlamır.
Əfqanıstanda vətəndaş məsələləri üzrə NATO-nun keçmiş nümayəndəsi Saymon Qassın fikrincə, taliblərin bu yaxınlardakı əhəmiyyətli itkilərindən sonra onların döyüş ruhu zəifləyib: “İŞİD-in hücumu hazırda “Taliban” üçün problemdir. ABŞ-ın Əfqanıstanda hərbi bölmələrini artırmaq barədə qərarı da onları sevindirməyəcək”.
ABŞ Dövlət Departamentinin rəsmi bəyanatına əsasən, “Taliban”ın məktubu öz-özlüyündə hərəkatın sülh danışıqlarına başlamağa hazır olduğunu göstərmir.
Ömər Dağlı
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA







.jpg)




.jpg)
.jpg)

.jpg)













.jpg)




.jpg)




