III Dünya Savaşı Qara dənizdə başlayır
Bizi izləyin

Dünya

III Dünya Savaşı Qara dənizdə başlayır

Rusiya Qara dənizdə yerləşən Hərbi Dəniz Qüvvələrinin bazasına 80 döyüş gəmisi əlavə edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya Prezidenti Vladimir Putin Qara dəniz desantı üçün inşa edilən Novorossiysk limanına baxış keçirərkən verilib.

Rusiya Qara dəniz desantının komandiri Aleksandr Vitko NATO döyüş gəmilərinin Qara dənizdə uzunmüddətli qalacağını bildirərək, 1500 kilometrdən hədəfi vuran raketləri daşıyacaq sualtı qayıqların dəniz qüvvələrinə gətiriləcəyini prezidentə məruzə edib.

Qara dəniz qüvvələrinə əlavə 80 döyüş gəmisinin 2020-ci ilə qədər gətiriləcəyini deyən Vitko bununla da Rusiya gəmi sayının bölgədə 206-ya çatacağını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm