Qırmızı.az
Bələdiyyə torpaqlarının alqı-satqısında yenilik
Azərbaycanda bələdiyyə torpaqlarının alqısı üzrə sifarişlərə
baxılma müddətinin uzadılması təklif edilir.
Trend-in məlumatına görə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair
sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında"
Əsasnaməyə dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun
layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində
müzakirəyə çıxarılıb.
Parlament komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə,
təcrübə göstərir ki, hazırda sifarişlərə 5 gün ərzində baxılma
müddəti kifayət etmir:
"Səbəb ondan ibarətdir ki, zəruri prosedur və yoxlamalara bir çox
hallarda xeyli vaxt tələb olunur. Buna görə də bu müddəti 15
günədək artırmaq məqsədəuyğun olardı".
Digər dəyişiklik 23-cü maddənin yenidən redaktə edilməsini nəzərdə
tutur. A.Rəhimzadə qeyd edib ki, ayrılan torpaqların dəyərinin
qiymətləndirilməsi mexanizmini müəyyənləşdirən maddənin əvvəlki
redaktəsi kifayət qədər konkret deyildi və ikili məna verirdi:
"Yeni redaktədə ayrılan sahənin dəyərinin müəyyənləşdirilməsi
mexanizmi birbaşa və konkret göstərilib - əgər daha əvvəl hərrac
qiyməti əsas götürülürdüsə, gələcəkdə torpağın dəyəri torpağa görə
3 ən yüksək hərrac qiymətinin orta qiyməti əsasında
müəyyənləşdiriləcək".
Müzakirələrin yekunu olaraq qanun layihəsi baxılması üçün Milli
Məclisin plenar iclasın tövsiyə edilib.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi