Nida.az
Putinin Qarabağ SİRRİ – Amerika kəşfiyyatı detalları açıqladı
Rusiyanın Ermənistana "İsgəndər-M" raketlərini verməsi onu göstərdi ki, Kreml Qarabağda yeni müharibəni istəmir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" hesab olunan "Stratfor"
beyin mərkəzi yazıb.
Mərkəz yazır ki, bu raket kompleksini Ermənistana verən Rusiya
bölgədə güc balansını saxlamağı düşünür: "Rusiya bölgədə
hərbiləşmədən yanadır, lakin o, müharibə istəmir. Aprel
müharibəsində Azərbaycan öz gücünü göstərdi. İndi hesab olunur ki,
"İsgəndər-M" raket kompleksi Azərbaycanı təmkinli olmağa vadar
edəcək".
"Stratfor" Ermənistanın "İsgəndər-M"-lərdən istifadə edə biləcəyini
düşünür.
"Lakin buna şəraitin yaranmasına imkan verilməyəcək. Rusiyanın
məqsədi də odur ki, bölgədə balans qorunsun və yeni müharibə baş
verməsin".
Qeyd edək ki, Publika.az-ın "İsgəndər-M" raket kompleksinin
Ermənistana verilməsi ilə bağlı təhlilində də Rusiyanın Azərbaycanı
yeni müharibədən çəkindirmək məqsədi qeyd olunurdu.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Çünki; aprel müharibəsi göstərdi ki, Azərbaycan ərazilərini azad
etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu isə bölgədə
tarazlığın pozulması və Rusiyanın regiona dair planlarının alt-üst
olması deməkdir. "İsgəndər-M" silahlarının İrəvan küçələrinə
çıxarılması Azərbaycana "müharibəni rəfə qaldır" mesajıdır.
Ekspertlər də Rusiyanın münaqişəni tam həll etmək niyyətində
olmadığını hesab edir.
Moskva aprel müharibəsindən sonra təklif edir ki; işğal olunmuş
rayonların beşi ilkin mərhələdə qaytarılsın. Sonra iki rayonun
qaytarılması prosesi həll olunsun. Qarabağa rus sülhməramlıları
daxil olsun, onların nəzarəti altında qaçqınların qayıdışı və
bölgənin statusu məsələsi həll edilsin.
Rusiya yalnız öz sülhməramlılarının bölgəyə daxil olması şərti ilə
münaqişənin həllinə razı görünür. Bunun Bakının maraqlarına cavab
verdiyi sual altındadır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İndi "İsgəndər-M"-in Ermənistana verilməsi göstərir ki, Rusiya
Bakının ərazi bütövlüyünü bərpa etmək üçün etdiyi təzyiqin
qarşısını almaq niyyətindədir. Bölgədə sabitlik olacağı təqdirdə,
"sülhməramlı planı" daha rahat şəkildə həyata keçirilə bilər. Hesab
etmək olar ki, bu, öz planlarını həyata keçirmək istəyən Kremlin
son manevrdir. Bundan sonra bölgədə yeni müharibənin
olub-olmayacağını isə zaman göstyərəcək.
Asif
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır
-
Region13 İyul 23:55İranda partlayışlar baş verdi
-
İdman13 İyul 21:26Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
-
Hadisə13 İyul 20:24Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
-
Hadisə13 İyul 19:50Füzulidə yanğınlar zamanı minalar partladı



































