• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hüquqşünasın 100 milyonluq qalmaqalları

Hüquqşünasın 100 milyonluq qalmaqalları

Bu şirkətin adı daha çox işsizlərə tanışdır –“Quest Net”.

Amma onun əlindən dad deyən təkcə işsizlər deyil. Bu şirkətin əhalini aldatması, məhkəmə çəkişmələri barədə xeyli məlumatlar verilib.

Azad ticarət zonası olan Honq-Konqda yaradılan və hazırda mərkəzi ofisi Malayziyada yerləşən şirkət ilk dövrlərdə “QoldQuest”, “QoldNet” adı ilə fəaliyyət göstərən bu şəbəkə son illərdə “QuestNet Ltd.” adı ilə tanınıb. 2010-cu ildən isə adı Q. NET olaraq dəyişdirilib.

2000-ci ildən indiyədək Q.NET şirkətinin fəaliyyəti müxtəlif ölkələrdə qadağan olunub. Şirkətin rəhbərlərindən sayılan Vijay Esvaran, Dato Kuna, Patman və başqaları barəsində “İnterpol” vasitəsilə axtarış elan edilib.

Maraqlıdır ki, şirkətin Avropa ölkələrinin heç birində nümayəndəliyi fəaliyyət göstərmir. Əsas fəaliyyət istiqamətləri Afrika və Orta Asiya ölkələridir. İslam ölkələrində bu şirkətin fəaliyyəti qadağan olunub.

Qonşu Türkiyədə şirkət barədə 4 il öncə cinayət işi qaldırılıb və Q.NET-in fəaliyyətinə xitam verilib. Təqribən 20 min insanın hər birindən xeyli para alan şirkətin üst-üstə 15 milyon dollara qədər pulu mənimsədiyi bəlli olub. Türk vətəndaşlarına 570- 2500 dollar arasında pul “atan” şirkət həmin dövlətdə rəsmən “dolandırıcı” elan edilib.

Türkiyədə aparılan araşdırmalar zamanı o da bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur. İranda isə Q.NET-in “qurbanına” 600 min insan çevrilib. 7 il əvvəl İranda bu növ məşğuliyyət haram sayılaraq fəaliyyəti qadağan edilən şirkətin “liderləri” şəbəkəni oradan Azərbaycana keçiriblər. Azərbaycanda şəbəkənin başında duran şəxslərin də çoxu İran vətəndaşları idi.

Qeyd edək ki, 2007-2008-ci illərdə Azərbaycanda qanunsuz fəaliyyət göstərən şirkət barədə 2009-cu ilin fevralında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən Bakıdakı nümayəndələri və “liderlər”i həbs ediliblər.

“Siz bilirsiniz, Natiq Abdullayev kimin adamıdır?”

Həmin vaxtın prosessual araşdırmaları göstərib ki, Q.NET firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri, Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə 20 mindən çox şəxsdən 5100 nəfərinə zərgərlik məmulatları verilib, 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Amma Mirvaleh Ağyevdən də öncə şəbəkənin ölkəyə bir İran vətəndaşı vasitəsi ilə ayaq açdığı məlumdur. Ancaq 2009-cu ildə “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilib, təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar. Buna baxmayaraq, onların barəsində başlanmış cinayət işinə xitam verilməyib.

Xüsusi qeyd edilməlidir ki, dəyəri 5 dollardan 96 dollaradək olan qızıl əşyalar Mirvaleh Ağayevin vasitəsi ilə mütəmadi şəkildə Bakı şəhərinə gətirilərək əvvəlcədən pulu alınmaqla vətəndaşlara paylanılıb. Yığılan pulların cüzi bir qismi Honq-Konqdakı bank hesabına köçürülərək, Almaniyadan ucuz zərgərlik məmulatlarının alınmasına yönəldilib, əksər hissəsi isə şəbəkə daxili elektron kart vasitəsi ilə nəqdləşdirilərək talanıb. Bir bir müddət öncə Q.NETtərəfindən aldadılaraq pulları mənimsənilən 100 nəfərdən çox vətəndaş ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. Onlar bildirirdilər ki, sözügedən şirkətin məsul şəxslərindən şikayət etsələr də, əksinə, özləri təqib və təzyiqlərlə üzləşiblər. Belə ki, Q.NET şirkətinin cinayətkar üzvlərinin hələ də öz fəaliyyətini davam etdirdikləri halda, aldadılan və zərərçəkən şəxslər, tanınmış əməkdar incəsənət xadimi Ağalar Mehdiyev (Ağalar İdrisoğlu) həbs edilib. Bu həbslə bağlı zərərçəkən vətəndaşlar bildirirlər ki, onlar Ağalar Mehdiyevdən və Nəsir Hüseynovdan deyil, şirkətin məsul şəxslərindən - Ceyhun İbrahimov, Elçin Bayramov, onların əlaltıları olan Rasim və Emin adlı şəxslərdən şikayətçidirlər.

Vətəndaşlar həmçinin bildirirdilər ki, hətta dəfələrlə şəbəkənin rəhbərlərindən olan Ceyhun İbrahimov onları hədələyib. Belə ki, Ceyhun İbrahimov iri ranqlı məmurlardan birinin yaxın şəxslərindən olduğu iddia edilən Natiq Abdullayevə arxalandığını əsas gətirib: “Siz bilirsiniz, Natiq Abdullayev kimin adamıdır?”

Ancaq reallıqda Natiq Abdullayevin belə bir himayəçisi yoxdur. Natiq Abdullayevin məhkəmədən-məhkəməyə ad dəyişdirən şirkətləri Natiq Abdullayev Q.NET-in hüquqi təmsilçisidir.

2009-cu ildə o, Q.NET-in fəaliyyətini yeni formatda davam etdirdiyini bəyan edib və internet üstündən birbaşa alıcıya eksklüziv məhsulların satışını həyata keçirməklə məşğul olub. Bu dəfə isə o fəaliyyətini Q.NET-lə bağlanmış müqaviləyə əsasən şirkətin ölkədəki hüquqi və biznes məsləhətçisi xidmətini göstərən “İntellekt Holdinq” Şirkətlər qrupunun direktoru, hüquqşünas olaraq reallaşdırıb. Bir müddət sonra “İntellekt” bağlanıb. Onun rəhbəri Natiq Abdullayev “AZE Konsaltinq Qrup” adlı yeni MMC yaradıb və elə bu MMC də “Quest”in nümayəndəliyi kimi çalışıb. 2012-ci ildə isə Natiq Abdullayev rəhbəri olduğu “AZE Konsaltinq Qrup” MMC-nin fəaliyyətinin dayandığını və onun “Azerbaijan Internaional Consulting Company” MMC-ə qoşulduğunu elan edib.

“Azerbaijan Internaional Consulting Company” MMC də Natiq Abdullayevin digər şirkətləri kimi Yasamal rayonu,Mətbuat prospekti-18/7 ünvanında yerləşib.

Maraqlıdır ki, az sonra “Azerbaijan Internaional Consulting Company”“Royalbank”a ləğvedici təyin edilib. Beləliklə, hər məhkəməöncəsi Natiq Abdullayevin təhbəri olduğu şirkətlərin fərqli adlarla çıxış etdiyi məlum olur. Hazırda isə Natiq Abdullayev “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktorukimi təqdim olunur.

“Royalbank” əmanətçilərinin 40 milyon manatı

Bu arada bildirək ki, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmə və israf etməkdə təqsirli bilinən “RoyalBank” ASC-nin bir neçə vəzifəli şəxsləri barədə cinayət işi üzrə məhkəmə başa çatıb. İstintaq müəyyən edib ki, “Röyalbank”ın paytaxtda olan baş ofisində və digər filiallarında da qanunsuz hərəkətlər aşkarlanıb, bankın vəzifəli şəxslərinin 10 milyondan çox pulu mənimsəyərək, cinayət əməli törətdikləri məlum olub.

Qeyd edək ki, İran mənşəli ABŞ vətəndaşı Əli Cam əsas səhmdarı olduğu “Royalbank” 2012-ci ildə Mərkəzi Bankın qərarı ilə ləğv edilib. Qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. 1993-cü ildən fəaliyyət göstərən Royal Bank-ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır.

Yaqub Zurufçunun pulları

Bu ilin aprelin 22-də isə “Royalbank”ın yüzlərlə müştərisi Azərbaycan Mərkəzini bankının qarşısında etiraz aksiyası keçiriblər. Müştərilər etiraz aksiyası zamanı bildiriblər ki, ləğvedici şirkət, yəni Natiq Abdullayevin “Azerbaijan Internaional Consulting Company”şirkəti onların banka qoyduqları əmanətləri gecikdirir, il ərzində pullarının cəmi 2-5 faizini qaytarırlar. Etiraz edən müştərilər arasında olan məşhur sənətçi Yaqub Zurufçu da olub. Ümumilikdə, əmanətçilərin sayı 471 nəfər, qaytarılmalı olan məbləğ isə 40 milyon manatdan çox olub.

Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR