Mətbəx
Suşi haqqında bilmədikləriniz: parazitlər bu yeməyin HƏVƏSKARLARINI YEYİR
Səksəninci illərin əvvəlindən suşi inanılmaz populyarlıq əldə etdi. Hazırda demək olar ki, dünyanın bütün ölkələrində onu hazırlayırlar. Bu da təsadüfi deyil, axı suşi çox dadlı olmaqla yanaşı, həm də az kalorili yemək növüdür.
Lakin suşi həvəskarlarını tez-tez onun sağlamlığa təsiri barədə məsələlər narahat edir. Məsələn, Suşi rolları orqanizmə ciddi zərər vura bilərmi?
Publika.az suşi haqqında maraqlı faktları təqdim edir.

Yeganə problem suşinin tərkibinə daxil olan əsas qida - bişməmiş balıq növləridir. Çünki çiy balıqda bağırsaq qurduları ola bilər. Tədqiqatlar da bu faktı təsdiqləyir: həm balıqlarda, həm də dəniz məhsullarının 80-90 faizində yoluxucu helmintlər var. Nə qurudulma, nə də hisə vermə balıq ətlərindəki bağırsaq qurdlarının yumurtalarını və ya sürfələri öldürmür.

Eyni zamanda yapon mətbəxində işləyən aşpazlar alimlərin tədqiqatlarını təkzib etməyə hazırdır. Onlar iddia edir ki, çiy balıq və digər dəniz məhsulları böyük həcmdə restoran və suşi-barlarda yalnız zəruri tədqiqatların aparılmasından sonra çıxarılır. Suşi ustalarının sözlərinə görə, hər bir məhsulun sertifikatı, baytarlıq arayışı, həmçinin digər sənədlər paketi olur.

Əslində isə adi sanitariya normalarına əməl edilməməsi də helmintlərə yoluxma səbəbi ola bilər. Yapon aşpazları və həkimlər xəbərdarlıq edir ki, suşini yalnız sınanmış yerlərdə yemək lazımdır. Xüsusilə yapon restoranları və iri şəbəkələrə üstünlük vermək daha yaxşıdır. Çünki xırda kafelər sanitariya nəzarəti olmayan daha ucuz məhsullar ala bilərlər.
Aytən
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu













.png)























