Nida Xəbər
PKK terrorçuları Göyçəyə YERLƏŞDİRİLDİ: Ermənistandan Azərbaycana qarşı QORXUNC PLAN - VİDEO
“Ermənistan hakimiyyəti PKK terrorçularını Azərbaycanın
işğal olunmuş ərazilərindəki Göyçə gölünün yanında qurduğu Vardenes
düşərgəsində yerləşdirib”.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.

Onun sözlərinə görə, bununla yanaşı, PKK-nın Dağlıq Qarabağda 12
təlim və sığınma düşərgəsi var: “Ermənistan bölgədəki terror
təşkilatlarının sığındığı və təlim keçdikləri əsas ölkədir. İrəvan
rejimi PKK/PEJAK terror təşkilatına dəstək verərək, onlardan
Türkiyə, Azərbaycan və İrana qarşı istifadə edir. Əsas hədəf “böyük
Ermənistan” xəyalıdır. Ötən il “aprel müharibəsi”ndə də Azərbaycana
qarşı döyüşmək üçün Suriyadan 400 PKK/PYD/YPG terrorçusu Qarabağa
gəlib. Onlardan 150-si suriyalı erməni, 250-si isə Suriya, Türkiyə,
İran və İraq kürdləri idi”.
G.Gülbey deyib ki, PKK terrorçuları Türkiyənin Ağrı bölgəsində
Tendürek dağ üzərindən keçərək, Göyçə gölünün yanındakı Vardenes
düşərgəsinə gəlib: “Terrorçuların keçidinə rəhbərliyi ermənilərə
məxsus “Ağrı qartalları” adlı birliyin Livan Qaradağ, Hemaran
Kervaçiyan və Sərvət Baqopşin adlı üç terrorçu edib”.
Qeyd edək ki, PKK terrorçularının Dağlıq Qarabağa getdiyini əks
etdirən video-görüntülər də yayılıb.
Asif
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR








.jpg)










.jpg)














.jpg)
