Nida Xəbər
Milli Məclisin sədri Litvanın xarici işlər naziri ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də fəal siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ölkələr arasında mövcud müqavilə-hüquq bazasının əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirən Milli Məclisin sədri ötən gün imzalanmış “Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb. O, bu mühüm sənədin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsinə güclü təkan verəcəyini qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsində parlamentlərin mühüm roluna toxunulub. 2022-ci ildə Litvaya həyata keçirdiyi rəsmi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayan Milli Məclisin sədri Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, parlamentlərarası əlaqələrin inkişafında işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlaması, qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi, eləcə də informasiyanın obyektiv və qərəzsiz şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarının da açıq və konstruktiv dialoqun təşviqində fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin energetika və bərpa olunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun olaraq daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ötən gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə”nin əhəmiyyətini vurğulayıb. Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirən qonaq ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini deyib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycanın regional sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirən Kestutis Budris ölkəmizin Vaşinqton sammitində əldə olunmuş razılaşmalara sadiqliyini və onların həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradəni təqdir edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...






.jpg)
.jpg)
.jpg)


.jpg)





.jpg)

.jpg)




.jpg)




.jpg)











