• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Türkiyə mediası Elnur Aslanovun işdən çıxarılmasından yazdı

  • Nida.az
  • 17 Mart 2014 17:52
  • 1 262 Baxış
Türkiyə mediası Elnur Aslanovun işdən çıxarılmasından yazdı


Türkiyə mediası Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılmasından yazdı.

Publika.Az xəbər verir ki, Türkiyə mediası Elnur Aslanovun Azərbaycan Prezidenti tərəfindən son dəqiqə vəzifəsindən azad olunduğunu yazaraq qeyd edir ki, Azərbaycan mediası Türkiyədəki “paralel dövlətin” Azərbaycan dövlət strukturlarına da sızdığı və ölkədə bəzi dövlət adamları ilə millət vəkillərinin bu təşkilatlanma ilə bağlantılarının olduğuna dair xəbərlər bir müddətdir davam edirdi.

“Azərbaycan mediasında yer alan xəbərlərdə Elnur Aslanovun “paralel dövlət”lə bağlantılarının olduğu iddia edilmişdi. Gülən icması ilə bağlı olan Azərbaycan məmurları və millət vəkillərinin adlarının olduğu siyahının İstanbuldakı Baş konsul Həsən Zeynalovun Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi iddia edilirdi. Siyahıya başçılığı Elnur Aslanov edirdi”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR