• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nəsrin Cavadzadə: “Soyunaram” - FOTOLAR

  • Layihə
  • 22 İyun 2015 13:30
  • 1 796 Baxış
Nəsrin Cavadzadə: “Soyunaram” - FOTOLAR

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə son illər karyerasında olduqca güclü addımlar atıb. Bu günə kimi bir çox film və serialda rol alan, ondan çox mükafata layiq görülən aktrisa 2014-cü ildə də uğurlara imza atıb.

Aktrisa ötən il düz 3 filmdə rol alıb. Kutluğ Atamanın "Quzu", Erol Mintaşın "Anamın nəğməsi", Çanaqqala müharibəsindən bəhs edən "Son məktub" adlı filmlərdə baş rol oynayan Nəsrin Cavadzadə "Quzu"dakı performansına görə 51-ci "Qızıl portağal" film festivalında "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Vəhşi gözəlliyi, filmlərdəki möhtəşəm oyunu ilə diqqət mərkəzində qalmağı bacaran 33 yaşlı aktrisa jurnalist Hakan Genceyə müsahibə verib.

Aktrisa həm karyerası, həm də şəxsi həyatı ilə bağlı olduqca maraqlı etiraflar edib.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində Nəsrin Cavadzadənin müsahibəsini təqdim edirik:

- Bu dəfə qarşımda daha seksual və cəsur bir Nəsrin var. Bu dəyişikliyin səbəbi nədir?

- Cəsur olduğumu düşünmürəm. Amma artıq özü ilə barışmış, özünü tapmış biriyəm. Əvvəlki vaxtlara nəzərən indi özümdən daha az qorxuram və daha gözəl olduğumu düşünürəm.

- Özünü kəşf etməyi necə bacardın?

- Əvvəllər qüsurlarıma daha çox fikir verirdim. İndi isə gözəl tərəflərimi görürəm. Gözəlliyimi qiymətləndirməyi öyrəndim.

- İnsanlar indi seksual görünməkdən qorxurlar.

- Getdikcə mühafizəkarlaşırıq. Belə mühitdə qorxmaq, çəkinmək, "Necə baxarlar?" deyə düşünmək normal hal alıb. Qadınların özünü ifadə etmə vasitələri əllərindən alınıb.

- Sizcə, ən seksual ulduzlar kimlərdir?

- Penelope Kruz və Eva Mendes.

- Bəs özünüzü seksual hesab edirsiniz?

- Seksual olduğumu düşünürəm. Amma varlığımın səbəbi bu deyil, bununla kifayətlənmirəm. Bir aktrisa kimi vəzifəm hər dona girə bilməkdir. Məsələn, "Quzu" filmində canlandırdığım Mədinə iki övlad anasıdır. Bütün film boyunca cəmiyyətin ikiüzlülüyü ilə mübarizə aparır. O obrazda bir qram olsun seksuallıq yoxdur.

- Seks haqqında danışanda üzü qızaranlardansınız?

- Kiminlə danışdığıma bağlıdır.

- Bu müsahibə zamanı necə?

- Səninlə seks haqqında danışarkən, çox deyil, bir az qızara bilərəm, Hakancığım!

- "Öpüşmərəm, sevişmərəm", deyirsinizmi? Türkan Şoray qanunlarınız var?

- Şorayın xəstəsiyəm. Amma onun kimi qaydalarım yoxdur. Sual soyunmağımla bağlıdırsa, onu deyə bilərəm ki, əgər çəkilişin ediləcəyi məkan kifayət qədər istidirsə, soyunmaqdan çəkinmərəm.

- Bu cəsarətinizin sərhədi var?

- "Quzu"nu izləyin.

- Fotosessiyada quzu ilə poza verdiniz. Özünüzü bir heyvana oxşatsanız...

- Müsahibənin başlığını "Mən bir qısrağam" qoymayacağınızı ümid edərək deyirəm ki, özümü qısrağa bənzədirəm.

- Niyə?

- Çünki qısraq çox gözəl olur. Azad və üsyankardır.

- Sanki sarkazmı xoşlayırsınız?

- Mən çox həssas bir insanam. Ona görə də, incikliyimə dözə bilmək üçün bəzi şeyləri zarafata salıram. Özümə və həyata lağ etməsəm, infarkt keçirib ölərəm. Bu, mənim müdafiə mexanizmimdir, həyatda qalmağıma kömək edir.

-10 mükafata layiq görülmüş, festival filmlərinin ulduzu Nəsrini bir kənara qoysaq, heç yüyəninizi qopardıb çılğınlıq etmisinizmi?

