Baş nazir Türkiyəyə rəsmi səfərə gedəcək
Bizi izləyin

Dünya

Baş nazir Türkiyəyə rəsmi səfərə gedəcək


Publika.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu, 4 gün əvvəl inaqurasiyası olan və yerli özünüidarə etmə hökumətini quran Bərzaninin ilk rəsmi səfəridir.

Bərzaninin bölgədə suverenlik və s. məsələlərdə rəsmi Ankara ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Rəcəb Tayyib Ərdoğanla da görüşməsi planlaşdırılan Bərzaninin İŞİD-in Mosulu işğalı zamanı baş vermiş hadisələr barədə Türkiyənin baş nazirinə məlumat verəcəyi bildirilir.

Həmçinin, Bərzaninin Bağdadla müştərək heç bir planı olmaması və Malikinin iştirak edəcəyi heç bir koalisiyaya dəstək verməyəcəyini bəyan edəcəyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm