Nida Təhlil
NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ: gizli müzakirələrin DETALLARI
Dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü.
Publika.az xəbər verir ki, qapalı keçirilən
görüş fonunda üç məqam diqqət çəkir:
1. NATO Şərqi Avropada rus sərhədlərinə qüvvə
toplamasının ardından Cənubi Qafqaza qədər gələrək, Moskvanın
burnunun dibində tikan kimi duran Gürcüstanda hərbi təlimlərə
başladı.
2. Gürcüstanda “Noble Partner 2017” adlı ilk təlim
iyulun 20-də başladı və avqustun 13-nə qədər davam etdi. Sentyabrın
3-də isə “Agile Spirit 2017” adlı ikinci təlimi başladı. Bu
təlimlər sentyabrın 11-nə qədər davam edəcək.
3. Hazırda təlimlərdə NATO üzvü olan və tərəfdaş
ölkələrin - Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya və
Ukrayna – hərbiçiləri şərti döyüş tapşırıqlarını yerinə yetirir. Və
rusların cənub qapısı hesab etdikləri Cənubi Qafqazda qiyabi
döyüşün getdiyi bir vaxtda generallar bölgənin digər ölkəsi olan
Azərbaycanın paytaxtında müzakirə masasına əyləşirlər.
Nə baş verir? Dünyanın iki nəhəng gücü sərhədlərimizdəmi
toqquşur? Bakı iki cəbhənin uzlaşması üçün dünyanın siyasi
xəritəsində yeni məkanamı çevrilir?
Görüşlə bağlı açıqlanan rəsmi məlumat müzakirələrin detalları haqda
fikir yürütməyə imkan verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşdə
Avropada və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri
müzakirə olunub.
NATO nümayəndəsi Şərqi Avropada və Gürcüstanda keçirilən təlimlərin
Rusiyaya müdaxilə məqsədi daşımadığını, Kremlin generalı isə
Belarusda – Avropanın girişində keçiriləcək “Qərb-2017”
təlimlərinin təcavüzkar xarakterə malik olmadığını bir-birinə
inandırmağa çalışıblar.
Bu məlumatdan da görünür ki, NATO və Rusiya hərbi gərginlikdən
narahatdır və məsələləri müzakirə masasına yatırmaq qərarı verilib.
Lakin NATO-nun timsalında ABŞ-ın uzlaşmaq cəhdi yeni planlar haqda
da ehtimallar yaradır. Hesab etmək olar ki, Amerika sərhədlərdə güc
nümayişini yumşaltmaq və xüsusilə Koreya yarımadasında Pxenyan və
Pekinlə qarşıdurmada rusları neytrallaşdırmaq niyyətindədir.
Moskvanın isə Cənubi Qafqaza qədər ordu yeridən ABŞ-la “müvəqqəti
sülhə” nail olmaq və nəfəs almağa ehtiyacı var.
Və bunun üçün ən unikal məkan kimi Bakının seçilməsi də təsadüfi
deyil. Çünki Azərbaycan regionda yeganə neytral ölkədir və hər iki
cəbhə ilə bərabərhüquqlu münasibətlərə üstünlük verir. Bundan öncə
ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəislərinin Bakı
görüşü, ardınca dünənki görüş Azərbaycanın uzlaşma məkanına
çevrildiyini deməyə əsas verir.
Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya
İctimai Palatasının üzvü, politoloq Sergey Markovun görüş haqda
fikirləri diqqət çəkir.
Markov “vestikavkaza” saytına açıqlamasında deyir ki, görüş yeri
kimi Azərbaycanın seçilməsi təsadüfi deyil: “İlk növbədə
Azərbaycanın yaxşı infrastrukturu – gözəl hava limanı, çox gözəl
mehmanxanaları var. Lakin əlbəttə ki, əsas olan bu dialoqda
Azərbaycanın dəqiq, aydın neytral mövqe tutmasıdır. Prezident İlham
Əliyev dahi diplomatiyası və tarazlaşdırılmış siyasəti ilə
məşhurdur. Buna görə hər iki tərəf düşmən olsalar belə, Bakıda
rahat şəkildə dialoq qura bilirlər. Həm Rusiya, həm də NATO bilir
ki, Bakıda istənilən görüşə yaxşı şərait yaradılacaq və görüşdə
müzakirə edilənlərlə bağlı heç bir informasiya itkisi
olmayacaq”.
Putinin nümayəndəsinin fikrincə, Bakı potensial sülh yaradan kimi
güclü mövqeyini formalaşdırır.
“Bakı Qafqazın Cenevrəsi, Azərbaycan isə İsveçrəsinə çevrilir”, -
deyən Markov Bakı görüşünün mümkün nəticələrini də şərh edib.
“Bakıda hərbiçilər görüşdü və onların müzakirəsi siyasi fikir
ayrılıqlarını aradan qaldırmayacaq. Lakin ən azından hərbiçilər
siyasi fikir ayrılığının hərbi nəticələrə gətirib çıxarmasının
qarşısını ala bilərlər”, – deyə o bildirib.
Asif
-
Qoroskop01:15
Günün qoroskopu: Uzaq yoldan və ağır fiziki işdən imtina edin
-
Dünya00:55
Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ
-
Art00:30
Xalq artisti Rasim Abdullayev vəfat etdi
-
Magazin225 Noyabr 23:30
İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdi - FOTO
-
Hadisə25 Noyabr 23:00
Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü - VİDEO
-
Rəsmi xronika25 Noyabr 22:38
İlham Əliyev Trampa zəng etdi
-
Hadisə25 Noyabr 21:40
“Bəy hamamı”nda yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Hadisə25 Noyabr 20:45
İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR