• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“O, fətullahçı ola bilməz” – Bayram Səfərov AzTV sədrinin qohumunu müdafiə etdi

  • Nida.az
  • 18 Mart 2014 16:35
  • 2 183 Baxış
“O,  fətullahçı ola bilməz” – Bayram Səfərov AzTV sədrinin qohumunu müdafiə etdi

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovun 2012-ci ildə ABŞ-da Fətullah Gülənlə görüşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İcma rəhbəri B.Səfərov Publika.Az-a açıqlamasında Orxan Əkbərovun vətənpərvər gənc olduğunu söyləyib: “Orxan fətullahçı ola bilməz. Mən onu vətənpərvər gənc kimi tanıyıram. Digər tərəfdən isə 2012-ci ildə mən Orxanı tanımırdım. O vaxtı Orxan icmada deyildi. Ancaq mən Orxanı tanıyandan bəri fəaliyyətində dövlətimizə, Vətənə qarşı hər hansı nöqsanını görməmişəm. Verdiyim bütün tapşırıqları da hər zaman yerinə yetirib. Mən Orxanı dövlətini, torpağını və millətini sevən biri kimi tanımışam. Mən onun fəaliyyətində heç bir şübhəli məqam görməmişəm. Odur ki, onunla bağlı deyilənlərə inanmıram”.

Qeyd edək ki, Orxan Əkbərov “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun kürəkənidir.

Xatırladaq ki, Elnur Aslanovun ən yaxın silahdaşlarından biri, eyni zamanda nurçuların əsas simalarından sayılan şəxslə bağlı “Qafqazinfo”ya məlumat daxil olub. Məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov da sözügedən şəbəkənin əsas fiqurlarından sayılır: “Hətta onun öz dilləri ilə desək daha üstün “şərəfə” nail olduğu bildirilir. Belə ki, Orxan Əkbərov Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Azərbaycan Amerika Alyansı”nın hələ 2012-ci ildə Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər edib. Həmin vaxt O. Əkbərov tədbirdə aradan çıxaraq bir neçə gün tapılmayıb. Onun yeri ilə maraqlananda məlum olub ki, Əkbərov öz hocası ilə görüşmək üçün itib. Onun həmin vaxt Fətullah Gülənlə görüşdüyünü və bir çox məsələlərdə məsləhət aldığını sübut edən dəlillər var. Redaksiyamızı məlumatlandıran mənbə görüşlə bağlı faktların elə həmin vaxt müvafiq qurumların diqqətinə çatdırıblar.

Məlumatla bağlı araşdırma apararkən maraqlı məqamlar ortaya çıxıb. Belə ki, məlum olub ki, O. Əkbərov həm də başıbəlalı ASAİF-in həmtəsisçisidir. Hansı ki, bu təşkilatın mətbuatda “qanadlı oğlan” kimi təqdim olunan sədri Ramin Hakimovun Berlində “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda forumu etirazlara səbəb olduğu üçün təxirə salınıb. Daha dəqiq desək, tədbirin vaxtı və təşkilatçıları dəyişdirilib”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR