Kişiləri məftun edən sirli cazibə - FOTOLAR
Bizi izləyin

Layihə

Kişiləri məftun edən sirli cazibə - FOTOLAR

Qırmızı rəng istənilən qadına həm səhnədə, həm ekranda, həm ofisdə, həm restoranda, hətta metroda da müvəffəqiyyət vəd edir. Çünki qırmızının çalarları bir qayda olaraq qüdrət, şəhvət, ehtiras və seksi simvolizə edir. Elmin yeni sahəsi olan rəng psixologiyasında aşkar olunub ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı çaların ən çox öyrənildiyi sahə məftunetmə ilə bağlıdır. Qırmızı rəng müxtəlif assosiasiyalar yarada bilir, o kişi təxəyylünü canlandırır və onun zərif cinsin nümayəndəsinə qarşı laqeyd, soyuq olmağa heç bir şansı qalmır.

Qırmızı geyinənlər bir qayda olaraq dəb tənqidçilərinin də rəğbətini qazanırlar. Son günlər qırmızı rəng o qədər çox sevilir ki, modelyerlər qırmızı rəngi yeni qara kimi qiymətləndirirlər. Əvvəllər məşhur qadınlar qara rəngli libasları demək olar ki, hər yerdə - qırmızı xalıda, gecə mərasimlərində, açılışlarda və əlbəttə ki, gündəlikdə geyinirdilərsə, indi qara öz yerini qırmızıya verir. Bəzi moda ekspertlərin fikrincə, qırmızı qalstuk nüfuz və dominantlığı təcəssüm etdirir. Qırmızı geyim nəticələrin yüksək olmasına təsir edir. Bu enerjili rəng çalışma şövqünü artırır.

Publika.az-ın "Moda inqilabları" layihəsinin bugünkü icmalında məşhur aktrisaların filmlərdə ən çox yadda qalan "lady in red" obrazlarını nəzərədən keçirməyi təklif edirik:

Təmtəraqlı və gözəl "Lady in red" obrazını yaratmaq üçün dəbin hansı qaydalarına əməl etmək lazımdır?

Merilin Manro, 1953-cü il

Мэрилин Монро

Dünyaca məşhur "Alicənablar sarışınları bəyənirlər" kinokomediyası jestlərdən tutmuş, filmdə istifadə olunan geyimlərə qədər bütün sitatların mənbəyi oldu. Xüsusən də Merilin Manronun al-qırmızı payetli (biser) paltarı axşam dəbinin köhnəlmək bilməyən ənənəvi geyiminə çevrildi. Təxminən göbəyə qədər V şəklində sinə dekoltesi, cəsarətli yarığı fasonun əsas fərqləndirici cəhətidir.

Мэрилин Монро

Merilin bu platarda rəqibsiz gözəlliyə malik olduğunu bir daha sübut etmişdi.

Qreys Kelli, 1954-cü il

Грейс Келли

Dedektiv filmlərdə qırmızı paltar dramatik qanlı çalar kəsb edir. Məsələn, əsəblərə təsir edən "Qətl baş verdiyi halda "M"-ə zəng edin" filmi yalnız süjeti xətti ilə deyil, həm də qəhrəmanın effektli paltarı ilə yadda qalıb.

Грейс Келли

Sözügedən filmdə Qreys Kelli qolları və kürəyi krujeva ilə örtülmüş, belini vurğulayan təmtəraqlı don geyinmişdi.

Odri Hepbern, 1957-ci il

Одри Хепберн

Aristokratik gözəlçə Odri Hepbern moda dünyasına qısa qara donla yanaşı, uzun qırmızı don bağışlayıb. "Məzəli qəşəng sifət" filmində aktrisa çılpaq çiyinlərini vurğulayan futlyarda sözün əsl mənasında çox zərif görünürdü. O, obrazını uzun ağ əlcəklərlə və alqırmızı məxmər şərfiylə tamamlamışdı.

Bricit Bardo, 1957-ci il

Брижит Бардо

Daha bir ağ əlcəkli qırmızı libasın sahibi - fransız kinodivası Bricit Bardodur. O, "Parisli" filmində silueti xeyli cəlbedici paltar geyinmişdi. Sinəni azca yuxarı qaldıran korsetlə, ombaya kip oturan ətəyi ilə o, bir daha sübut etdi ki, fransız gözəlləri kişiləri hər mənada məftun etməyin yollarını yaxşı bilirlər.

Culiya Roberts, 1990-cı il

Джулия Робертс

Son dərəcə baxımlı "Gözəlçə" melodramı həm də bir növ dəb nümayişidir. Filmin əsas sujet xətti sevgi üzərində qurulsa da, modaya da xüsusi yer verilib. 90-cı illərin trendləri ilə yaxından tanış olmaq istəyən hər kəsə bu filmə baxmaq tövsiyə olunur.

