Poroşenkodan Rusiya ilə bağlı ŞOK QƏRAR
Bizi izləyin

MDB

Poroşenkodan Rusiya ilə bağlı ŞOK QƏRAR

Ukrayna prezidenti Pyotr Poroşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün orqanlarından Ukraynanın nümayəndələrin geri çağırılması haqqında fərman imzalayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda tvitter səhifəsində yazıb.

Xatirladaq ki, Ukrayna prezidenti Petro Poroşenko ötən ay ölkənin Ukraynanın qurumdan birdəfəlik uzaqlaşmağa hazırlaşdığını bildirib. O, hökumətə tapşırıb ki, ölkənin MDB-dən tam çıxması üçün müvafiq təkliflər hazırlasın.

“Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də, təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, - deyə Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib.

Qeyd edək ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm