İdman
Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb.
Publika.az xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.
Müəlliflər hakimlərin Argentina millisinə, xüsusilə də Lionel Messiyə loyal münasibət göstərdiyini iddia edirlər.
"Nəticə əvvəlcədən məlumdursa, dünyanın qalan hissəsi niyə dünya çempionatında iştirak etsin? Argentinanı dünya çempionatından kənarlaşdırın və hamıya bərabər şans verin", - deyə petisiya müəllifləri bildiriblər.
Müzakirələrə səbəb olan epizod dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən Argentina - Əlcəzair oyununda baş verib. Ekspertlərin fikrincə, polşalı baş hakim Şimon Marçinyak ilk hissədə kobud qayda pozuntusuna görə Messini meydandan qovmalı idi, lakin ona hətta sarı vərəqə də göstərməyib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb və hər üç qolu Messi vurub.
Hazırkı dünya çempionu olan Argentina millisi bu mundialda yarımfinala yüksəlib və iyulun 15-də İngiltərə ilə qarşılaşacaq. Bir gün əvvəl isə digər yarımfinal görüşündə Fransa və İspaniya milliləri üz-üzə gələcəklər. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. (Oxu.az)
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI


















.jpg)









.png)