- Sual belə olmalı idi: "Heç yüyəninizi bağlamısanmı?". Heç vaxt ağlı başında bir insan olmamışam. Çox lazım olmadıqca ağlımdan istifadə etmirəm. Hisslərimlə hərəkət edirəm.

- Madam belə rahatsınız, onda şəxsi həyatınızdan danışaq. Rejissor Cemal Şanla 8 il yarım birlikdə oldunuz, sonra ayrıldınız. Nə oldu?

- Cemaldan sonra həyatıma heç kim daxil olmadı.

- Bu günə kimi çox aşiq olmuşunuz?

-Yox, sadəcə bir dəfə, Cemala aşiq olmuşam.

- Meyarlarınız nələrdir?

- Çox yüksəkdir. Yaxşı bir insana rast gəlmək istəyirəm (gülür). Sən ətrafda yaxşı bir insan görürsən? Yəni, həqiqətən yaxşı bir insan tanıyırsan?

- Heç aldadılmısınız?

- Əlbəttə, aldadılmışam. Bütün müvəffəqiyyətli, gözəl, güclü və ağıllı qadınlar xəyanətə uğrayırlar. Kişiləri çatışmazlıq kompleksinə soxuruq.

- Bəs bu sektorda dostluqlardan da üzünüz gülməyib?

- Az sayda dostum var. Onlar da bu sektordan deyillər. Son bir ildə özümü çox yalnız hiss etdiyim vaxtlar oldu. Boşluqda hiss etdiyim üçün özünü qəhrəman hesab edən "idiot"larla dostluq eləməli oldum.

- Bəs o idiotlara sonra nə oldu?

- Nə olacaq; onlar batdılar, mən çıxdım (gülür).

- Axırıncı dəfə sizdən müsahibə alanda üzərinizdə böyük təzyiq olduğunu demişdiniz. Seçkilərdən sonra fikirləriniz dəyişdimi?

- "Gezi" olayları ümid verirdi. Özümü azad hiss etdiyim və olmaq istədiyim bir yer idi. Seçkilərdən sonra o duyğunu qısa müddətli də olsa yenidən yaşadım. Bəzən ümidsizliyə düşürük, ancaq pessimist olmaq mənim təbiətimə ziddir. Təzyiqin azaldığını deyə bilmərəm. Çünki hələ də eyni ölkədə yaşayırıq. Qadınların ortaq dərdləri var.

- Hansı dərdlərdir onlar?

- Hamımız eyni zehniyyət tərəfindən ələ keçirilmiş vəziyyətdəyik. Demək olar ki, qadın olmaq artıq bu zehniyyətlə mübarizə aparmaq mənasına gəlir. Atdığımız hər addımda, həm cəmiyyətin senzurası, həm də hakimiyyətin senzurası ilə qarşılaşırıq. Özümüzə qarşı çox qəddarıq.

- Film sektorunda qadın olaraq uğur qazanmaq çətindir?

- Qadınlar üçün nəzərdə tutulan rollara nəzər salsaq, görərik ki, cəsarətsizik hökm sürür. Ssenaristlərimiz, rejissorlarımız, prodüserlərimiz cəsarətli deyillər. Risk almağı sevən, fərqli olmağa cəsarət edən insanların sayı azdır.

- Rejissor Kutluğ Atamanla bağlı bizi təəccübləndirə biləcək bir fakt bölüşə bilərsiniz?

- Onun haqqında danışmayacağam.

- Niyə?

- Bir müddətdir ki, küsülüyük. Barışmağı düşünmürük. Belə olması yaxşıdır.

- "Quzu" necə bir filmdir?

- "Quzu" çox əyləncəli bir filmdir. Ssenarini oxuyanda hekayəyə heyran qaldım. İşin komediya tərəfinə heç fikir verməmişdim. Berlində filmi ilk dəfə seyr edənə qədər dram filmində rol aldığımı sanırdım. Amma təqdimatda filmi izləyən hər kəs qəhqəhə çəkirdi.

- "Quzu"nun karyerandakı digər filmlərdən fərqi nədir?

- Rejissordan bəhs etmədən, bu sualı cavablandırmaq çətindir. Amma mənim üçün ayrı bir yeri olduğunu deyə bilərəm. Məni yeni bir aktrisalıq anlayışı ilə tanış etdi. Nəsrini itirmədən Mədinə ola bildim. Ona görə də, əvvəlki rollarımdan fərqli olaraq daha çox risk etdim. Bunların hamısı rejissorla əlaqəlidir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR