Nida Təhlil
Bakı son ŞƏRTİNİ İRƏLİ SÜRDÜ: Sarkisyan Azərbaycana gəldi və qapalı Qarabağ müzakirələri başladı
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda
planlaşdırılan görüşü qüvvədədir. Ermənistan xarici işlər nazirinin
mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, görüş güman
ki, sentyabrın 20-də keçiriləcək.
Publika.az bildirir ki, Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarov görüşün keçiriləcəyi tarixi açıqlamasa da, Edvard
Nalbandyanla işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması
məsələsini müzakirə edəcəklərini söylədi.
“Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə
lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında
bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının
Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”, -
deyə Azərbaycanın baş diplomatı bununla qarşıdakı görüşdə Bakının
mövqeyini də açıqlamış oldu.
Bakının mövqeyi aydındır, çox güman ki, İrəvan da Nyu-Yorkda
ərazilərin qaytarılması məsələsi üzərində ciddi dayanılacağını
anlayır və buna hazırlaşır.
Ermənistanın “Aykakan jamanak” qəzetinin İrəvanda Qarabağla bağlı
aparılan müzakirələr və hazırlanan planlar haqda yazdıqları görüş
öncəsi diqqət çəkir.
Qəzet diplomatik mənbələrə istinadən xəbər verir ki, yaxın
vaxtlarda Qarabağla bağlı ciddi hadisələr olacaq: “Lakin konkret
nəyin baş verəcəyini demək hələlik çətindir. Bu faktdır ki, ABŞ,
Avropa İttifaqı və Rusiyanın şəxsində Ermənistanla bağlı ciddi
proseslər gedir. Onların hər biri Qarabağ münaqişəsində öz
maraqlarını təmin etməyə çalışır”.
Qəzet qeyd edir ki, İrəvanda müxtəlif səviyyələrdə Qarabağla bağlı
qapalı müzakirələr aparılır.
“Serj Sarkisyanın Qarabağa 4 günlük səfəri də təsadüfi deyildi.
Doğrudur, Sarkisyan rəsmi tədbirlərdə iştirak üçün ora getdi, lakin
onun 4 gün Qarabağda qalması münaqişə ilə bağlı aparılan
danışıqların müzakirə edilməsi məqsədi daşıyırdı. Həmçinin,
müharibə variantı da müzakirə edilən məsələlər sırasındadır. Bundan
başqa, Ermənistan parlamentində Daşnaksütyun partiyasının təşəbbüsü
ilə “rəqibin və bizim hərbi-siyasi çağırışları” adlı qapalı forum
keçirildi. Bir gün əvvəl isə Bako Saakyan Xankəndində daşnakların
nümayəndəsi Akop Ter-Xaçatryanla görüşdü”, - deyə erməni nəşri
vurğulayır.
Qəzet təmas xəttində təhlükəli sakitliyin hökm sürdüyünə diqqət
çəkir və bunun Ermənistan üçün ciddi təhdid olduğunu vurğulayır:
“Azərbaycan son iki ayda hərbi variantı arxa plana keçirib və
Bakının belə taym-aut götürməsi Ermənistan üçün heç də yaxşı deyil.
Ehtimal ki, Ermənistanın qarşısında Qarabağla bağlı sonuncu şərt
qoyulub və Bakının gözləmə mövqeyi də bununla bağlıdır”.
Asif
-
Qoroskop01:15
Günün qoroskopu: Uzaq yoldan və ağır fiziki işdən imtina edin
-
Dünya00:55
Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ
-
Art00:30
Xalq artisti Rasim Abdullayev vəfat etdi
-
Magazin225 Noyabr 23:30
İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdi - FOTO
-
Hadisə25 Noyabr 23:00
Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü - VİDEO
-
Rəsmi xronika25 Noyabr 22:38
İlham Əliyev Trampa zəng etdi
-
Hadisə25 Noyabr 21:40
“Bəy hamamı”nda yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Hadisə25 Noyabr 20:45
İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR