Nida Xəbər
Artıq həmin təşəbbüsün ilk nəticələrini görürük - Hikmət Hacıyev
D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "D-8 Media Mükəmməlliyi Mərkəzinin Strateji Çərçivəsinin Təqdimatı" adlı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.
"Azərbaycan D-8 ailəsinin tamhüquqlu üzvüdür. Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Biz təşkilatın fəaliyyətinə süsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Təhlil Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük", – H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
-
Hadisə16:28“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış(VİDEO)
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
MDB14:30Şarl de Qollun nəvəsinin rus sevgisi: "Səxavətli, dərin inanclı rus ruhu..."
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır










.jpg)












.jpg)





.jpg)








