Ekologiya
Xəzər dənizinin Rusiya hissəsi YOX OLACAQ – TƏHLÜKƏ
Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq.
Publika.az bildirir ki, belə nəticəyə Amerika, Rusiya və Fransa alimlərinin birgə rəyi nəticəsində gəlinib. Tədqiqat barədə “Geophysical Research Letters” jurnalında qısa məqalə dərc olunub.
Alimlər bildirir ki, 1996-cı ildən etibarən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalır. Qeyd edilən müddət çərçivəsində suyun səviyyəsi 1.4 metr azalıb ki, bu da, 1970-ci illərin sonlarında qeydə alınan göstəricidən 1 metr çoxdur.

Ekspertlər Xəzər dənizində suyun səviyyəsinin bundan sonra da kəskin enəcəyini qeyd edir. Baş verənlərdən daha çox dənizin şimal hissəsi - Rusiya və Qazaxıstan zərər görəcək. İstiləşmənin mövcud tempi indiki kimi qalarsa, 75 ildən sonra sözügedən ərazilərdə suyun tamam quruması proqnozlaşdırılır.
Qurumanın səbəbi kimi qlobal istiləşmə nəticəsində atmosferin (son otuz il ərzində təxminən 1 dərəcə Selsi) üz qatının temperaturunun yüksəlməsi göstərilir.
Belə nəticəyə müəlliflər GRACE (Gravity Recovery And Climate Experiment) yerüstü müşahidələr missiyasının peyklərindən alınan məlumatları təhlil edərək gəliblər.
Zaur H.
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...



























.jpg)









.jpg)
