Hadisə
Keçmiş millət vəkili ilan sancan məşhur aparıcı ilə bağlı FƏRYAD ETDİ - (YENİLƏNDİ)
“Artıq dərəcədə xahiş edirəm, heç kim mənim anama zəng vurmasın. Heç nə soruşmasın. Evimizə getməyin. Sakit olun”.
Publika.az xəbər verir ki, bu sözləri aparıcının bacısı, keçmiş millət vəkili Gülər Əhmədova sosial şəbəkədə paylaşıb.
***
Füzuli rayonu Haramı düzündə çəkiliş zamanı ilan sancan aparıcı İlqar Mikayıloğlu Bakıya gətirilir.
Bu barədə Publika.az-a aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib.
O bildirib ki, hadisə “İlqarla bir gün” ekstrim verilişinin çəkilişi zamanı baş verib.
“Hadisə baş verən kimi ona zərdab vuruldu. Verilişimizin sponsoru “Medi style” klinikasının təcili yardım maşını orada idi. Onların ilkin yardım göstərdilər. Lakin həkimlər hər ehtimala qarşı onun Bakıya gətirilməsini məsləhət bildilər. İynə vurulanda vəziyyəti yaxşı idi. Hazırda o təcili yardım, mən isə başqa maşındayam. İndi Beyləqan ərazisindəyik, İlqarı Bakıya gətiririk”.
***
Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.
Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal qospitala göndərilib. Teleaparıcının hələ xəstəxanaya çatdırılmadığı, hələ də yolda olduğu bildirilir.
Hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər.
Ətraflı məlumat veriləcək. (big.az)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



























.jpg)

.jpg)