Джулия Робертс

Culiya Robertsin bütün ansamblı - tünd qırmızı dəbdəbəli məxmər paltarı, ağ əlcəkləri və yaqut boyunbağısı konservativ janrın qanunlarına cavab verir.

Cenni Qart, 1990-2000-ci il

Дженни Гарт

Düz 10 il televiziyada gedən "Beverli-Hillz" serialı bütöv bir nəsil yetişdirib. Bu film təkcə münasibət qurmağı deyil, həm də geyim mədəniyyətini öyrədirdi. Şübhəsiz ki, serial qəhrəmanı - Cenni Qartın qırmızı kokteyl donundan minlərlə qız xəyal edirdi.

Sofi Marso, 1999-cu il

Софи Марсо

Həmişə son dərəcə təhlükəli qadın rollarını məharətlə oynayan fransız kinematoqrafiyasının daha bir ulduzu - Sofi Marso "Dünya kifayət deyil" filmində tünd qırmızı ziyafət libası geyinmişdi. Sofi incə applikasiyalarla işlənmiş, sinə dekolteli tünd qırmızı paltarda olduqca cəlbedici görünürdü.

Nikol Kidman, 2001-ci il

Николь Кидман

Qırmızı qan, qırmızı dəyirman və qırmızı don - "Mulen Ruj" filminin myuziklının süjeti məhz bu fikirlərin məcmusundan ibarətdir. Mahnının mətni seksual məzmuna malikdir. Bu mahnını daha təsiredici etmək üçün qəhrəman qırmızı paltar geyinib. Parıltılı qırımızı paltarı arxasındakı iri bant filmin qəhrəmanı Nikol Kidmanı əsl kurtizankaya çevirir. O, bu libası ilə özündən başqa istənilən qəlb üzərində hakimiyyət əldə bilmişdi.

Ketrin-Zeta Cons, 2003-cü ildə

Кэтрин Зета-Джонс

Həmişə gözəl Ketrin "Dözülməz qəddarlıq" filmində milyonçunu əldə etmək üçün qırmızı don geyinmişdi. O, qısa qırmızı paltarda əla görünürdü. Bu uğurlu nümunə göstərir ki, hətta ən ciddi kişilər də qırımızı don geyinən xanımların qarşısında acizdir. Bir sözlə, siz də kişinin ağlını başından almaq istəyirsinizsə, qırmızı don geyinin.

Romola Qaray, 2004-cü il

Ромола Гарай

Ən gözəl rəqs paltarını "Gecə Havanada" melodramında müşahidə etmək olar. Səbəb isə paltarın qırmızı rəngdə olmasıdır. Filmdə qəhrəman salsa şənliyinə puritan kvadrat şəkilli paltar geyməkdən imtina edir, əvəzində isə qulluqçu yubkası istəyir. Nəticədə, aktrisa kluba əsl sensasiyaya çevrilən al-qırmızı paltarda gedir.

Sara-Cessika Parker, 2010-cu il

Сара-Джессика Паркер

"Böyük şəhərdə seks" serialında çəkilən 4 qlamur rəfiqələrin geyim üslubu dünyanın dörd bir tərəfində yaşayan xanımlara örnək oldu. Serialın sevilən qəhrəmanı Sara-Cessika Parkerin narıncıya çalan büzməli qırmızı sarafanı həmin illərin trendi olmuşdu.

Məryəm Üzərli, 2014-cü il

Мерьем Узерли

Sultan Süleymanın və slavyan gözəlinin məhəbbət macərasından bəhs edən "Möhtəşəm 100 il" serialı ənənəvi şərq koloriti olmadan çəkilə bilməzdi. Sultan Süleymanın sevimli arvadı Hürrəm Sultanın qarderobu dəbdəbəli saray geyimləri ilə zəngindir. Onlardan ən gözəli zoğalı ipəkdən hazırlanmış və korsetlə yığılmış uzun şleyfli paltardır.

Kira Naytli, 2012-ci il

Кира Найтли

Tolstoyun "Anna Karerina" əsərində ehtiraslı rus ruhunu göstərmək üçün qırmızı paltardan daha effektli nə ola bilərdi? Ona görə də dizaynerlər ingilis aktrisası üçün hər bir qızın həyatında heç olmasa bir dəfə geyinmək istədiyi tarixi bal paltarı hazırlamışdılar.

Lea Seydu, 2014-cü il

Леа Сейду

Ötən il "Gözəl və div" nağılı əsasında çəkilən film sehrli dekorasiya və məftunedici geyimlərlə izləyiciləri sevindirdi. Səxavətli əjdaha filmin qəhrəmanı Leaya hər gün yeni bir geyim hədiyyə edirdi. Onlardan ən ecazkarı aşağısı volanlı çiyələk rəngli paltar idi. Yeri gəlmişkən, bu paltar buraxılış gecələrində şahzadə kimi görünmək istəyən qızlar üçün əla seçimdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm